Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qardaş, qardaşı arvadını zorladı
Qardaş, qardaşı arvadını zorladı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 21982
Səs ver:
Gəncə Apelyasiya Məhkəməsinin cinayət işləri üzrə kollegiyasında qardaşı arvadını zorlamaqda ittiham olunan Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü E.Ə. cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

İttihama görə, E.Ə. 2011-ci il noyabrın 25-də, saat 17 radələrində yaşadığı evin hamamında çimdikdən sonra onunla eyni evdə yaşayan qardaşı Ə.Ə.-nin arvadı Samirə (ad şərti verilib) ilə zorla cinsi əlaqədə olmaq məqsədi ilə paltarlarını geyinmədən dəsmala bürünərək hamamdan çıxıb.

E.Ə. hamamdan çıxarkən özü ilə bıçaq da götürüb və evin dəhlizinə çıxıb. Həmin vaxt dəhlizdə olan Samirəyə onunla cinsi əlaqədə olmağı təklif edib. Samirə onun bu təklifini rədd etdikdə əlindəki bıçağı göstərib və qardaşı arvadını öldürməklə hədələyib. O, qardaşı arvadına deyib ki, "Ya mənimlə cinsi əlaqədə ol, ya da səni öldürəcəm”. Amma Samirə yenə də qaynının istəyinə qarşı çıxıb.

E.Ə. Samirənin əynində olan xalatın yaxasından dartaraq cırıb. O, Samirəni döşəməyə yıxaraq, onunla zorla cinsi əlaqədə olub. Samirənin güc göstərməsi isə E.Ə.-ni əsəbləşdirib. O, Samirənin hərəkətlərindən hiddələnib və onu döyüb. Bu hadisə Samirənin azyaşlı oğlu R.Ə. gözü qarşısında cərəyan edib.

Bu hadisədən sonra E. Ə. qardaşı arvadına baş verənlərin gizli qalmasını və onunla daimi cinsi əlaqədə olmağı tapşırır. Deyir ki, baş verənlər açıqlansa, hər ikisi qohum-əqraba arasında biabır olacaqlar. E.Ə. qardaşı arvadına "Həm sən biabır olarsan, həm də mən...” deyə bu məsələni gizli saxlamağı tapşırıb.

Bundan əlavə, E.Ə. qardaşı arvadının bu məsələni gizli saxlaması üçün hədə-qorxularını davam etdirib. Ona deyib ki, məsələni açıqladığı halda özünü müdafiə edəcək və deyəcək ki, Samirənin istəyi ilə onunla cinsi əlaqədə olub.
Lakin qaynı tərəfindən təcavüzə məruz qalan Samirə hədə-qorxulara əhəmiyyət verməyib. Baş verənlərə aydınlıq gətirilməsi üçün Gəncə şəhər Baş Polis İdarəsinə üz tutub və qaynı tərəfindən zorlandığı barədə şikayətçi olub. Bundan sonra E.Ə. polis tərəfindən tutulub.

Bundan başqa, E.Ə. istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,281 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan heroini və 144,82 qram çəkidə kustar üsulla hazırlanmış, narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib. Heroini üstündə saxlamaqla daşıyıb, marixuananı isə yaşadığı evdə yatdığı otaqda olan divanın altında saxlayıb. Noyabrın 26-da keçirilən baxış zamanı qeyd edilən narkotik vasitələr aşkar edilərək götürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Ə. 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin E.Ə.-nin narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəticəsinə gəlib. Buna görə də, məhkəmə E.Ə.-yə narkomaniyadan məcburi müalicə tətbiq edilməsi barədə qərar qəbul edib. Həmin hökmdən apelyasiya şikayəti verən E. Ə. zorlama ittihamı üzrə bəraət istəyib.

E. Ə. apelyasiya şikayətinə hakim Şamil Rzaquliyevin sədrliyi ilə baxılıb. Prosesdə çıxış edən E. Ə. apelyasiya şikayətini əsaslandırmaq üçün göstərib ki, üstündə narkotik vasitə olmayıb. Onun bildirdiyinə görə, E. Ə. zorlamayıb. O, məhkəmədən barəsində ədalətli cəzanın verilməsini xahiş edib.

Prosesdə çıxış edən təqsirləndirilən şəxsin vəkili də apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş edib. Zərərçəkmiş şəxs in dindirilməsi üçün məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edilib. Lakin zərərçəkmiş Azərbaycan Respublikasını hüdudlarından kənarda olduğuna görə onun məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmayıb. 

Bütün tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilib. Məhkəmə E. Ə. ittiham olunduğu zorlama ittihamını sübuta yetirməyib və həmin ittiham üzrə ona bəraət verib. Zorlama ittihamı çıxılıb. Məhkəmə E. Ə. Cinayət Məcəlləsinin 228.4-cü (qanunsuz silah gəzdirmə) və 234.1-ci (qanunsuz narkotik vasitə saxlama) maddələri ilə təqsirli bilinib və onun barəsində qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.


Şərhlər:
Baxılıb: 21982
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz