Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda 28 qızı qaçırıblar
Azərbaycanda 28 qızı qaçırıblar
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 3135
Səs ver:
Cinayət Məcəlləsindəki sərt maddə belə, gəncləri bundan çəkindirmir
Son dövrlərə kimi qız qaçırma halları Azərbaycanın bəzi bölgələrində adətlərdən biri sayılırdı. Elə indi də bəzi rayonlarımızda elçiliklə qız almaq əvəzinə, qaçırma yoluna üstünlük verilir. Əksər hallarda belə hallar ya evlənmək istəyən gənclərin ailəsi izdivaca razı olmayanda baş verir, ya da qızın özü oğlana ərə getmək istəməyəndə onu zorla qaçırırlar. 
Bir sözlə, bu ənənə indi də qalmaqdadır. 
Baxmayaraq Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Bir neçə ildir ki, Cinayət Məcəlləsində adam oğurluğu ilə bağlı maddə bəzi oğlanların cəsarətini buxovlayıb. Bununla belə, bir sıra hallarda 5 ildən 12 ilə qədər həbs cəzası da qız qaçırma hallarının qarşını tam almır. Elə hallar olur ki, oğlan tərəf "adətdəndir” deyib, qızı nikah kəndiri ilə sarıyır. 
Bəzən belə hallarda qızı qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etmir. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.
Bir daha xatırladaq, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur.
Qanun dili ilə desək, adam oğurlamaqla ailə qurmaq istəyənlər ilbəil artır. Hətta paytaxtda da belə hallara rast gəlinir. Ölkə ərazisində 2010-cu ildə 7 belə fakt baş vermişdisə, 2011-ci ildə bu rəqəm 16-ya kimi artıb. 
Statistika onu da göstərir ki, qız qaçırmaya əsasən cənub-qərb bölgəsinin gəncləri daha çox üstünlük verirlər.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Sevinc Həsənovanın  verdiyi məlumata görə, yenicə başa vurduğumuz 2012-ci ildə evlənmək məqsədilə ilə yetkinlik yaşına çatmayan qızların qaçırılması halları 28 dəfə baş verib. Bu hadisələr zamanı 18 dəfə 18 yaşına çatmayan qızlar zorla qaçırılıblar.
Komitədən onu da bildiriblər ki, 2012-ci ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı da 10 hadisə baş verib.
Gültəkin Ələsgər  



Şərhlər:
Baxılıb: 3135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz