Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Rus qadın məni özbək kişiyə satdı”
“Rus qadın məni özbək kişiyə satdı”
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1483
Səs ver:
Yazgül Mərdəkanda doğulub. 28 yaşı var. Ailədə beş bacı, bir qardaş olublar. Maddi vəziyyətləri ağır olduğu üçün valideynləri bacıları erkən yaşda ərə verməyə çalışıb. Dördüncü sinifdə oxuyanda məktəbdən ayrılıb. Evdə, həyətyanı sahədə anasına kömək edib. Evin ikinci övladı olan Yazgül də 17 yaşında ailə qurub. Qonşuluqda yaşayan qadın ona oğlu üçün elçi gəlib. Qonşunun oğlu Həmid Yazgüldən 14 yaş böyük olub. Evliliyə etiraz etsə də, valideynlərinin təkidi ilə ailə qurub. 

Həyat yoldaşı Həmidlə birgə Rusiyanın Tver vilayətinə köçüb. Həmid Tverdə kiçik ticarətlə məşğul olub. Ailə qurduqdan üç ay sonra hamilə qalıb. Hamiləliyi çox ağır keçdiyi üçün evdən bayıra çıxa bilməyib. Bu müddətdə Yazgül yaşadığı şəhərdə heç yeri tanıya bilməyib. Hamiləliyinin altıncı ayında əri Həmid ağır qəza keçirib. Onun ayağına işlədiyi mağazada ət baltası batıb. Balta paslı olduğu üçün yaralanan yer sürətlə infeksiyalaşıb. Bir ay sonra isə Həmid dünyasını dəyişib. Hamilə, yaşadığı yerə nabələd Yazgül 3 gün ərinin meyiti ilə tək qalıb. Üçüncü gün şokdan çıxan qadın qonşuları haraylayıb. Qonşular gələndə Yazgülü çürüməkdə olan meyitin yanında tapıblar. 

Qonşular həkim və polis çağırıb. Həmidi Rusiyanın Tver vilayətində tanımadığı insanlar dəfn edib. Yazgül isə nə öz qohumlarına, nə də Həmidin qohumlarına zəng edə bilib. Heç bir ünvan, telefon nömrəsi xatırlamayan Yazgül qonşuların ümidinə qalıb. Dəfndən bir həftə sonra Yazgülün qonşusu hiss edib ki, onun ruhi vəziyyəti normal deyil. Onu xəstəxanaya yerləşdirib. İki aydan sonra ruhi əsəb dispanserindən çıxarıblar. Ən dəhşətlisi isə odur ki, Yazgül bətnindəki uşağın hara yoxa çıxdığını xatırlamır. 

Yazgül deyir ki, qonşulardan uşağı haqda soruşanda ona deyiblər ki, xəstəxanada onu əməliyyat edib uşağı bətnindən azad ediblər. Uşaq isə ölü doğulub.
Yazgül xəstəxanadan qayıtdıqdan sonra qonşusu Kseniyanın oğlunun və gəlininin onun evində yaşadığını görür. Buna isə heç bir reaksiya verə bilmir. Çünki, onun başqa çıxış yolu olmur. Rusca bilməyən Yazgül sənədlərini axtarsa da tapmır. Kseniya onun sənədlərini gizlədir. Bakıya qayıtmağı xəyala çevrilir.

Yazgül başına gələnləri xatırladıqca dəli həddinə çatır. Deyir ki, Kseniyanın gəlini və oğlu ona çox zülm verib. Kimsəsizliyindən istifadə edib öz evində qulluqçuluq etdiriblər. İki il müddətində səsini çıxara bilməyib. Çünki, hər dəfə səsini çıxaranda, işləməyə etiraz edəndə Kseniya onu döyüb. Kseniyanın gəlini ilk uşağını dünyaya gətirdikdən sonra alkoqolizmə düçar olub. Gün boyu evə topladığı rəfiqələri ilə içib əylənən Lenanın uşağına Yazgül analıq edib. 

Bir gün Lena yenə adəti üzrə rəfiqələri ilə içib əylənirmiş. Əri isə üç gündən çox imiş ki, evdə yox imiş. Gecə saat 3-də otaqdan uşağın ağladığını eşidən Yazgül otağa keçir. Onu sakitləşdirməyə çalışsa da, uşaq susmur. Uşaq ac olur. Evdə isə körpənin qidalanmağı üçün heç bir şey olmur. Yazgül məcbur qalıb Lenanı uşağı əmizdirmək üçün çağırır. Otağa girən kimi Lena Yazügül vurub öz otağına qovur. Yazgül ananın körpəsini qucağına aldığını gördükdən sonra rahatlayıb öz yatağına gedir. 

Səhər isə yuxudan qışqırıq, ağlamaq səsinə oyanır. İçəri keçəndə dəhşətli səhnənin şahidi olur. Kseniya zorla uşağı Lenanın altından çıxarmağa çalışır. Məlum olur ki, gecə içkili vəziyyətdə uşağını əmizdirməyə çalışan Lena körpənin üstünə yıxılıb. Daha sonra yüksək alkoqol aldığına görə onu yuxu tutur. Ağırlığı ilə uşağı boğub öldürüb. Lena evdəki hay-küyə yenə də oyanmır. Polislər, həkim gələndə uşağı morqa aparırlar. Tibbi ekspertizanın rəyi isə daha dəhşətli olur. Məlum olur ki, uşağı Lenanın ağırlığı yox, südlə qanına keçən ağırlıq öldürüb. Həkimlər körpənin qanından 8% alkoqol tapıb. 

Həkim-tibbi ekspertizanın rəyindən sonra Yazgülün günü daha da qara olur. Lenanı həbs edirlər. Kseniya isə alkoqollu gəlininə körpə uşaq verdiyinə görə Yazgülü günahkar hesab edir. Yazgülün günü daha da qaralır. 
Təxminən bir ay sonra milliyyəti özbək olan 50 yaşlarında olan kişi ilə evə gəlir. Yazgülə paltarlarını yığışdırıb həmin kişi ilə getməyi əmr verir. Yazgülü öz gözlərinin qarşısında Kseniya özbək kişiyə satır. 

Murat adlı özbək kişi onu öz evinə gətirir. 
Yazgül deyir ki, həmin evdə Murat arvadı və uşaqları ilə yaşayırdı. Yazgül bu evdə həm xidmətçi, həm də Muratın arvadı kimi yaşayır. Yazgül deyir ki, Muratın evində qaldığı müddətdə onu heç kim döyüb əziyyət verməyib. Hamı onunla yaxşı davranıb. Ev işləri çox olsa da, günü yaxşı keçib. Dil fərqi az olduğu üçün tezliklə bir-birlərini anlamağa başlayıblar. Muratın maddi vəziyyətinin yaxşı olması, evin böyüklüyü problemlərin qarşısını alıb. Muratdan bir oğlan uşağı dünyaya gətirib. Övladı dünyaya gəldikdən sonra isə ev işlərini görmək üçün xidmətçi tutulub.

Yazgül zamanla çəkdiklərini unutmağa başlayıb. Lakin, xoş günlərin ömrü uzun çəkməyib. Oğlunun bir yaşı tamam olduğu gün Muratı külli miqdarda pul oğurladığına görə həbs ediblər. Muratın həbsindən sonra ərinin böyük övladları və birinci arvadı onun evdən çıxmasını istəyib. Gedəcək yeri olmadığı üçün Yazgül yalvarıb yaxarsa da, ona acımırlar. Yazgülün bu ailədən yeganə istəyi sənədlərini bərpa etməyə kömək olub. Yazgülün sənədlərini bərpa etmək üçün Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət edilib. Müraciətdən 4 ay sonra Yazgülün sənədləri bərpa edilib. Yazgül deyir ki, sənədlərini əlinə alanda hönkür-hönkür ağlayıb. Yeganə istəyi vətənə qayıtmaq olub. O, Bakıya geri qayıdıb. Düşünməyib ki, valideynləri onu evə qəbul etməzlər. Körpə uşağı ilə birlikdə atasının qapısını döyüb. Başına gələnləri danışıb. Onu evdə heç kim dinləmək istəməyib. Çünki, Həmidin qohumları deyib ki, Yazgül öz ərini öldürüb. Sonra da başqa kişi ilə çıxıb gedib. 

Yazgülün qucağındakı gözləri çəkik olan körpə Yazgülə doğru danışdığını isbatlamağa imkan verməyib. Ona yalnız bibisi acıyıb. 
Yazgül hazırda bibisinin həyətində, kiçik daxmada yaşayır. "Taleyin şəkli” layihəsi ilə tanışlığı bibisi qızı Günelin vasitəsi ilə olub. Bibisi qızı onu danışmağa təkid edib. Taleyini danışdığı insanlara isə Yazgül demək istəyir ki, o günahsızdır. Nə ailəsinin, nə də öz adına ləkə gətirməyib. Məcburi evliliklərə, qulluqçuluğa dözüb. Ən böyük utancı isə övladının atalığının olmamasıdır. 

Əziz oxucu, talelər müxtəlifdir. İnsan acıları, ağrılar isə eynidir. Başqalarının ağrısını duymaq çətin deyil. Buna yalnız kiçik cəhd etmək kifayət edir. Acıları duyub məlhəm olmaq, qınamaqdan daha yaxşıdır. 

Günay Muradlı//Publika


Şərhlər:
Baxılıb: 1483
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz