Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Moskvada ən çox tələb olunan müğənni
Moskvada ən çox tələb olunan müğənni
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 6439
Səs ver:
Müğənni Rəqsanə İsmayılova əməkdar artist Zöhrə Abdullayevanın onun haqda dediyi sözlərə münasibət bildirib
Xatırladaq ki, Zöhrə Abdullayeva  Rəqsanəyə xitabən "İnternetdə onun canlı çıxışlarına baxmışam. Oxuya bilmir, sənəti yoxdur. Amma insan kimi çox yaxşıdır" deyib.

Açıqlamasında Rəqsanə bildirib ki, sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür.

"Səsim olmasa, yüzlərlə insanın qarşısında canlı necə oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç bir vaxt oxumaq, repertuar problemim olmayıb. Amma efirə çıxıb Rəqsanəni bəyənmədiyini söyləyənlərin heç birini belə məclislərdə görmürəm.
Yeri gəlmişkən qeyd edim ki, bu gün Moskva toylarında xanımlardan daha çox tələb olunan mən və Könül Kərimova, kişilərdən isə Elton və Xəyyam Nisanovdur. Həmkarlarım da mənim toy oxumaq bacarığıma bələddirlər. Əksər toylarda  mahnılarımı oxuyan sənətçilər efirə çıxanda məni tənqid obyektinə çevirirlər. Bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam" - deyən Rəqsanə əslində belə mövzularda danışmağın ona xoş olmadığını dilə gətirib.

"Bu gün mənə ailəm, Türkiyədə görülən sənət işlərim maraqlıdır. Yerli şou-biznesi izləməyə vaxtım belə olmur. Əgər bu olsa belə qalmaqal yaradıb kiməsə tənqid ünvanlamaram.  Amma mənim adımı hallandırırlar. Qəribədir ki, görüşəndə üzümdən öpüb tərif yağdıranlar efirdən arxamca danışır.

Zöhrə xanıma gəlincə qeyd edim ki, Hacı xanım kimi ona hörmətim sonsuzdur. Repertuarında "Segah"ı eşidəndə zövqlə dinləyirəm. Mənə onun haqqında sual versələr müsbət şeylər danışaram. Qadının qadın haqqında heç nədən tənqidi fikir bildirməsinə münasibətim birmənalı deyil".


Şərhlər:
Baxılıb: 6439
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz