Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanı bürüyən bəla – Qəlyan
Azərbaycanı bürüyən bəla – Qəlyan
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1015
Səs ver:

Son vaxtlar Azərbaycanda qəlyana maraq günü-gündən artır. Bu, xüsusilə də gənclərin ən sevimli məşğuliyyətinə çevrilib.

Bəs, qəlyan orqanizm üçün nə dərəcədə zərərlidir? 

Bu barədə həkim-terapevt Ləman Süleymanova danışdı:

"İlk əvvəl onu deyim ki, qəlyan spirtli içki və siqaret kimi insan orqanizmi üçün çox zərərlidir. Hətta 1 saat qəlyan çəkmək yüz siqaretə bərabərdir. Qəlyanın tərkibində qatran, karbon qazı və ağır metallar var ki, bu da tənəffüs sisteminə ağır təsir göstərir. Qəlyandan istifadə edən insanlarda infeksion xəstəliklərə yoluxma ehtimalı daha yüksəkdir. Buna səbəb tütünün tərkibindəki yüzlərlə toksin birləşmələridir. Nikotin immun sisteminin müdafiə qabiliyyətini azaldır. Həmçinin orqanizmdəki bakterialara qarşı mübarizəni zəiflədir. Belə insanlar iltihabi xəstəliklərə qarşı həssas olurlar. Hətta mütəxəssislər qəlyan çəkən insanla siqaretdən istifadə edən arasında müşahidə apararkən belə qənaətə gəliblər ki, qəyan çəkənin orqanizmi daha tez qocalır. 
Bilirsiniz ki, ağız və burun boşluğunun selikli qişasında immun sisteminin qoruyucu hüceyrələri yerləşir. Bu hüceyrələr selikli qişaya daxil olan zərərli maddələri qoruyub saxlayırlar. Daha sonra selikli qişa orada hazırlanan seliyin köməkliyi ilə bu mikrobları əhatə edərək, onların orqanizmdən xaric olunmasına gətirib çıxarır. Qəlyandan istifadə edən insanlarda isə ağız və burun udlağının selikli qişası müəyyən dərəcədə quruyur. Nəticədə onlar faktiki olaraq selikli qişa rolunu oynaya bilmir və mikroblar orada ilişib qalmaq əvəzinə orqanizmə daxil olur. Beləliklə, infeksiya, virus və bakteriyalara qarşı yaradılmış bu təbii maneə dağılmış olur. Qəlyan insanlarda vərəm və hepatit virusuna meyilliyi artırır”.

 

Qəlyan insanları niyə bu qədər cəlb edir?

Son vaxtlar qəlyanın bir neçə növləri, müxtəlif meyvə dadlıları yaradılıb. Bu dadlar insana xoş təsir etdiyi üçün qəlyan sevgisi yaranır və zamanla qəlyana alışırsan. Ən təhlükəlisi isə qəlyandan əvvəl və sonra spirtli içki içməkdir. Bu orqanizmə daha çox zərər verir. Çünki qəlyanın tərkibində siqaretdən çox nikotin var.

 

Qəlyanı necə tərgitmək olar?

Bəzən insanlar "həftədə bir dəfə ilə heç nə olmaz” deyərək bu vərdişdən əl çəkmirlər. Amma unutmayaq ki, 1 dəfə çəkilən qəlyan orqanizmin 1 aylıq immunitetini məhv edir. Qəlyan aludəçilik yaratdığı üçün ondan əl çəkmək də çətindir. Amma təbii ki, bu, mümkündür. Bunun üçün müxtəlif çərəzlər yemək, gün ərzində iki dəfə çobanyastığı çayı içmək lazımdır. Bu həmçinin orqanizmi zəhərli maddələrdən təmizləyəcək.



Şərhlər:
Baxılıb: 1015
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz