Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fahişəlik qanuni ola bilərmi?
Fahişəlik qanuni ola bilərmi?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2662
Səs ver:
 Teomanın məşhur mahnısı var: "Fahişə”. 
Mahnıda Teoman qıza niyə bədənini satırsan sualını verir. 17 yaşlı fahişə isə satmağa başqa heç nəyinin olmadığını deyir. 
 "Qırmızı xətt” layihəsi bu gün fahişələrdən, daha praktik desək, intim-biznes işçilərindən bəhs edəcək. 
Məsələ burasındadır ki, Milli Məclisdə İnsan Alveri ilə mübarizə haqda qanuna dəyişikliklərlə bağlı müzakirədə millət vəkili Siyavuş Novruzovun qanunların sərtləşdirilməsinə qarşı çıxması açıq-aydın təhrif edilib. 
Mətbuata Siyavuş Novruzovun fahişəliyin leqallaşdırılmasını təklif etməsi kimi çatdırılıb. Əslində isə millət vəkili qanunların sərtləşdirilməsinə qarşı çıxıb. Bunu isə qanunlar sərtləşərsə, bundan yalnız fahişəliyə cəlb edilən insanların zərər görəcəyini, 5-6 insanın cibinin dolacağını əsas gətirib.
Dünya təcrübəsində keçmiş SSRİ-ni çıxmaq şərti ilə heç bir ölkənin parlamenti və mətbuatında "fahişə” ifadəsi işlədilmir. İnkişaf etmiş ölkələrdən Hollandiya, Almaniya və Skandinaviya ölkələrinin Qanunvericiliyindən "fahişə” ifadəsi çoxdan çıxarılıb. Onun yerini isə "intim worker”, yəni "intim biznes işçisi” sözü tutub. 
Bununla da avtomatik olaraq "fahişə” kəlməsi təhqir hesab edilir. Eyni zamanda da həmin ölkələr intim biznes işçisinin əmək hüquqlarını tanımış olur. Qarşılığında isə onların sağlamlıqları, təhlükəsizliyi, əməyinin istismar olunub-olunmaması nəzarət altında saxlanılır. 
Fahişəliyin leqallaşdırılması kimə xidmət edir?
Yaxın Türkiyə bu təcrübəni çoxdan keçib. Türkiyədə fahişəliyin leqallaşdırılması, onların dövlət büdcəsinə birbaşa vergi ödəyicisi kimi cəlb olunmasında Türkiyədə doğulub böyümüş erməni Matild Manukyanın böyük xidməti olub. Erməni Matild Manukyanın həyat tarixçəsindən xəbərdar olanlar bilir ki, əri dünyasını dəyişəndən sonra bu qadın atasından ona qalan evləri fahişəxana işlədən qadınlara kirayəyə verir. İstanbulun ən yaxşı səmtlərində evləri olan qadın çox tez bir zamanda anlayır ki, fahişəxana işlətmək üçün kirayə verdiyi evlərdən kirayəçi çox gəlir götürür. Beləliklə, həmin fahişəxanalara ortaq olur. 
Az bir zamanda milyonçuya çevrilir. Fahişəxanaların bağlanması təhlükəsi ilə üz-üzə gələn qadın dövlət orqanları ilə danışığa girir. Qazandığı pullara görə vergi ödəməyə başlayır. Sahibi olduğu binalardan İstanbul Şişli Bələdiyyəsi və İstanbul Şişli Polis İdarəsinin kirayəsini isə 4 dəfə aşağı salır. Məşhur fahişəxanalar kraliçası əldə etdiyi gəlirlə İstanbulda ilk taksiçilik işini qurur. Taksilərdən gələn gəlirdən polis idarələrinin təmirinə külli miqdarda pul ayırır. Beləliklə, Matild Manukyan Türkiyə tarixində 4 dəfə vergi ödəyicisi rekordmeni olub. 
Türkiyədə intim biznes işçilərinin vergi ödəyicisi nömrə nişanı var. "Genelev” adlandırdıqları fahişəxanada türkiyəli qeydiyyatdan keçmiş fahişələrin əmək, sağlamlıq, istirahət hüququ tanınır. Onlar həftədə bir dəfə şəhərə çıxıb alış-veriş edə bilirlər. Ayda bir dəfə isə həkim müayinəsindən keçirlər. Nəticədə isə Türkiyə hələ də AİDS-li xəstələr siyahısında "yaxşı”yerlərdən birini tutur. 
Hazırda Türkiyə büdcəsinin böyük bir hissəsini fahişəxanalardan yığılmış vergi formalaşdırır. 
Fahişəliyi leqallaşdırıb dövlət büdcəsinə vergi ödəməyə cəlb etmək prosesini Avropa ölkələri çoxdan keçib. Ən inkişaf etmiş ölkələrdə belə intim biznes işçilərinin sağlamlıqlarının, təhlükəsizliyinin qorunmasından söz gedə bilməz. Konkret Hollandiyada ildə 2000-nə yaxın fahişə müxtəlif fiziki zorakılığa məruz qalır. Hollandiya, İsveç, İsveçrə, Fransa fahişəsi ən çox xəstəliyə yoluxan və yoluxduran, narkotika aludəçiliyindən əziyyət çəkən, zorakılıqla üzləşən fahişədir. Deməli, hələ bədənini satıb dövlət büdcəsini doldurmaq heç bir təhlükədən hifz etmir.
Fahişəliyin leqallaşdırılması insan haqlarına ziddirmi?
Beynəlxaq hüquq üzrə ekspert, hüquq elmləri üzrə fəlsəfə doktoru Fərhad Mehdiyev fahişəliyin leqallaşdırılmasını mənəvi aspektdən insan hüquqlarının müdafiəsi yox, insan haqlarının alçaldılması kimi qiymətləndirir. 
Hüquqşünas deyir ki, Avropa İnsan Haqları Konvensiyasının 8-ci Maddəsinə görə hər bir insan öz bədəni üzərində hökmranlığa sahibdir. Əxlaqi normaları keçməmək və ətrafa zərər verməmək şərti ilə hər bir insan öz bədəni ilə istədiyini edə bilər. Ümumiyyətlə isə dünyada bununla bağlı oturuşmuş, stabil praktika yoxdur. Fahişəlik cinayət yox, inzibati xətadır. Avropa İnsan Haqları Məhkəməsinin isə bununla bağlı konkret qərarı yoxdur. Avropa İnsan Haqları məhkəməsi fahişəliyin leqallaşdırılmasını, fahişəlik, fahişəliyə cəlb etmə ilə bağlı işi dövlətlərin öz qiymətləndirməsinə buraxır. Belə ki, bu sahədə hər dövlət öz ictimai qayda-qanunlarına, həyat prinsiplərinə və milli dəyərlərinə uyğun olaraq bu haqda qərar verməkdə sərbəstdir. 
"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, insan alveri ilə mübarizə üzrə ekspert Mehriban Zeynalova isə deyir ki, MM-nin iclasında müzakirə zamanı Siyavuş Novruzov tərəfindən fahişəliyin leqallaşması təklifinin verilməsi kimi bir fikir bütün medianı, o cümlədən qadın hüquqları sahəsində çalışan tərəfdaşların diqqət mərkəzində dayanıb. İlk olaraq bildirmək istəyirəm ki, aldığım məlumatlara əsasən, Siyavuş Novruzov tərəfindən fahişəliyin leqallaşması ideyası səslənməyib. Bu məlumatı dəqiqləşdirmək istəyən şəxslər yaxşı olar ki MM-in həmin gün keçirilən iclasının stenoqramasına nəzər salsınlar. Məqsədim Siyavuş Novruzovu müdafiə etmək yox, səslənən fikirlərin insanlara dürüst çatdırılması ilə bağlı çağırışdır. 
O ki qaldı, bir çox insanların fahişəliyin leqallaşması ideyasına dəstək verməsinə, bu hal məni təəssüfləndirir. Çünki, hələ də Azərbaycanda "fahişə” sözü iri hərflərlə yazılır və bu söz birbaşa diskriminasiya yaradır. İnsanlar bir-biri ilə düşmənçilik edəndə məhz filankəs "fahişədir” deməyi özünə borc bilir. 
Hesab edirəm ki, leqallaşma istənilən halda qadın hüquqlarının kobud surətdə pozulmasıdır. 
80-90-cı illərdə artıq bu mövzu bir sıra Avropa ölkələrində geniş müzakirə olunub və aparılan tədqiqatlar nəticəsində sübut edə biliblər ki, leqallaşma heç də insan haqlarının müdafiəsini təmin etmir, eləcə də fahişəliyin qarşısını ala bilən ən yaxşı vasitə deyil. 
Mən tanınmış ictimai və siyasi liderlərin fahişəliyin geniş yayılmasından narahatlıqlarına yüksək qiymət verirəm. amma hesab edirəm ki, fahişəliyin leqallaşması problemdən çıxış yolu ola bilməz. Biz problemin yaranması üçün təsir edən amillərin aradan qaldırılması vasitəsilə problemin qarşısını ala bilərik. Fahişəliklə mübarizə tarixi bir daha sübut edib ki, heç bir radikal addım və ya qanuniləşdirmə bu problemin qarşısını almaq iqtidarında deyil. Demək, bu təcrübələrə əsaslanaraq başqa addımların atılması lazımdır. Qadınların sosial iqtisadi imkanlarını gücləndirməli və qadınların hüquqlarının müdafiəsini təkmilləşdirməliyik. Beynəlxalq təcrübəyə istinadən fahişəliyin leqallaşmasının qeyri-mümkünlüyünün 10 əsas səbəbini qısa olaraq sadalamaq istəyirəm: 
Fahişəliyin Leqallaşması əleyhinə Beynəlxalq İnsan Alverinə Qarşı Mübarizə üzrə Koalisiyanın 10 əsas səbəbi.
Fahişəliyin leqallaşması və ya qanuniləşdirilməsi sütunyorlar və qadın alveri ilə məşğul olan cinayətkarlar üçün gözəl bir hədiyyədir. 
Bəzi opponentlər hesab edir ki, leqallaşma fahişəliyin qarşısının alınması üçün ən yaxşı vasitədir, halbuki beynəlxalq təcrübə göstərir ki, leqallaşma fahişəliyin artımı üçün təkanverici amildir.
Leqallaşma intim industriyaya nəzarət etməklə onun əhatəsini genişləndirir.
Leqallaşma qanunsuz küçə fahişəliyi üçün imkan yaradır.
intim sənayesinin leqallaşması uşaq fahişəliyinə yol açır.
Fahişəliyin leqallaşması qadın hüquqlarının müdafiəsi üçün heç bir imkan yaratmır.
Fahişəliyin leqallaşması bu sahəyə marağı artırmaqla, kişilərin qadınların alınması üçün geniş imkanlar açır.
Leqallaşma qadın sağlamlığının qorunmasına heç bir şərait yaratmır.
Fahişəliyin leqallaşması qadınlar üçün seçim imkanlarını genişləndirmir.
Fahişəliklə məşğul olan qadınlar onun leqallaşmasını arzulamır.
Sonda qeyd etmək istərdim ki, dünən MM də müzakirə edilən məsələ İnsan Alverinə Qarşı Mübarizə haqqında Qanuna əlavə və dəyişikliklə bağlı olub. Eləcə də insan alveri cinayətlərinin cəzasının sərtləşməsinə dair Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı olub. Fahişəliyin leqallaşması məsələsi Milli Məclisin iclasında müzakirə mövzusu olmayıb.
Bəs din nə deyir?
İlahiyyatçı alim, fəlsəfə doktoru Elşən Mustafaoğlu deyir ki, istənilən ölkədə Qanunvericilik həmin cəmiyyətin ruhuna uyğun şəkildə tənzimlənir. Bütün cəmiyyətlərdə olduğu kimi, bizim də cəmiyyətimizdə əxlaqsızlıq halları mövcud olsa da, ictimaiyyət, insanlarımız bunu mənfi, qəbuledilməz, rüsvayçı hal kimi qəbul edir. Heç kəs doğma ailə üzvünün bu "qədim peşə" ilə məşğul olmasını normal qəbul etmir. Fahişəlik - bizim ilahi-mənəvi dəyərlərimizə də ziddir, əxlaqımıza da. Fahişəliyi leqallaşdırmaq yolverilməzdir! 
Bu, əxlaqsızlığı cəmiyyətdə adiləşdirmək, ona normal status verib, pozğunçuluğa haqq qazandırmaq, hətta dəstəkləməkdir. Qanunvericilik cəmiyyətdə yüksək mənəviyyata dəstək verməlidir, pozğunçuluğa yox. Fahişəlik - pozğunçuluq, əxlaqsızlıq, rəzalət və şərəfsizlikdir. Bu rəzalətə qarşı bütün cəmiyyət səfərbər olub, mübarizə aparmalıdır. Təəssüf ki, indi bunun dəstəklənməsi - qanuniləşdirilməsi təklifi irəli sürülür. Hesab edirəm ki, bütövlükdə cəmiyyətimiz səfərbər olub, fahişəliklə mübarizə aparmalı və bu kimi təşəbbüslərə qarşı qəti mövqeyini bildirməlidir. Fahişəliyin ölkəmizdə qanuniləşdirilməsinə qətiyyən yol vermək olmaz.
Ekspertlərin də rəyləri göstərir ki, fahişəliyin leqallaşdırılması nə mənəvi, nə də insan haqları baxımından heç bir əndazəyə sığmır. Bu xəstəliklərin yayılmasının və insan alverinin qarşısını almır. 
P.S. Millət vəkili Siyavuş Novruzovun İnsan Alveri haqda Qanunvericiliyə əlavə və dəyişikliklərin müzakirəsi zamanı fikirlərinin mətbuatdakı təsviri, təhrifi onu sübut etdi ki, mətbuat insan alveri və fahişəliyi bir-birindən seçə bilmir. Həmçinin, Milli Məclisdə Qanun müzakirəsini də şou xəbərlərindən ayıra bilmir.
Günay Muradlı


Şərhlər:
Baxılıb: 2662
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz