Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Əri olan qadını özünə arvad etdi" - Musa Musayevin anası
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5035
Səs ver:
Müğənni Musa Musayevin 72 yaşlı anası Gülbükə xanımın müsahibəsi:
 
- Oğlunuz Musa ilə niyə danışmırsız,  nəvənizdən imtina etməyinizin səbəbi?
 
- Onun özünü də, övladını da qəbul eləmirəm. Amma belə baxanda, onun uşağının nə günahı var. Gətirəydi, deyəydi ay ana, bax bu, sənin nəvəndi. Ancaq uşağın anasını qəbul eləməmişəm, eləməyəcəm də. Bu səbəbdən, uşağı görmək istəmirəm.
Musa öz xalası qızını almışdı, il yarım yaşadılar. Təranə Qumral  əri ola – ola Musaya vuruldu, indi də Leyli Məcnun olublar mənə. Məcnunun ağlı olsaydı çöllərdən yığılardı. O vaxt mənə dedi ki, onu istəyirəm. Mən də dedim ki, ay bala, başına dönüm o, evlidir, uşağı var.  O qədər subay qız var, get al,  camaatın ailəsini dağıtma. Sözlərimə əhəmiyyət vermədi. Getdi, Təranəni aldı.  Elə buna görə də Musa ilə danışmırıq. Əri olan qadını  özünə arvad elədiyinə görə, məsələ gəlib bu yerə çatdı. O, adımıza layiq iş tutmadı.
 
- Musa deyib ki, "Təranəni evdə Şəmkirli biznesmenlə bir pasteldə tutdum”. Onun bu sözlərinə nə reaksiya verdiniz?
 
-  Xəbəri televizordan eşitdim. Gördüm, biyabırçı sözlər danışılır. Mən də zəng edib dedim ki, ayıb deyil, bu nə sözdür danışırsan? O da dedi ki, özüm bilərəm. O sözlərdən sonra  yenə Təranə ilə barışdı,  nifrət elədim ona. Musa bu günləri mənə yaşatmamalıydı. Evlənəndə bilmirdin ki, kiminlə evlənir. Onun görəcəkli günləri qarşıdadır, başına çox iş gələcək, çöllərə düşəcək.
 
- Musa vəsiyyətnamə yazıb. Nəyi varsa Təranə Qumrala vəsiyyət edib...
 
- Musanın nəyi var ki, onu da vəsiyyət edə? On səkkiz ildir, işləyir, öz adına heç nəyi yoxdur. Nə maşını var, nə evi. Bir əynidir, bir başı. Bir də gündəlik yeməyi.
 
- Musadan başqa neçə övladınız var?
 
- Dörd oğlum, biri rəhmətə getdi. Biri də ki, Musa idi. Artıq yox kimidir mənə.
 
- O biri övladlarınızdan razısınızmı?
 
- Şükür. O birilər yaxşıdır. Cabbarın gözəl, layiqli ailəsi, arvadı var. Oğlum Əlinin ailəsi, yoldaşı da mərifətlidir. Hamısı abırlı, əxlaqlı xanımlardır. Amma Musa bizə layiq deyil.
 
- Musa indi gəlsə, bağışlanmasını istəsə, onu bağışlayarsınız ?
 
- Yox, yox... O bizim ailəyə layiq iş görməyib axı. Onu nə zaman qəbul edərəm? Bizə layiq iş görsə.  Musanı övladlıqdan silmişəm.
 
- Bəlkə Musanı bağışlamağınıza əngəl Təranə Qumraldı. Onu boşasa, barışarsınız?
 
- Yox. Razı olmaram  onu boşasın. Çünki övladı var...

Mənbə: lent.az


Şərhlər:
Baxılıb: 5035
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz