Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
20 yaşlı lesbiyan Sonanın HƏYAT HEKAYƏSİ
20 yaşlı lesbiyan Sonanın HƏYAT HEKAYƏSİ
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 9250
Səs ver:
"Bizim qədər heç kim sevə və qısqanc ola bilməz”

Gözləmədiyim bir vaxtda tanımadığım şəxsdən məktub aldım. Məktubun məzmunu təqribən belə idi: "....Düşünürəm ki, bu barədə sizinlə səmimi söhbət edə bilərəm”.

Əvvəl ciddi qəbul etməsəm də, sonradan bu qızla görüşməyə qərar verdim. Və...görüş təyin etdik.


Dediyim ünvana yarım saatın içində gəldi. Qarşımdakı balaca, cılız bir qızcığaz. Çay içməyi təklif edirəm. Sona (ad şərtidir) bir başa söhbətə keçmək istədi.

***

20 yaşı var. Oğlan yaşıdlarının həsəd aparacağı qədər gözəl bir qızdı. Uzun saçları, gözəl siması, iri gözləri var. Bəstə boylu sarışındı.


- 5-6 yaşım olanda fərqli olduğumu hiss edirdim. Əlbəttə ki, o vaxt buna heç bir ad verə bilmirdim. Elə başa düşürdüm ki, hamıda belə olur. Qardaşım məndən 2 yaş böyükdü. Onların sinfində gözəl bir qız oxuyurdu. Ondan çox xoşum gəlirdi. Məhz o qızı görmək üçün tezdən oyanır, mamama məni də qardaşımla bərabər məktəbə aparmasını istəyirdim. Hərdən düşünürəm ki, o vaxtlar nə yaxşı bunu valideynlərimə deməmişəm. Adətən balaca uşaqlar ailəsindən heç nə gizlətməzlər. On altı yaşıma qədər bunu özüm də inkar edirdim. Adam özü belədi, amma qəbul etmək istəmir. Özüm özümə "yox, mən homointimual deyiləm” deyirdim. Bir qadınla öpüşmək, bunu düşünmək məni iyrəndirirdi. Sonralar gördüm ki, yox, bu hisslər dəyişilmir. Və məcburən qəbul etdim.

***

Son zamanlar valideynlərinin şübhələrini hiss etməyə başladığını deyir:

- "Hər dəfə ailə qurmaq söhbəti düşəndə anormal formada aqressiv reaksiya verirdim. Artıq bu barədə evdə söhbətlər bağlanıb. Özümdən böyük qardaşım var. Məncə artıq o da hiss edib. Düşünürəm ki, anlayış göstərir. Bizim ailədə məcburiyyət yoxdu, xüsusən də atam tərəfdən. Mənim bəxtim bunda gətirib. Elə qızlarımız var ki, daim qorxu içində yaşayırlar. Əslində homointimual qızlar oğlanlardan daha şanslıdı. Bizlər bunu daha rahat gizlədə bilirik. Məsələn, iki qız şəhərdə əl-ələ gəzəndə kimsə onlara bir söz deməz, amma oğlanlar bunu edə bilməzlər. Və yaxud qızlar bir-birinin evinə rahatca gedib gələr, saatlarla telefonla danışa bilərlər, heç kim şübhələnməz.

***

İlk sevgisindən sual verməyə hazırlaşırdım ki, özü başladı danışmağa:

- İlk sevgilim on yeddi yaşımda olub. İlk dəfə özü mənə yanaşdı və sevgili olmağı təklif etdi. Mən də normal qarşıladım. On aydan sonra ayrıldıq. Aramızdakı yaş fərqi çox idi. O, məndən yeddi yaş böyük idi. Həm də başqa-başqa insanlar idik. O, içki içməyi sevirdi, mən isə dilimə içki vurmazdım. Harasa gedəndə zənglərin ardı kəsilməzdi: "Hardasan? Telefonu açıq qoy, mən eşidim ki, sən işdə kimlərlə danışırsan”. İyirmi dörd saat belə idi. Mən də bezirdim. Çox qısqanc idi. Bəzən elə olurdu ki, geyimimə də qarışardı. Mən o zamanlar gözəllik salonunda işləyirdim. Salonda da qızlar çox olduğundan daha çox qısqanardı. Onun ailəsi də münasibətimizə çox qarışdı. Tez-tez mübahisəmiz olurdu.


Sona hazırda tək olduğunu deyir:


- Əgər elə bir güclü sevgi yaşasam, bunu evdə elan etməyə hazıram. Bəlkə də bu yazını tanış biri oxusa, məni tanıyacaq. Bu mənim üçün problem deyil. Sadəcə mən istəyirəm ki, ailəm bunu mətbuatdan deyil, elə mənim ağzımdan eşitsin. Ən gec bu il ailəmə deməyi planlaşdırıram. Ailəm bildikdən sonra lap elə efirə çıxıb da homointimual olduğumu deyəcəm.


- Belə gözəl bir qızım tək olması məni təəccübləndirir. Bəs niyə təksən? Səni sevən yoxdu?


-Yox, niyə? Var, çoxdu. Amma təklik yaxşıdı. Həm mənim xasiyyətim tündü. Yola gedə bilmirəm.


- İstəməzsən sənin də toyun olsun? Ana olasan?


- Heç təsəvvür belə etmək istəmirəm. Bioloji qadın olduğumu bilirəm. Bizim fərqimiz sadəcə hisslərimizdədi. Istəsəm ,evlənə, ana ola bilərəm. Altı ay sonra ayrılaram. Heç vaxt ömürlük evli qala bilmərəm. Amma mən fikirləşirəm ki, qarşı tərəfin bir günahı yoxdu. Kimsə Sonadan şübhələnməsin deyə, evlənə bilərəm. Lakin o da bir ananın oğludu, bunu ona etməyə haqqım yoxdu. Təsəvvür edin, toyumdu, yanımda ərim əyləşib, amma mən kənarda hansısa xoşuma gələn bir qıza baxıram. Özümə qarşı edilməsini istəmədiyim hərəkəti başqasına edə bilmərəm. Ana olmaq istəyərəmmi?! Qız uşaqlarının xəstəsiyəm. Bir zamanlar övlad sahibi olmağı istəyərdim, amma bunun üçün qarşı cins lazımdı deyə bu fikrimdən yayındım. Əgər gələcəkdə sevə biləcəyim bir insan olarsa, o da uşaq istəyərsə, bunu tibbi müdaxilə köməyi ilə həyata keçirə bilərik. Bizdə homointimualların rəsmi nikahı yoxdu, amma olarsa belə mən əsla bir azəri qızıyla rəsmi nikaha girməzdim. Ruslarla qarışığı olan qızlar daha səmimi olurlar. Heç vaxt sevmədiyi bir insana yaxın getməzlər.



- Sona, səncə uşaq vaxtı ailən bilsəydi səni dəyişdirə bilərdilər?


- Yox, heç nə edə bilməzdilər. Mənim kimi insanların dəyişmə ehtimalı yüzdən beşidi. Bu yaxınlarda mamam mənə dedi ki, bir oğlan səni hardasa görüb, sənə elçi gəlmək istəyirlər. Oğlanla görüşməyim üçün mamam məni çox məcbur etdi və mamamın xətrinə razılaşdım. Həm dəyişməyim üçün özümə axırıncı şansı verdim. Onunla görüşdüm. Təsəvvür edin ki, mən onunla danışanda ağlayırdım. Çünki bu mən deyildim axı. Və beləcə oğlan söhbəti mənim üçün bitdi. Amma nə vaxtsa ailəm məni ailə qurmağa yenə məcbur etsə, evi tərk edəcəyəm. Hazırda oğlan dostlarım var. Onlarla əl verib də görüşürəm. Siz qızlar qızlara qarşı necəsinizsə, biz də oğlanlara qarşı eləyik. Bizim elə qızlarımız var ki, ailəsinin təkidi ilə ailə qurublar. Uşaqları da var, amma xoşbəxt deyillər Homointimuallığı heç bir din qəbul etmir. Mən şəxsən deistəm. Allah mənə seçim şansı verməyib. Dinləyin, mən həyatda savaşçıyam. Bizi müdafiə edənlər az, amma hücum edənlər çoxdu. Bu, intimual bir seçim deyil. Bu urəyin, hisslərin və ən sonda ehtirasın seçimidi. Mən belə olmağı seçmədim, belə doğuldum. Dəyişməyə çox çalışdım, amma alınmadı. Lesbiyan olmurlar, lesbiyan doğulurlar.


-İlk dəfə bir qızla öpüşəndə nə hiss etdin?


- On birinci sinifdə oxuyurdum. Onda mən istəməmişdim. Bilmədən oldu, yəni mən öpmədim. Məni öpdü. Bizimlə paralel sinifdə oxuyan bir qız idi. Onun məndən xoşu gəldiyini əvvəlcədən bilirdim.


- Səni öpəndə kimsə gördü?



- Yox, tək idik.



- Səncə, o səni öpmək üçün tək qalmağı planlaşdırmışdı?



- Yəqin (gülür). Heç nə demədim, amma itələdim. Gözləmirdim.


- Niyə? Xoşun gəlmədi?



- Niyə itələdiyimi özüm də bilmirəm, amma xoşuma gəlmişdi. Daha sonralar ona sərt cavablar verdim. O da məndən uzaqlaşdı. Həm də o vaxtlar homo olduğumu özüm-özünə inkar edirdim axı.



***

Bu balaca qızcığaz etdiyi dəliliklər barədə danışır:


- Məsələn, sevdiyim qıza görə evdən qaçmışdım. Xəstə idi, dəm qazından zəhərlənmişdi. Ailəmin etirazlarına baxmayaraq onun yanında getdim. Mamam mənə demişdi ki, 1-2 saat otur, gəl evə. Mən isə "yox, burda qalacağam deyib” telefonumu söndürdüm. Onun ailəsi də orda qalmağımı istəyirdi. Daim mənə "gəl, gəl deyirdilər. Sən gəlməyəndə bu yemək yemir.


- Ailən niyə izn vermirdi onlarda qalmağına? Münasibətinizdən şübhələnmişdilər?


- Yox, sadəcə o qızı tanımırdılar. Yalnız məndən adını eşitmişdilər. Ailəm məni Bakı şəhərində axtarışa vermişdi. Bir həftə sonra polislər gəlib məni tapdı. Bəzən hərdən oturub düşünürəm. Necə risk etmişəm?! Onun üçün o qədər fədakarlıq etdim, indi yanımda yoxdu. Elə bilirsiniz tək kişilər vəfasızdı? Qadınlar daha vəfasızdı. Kişilərə milyon dəfə şükür demək olar.


Sona danışdı, mən dinlədim. Bütün söhbət boyu bircə dəfə də olsun gözlərimin içinə baxmadı. Gözlərini qarşı tərəfdəki şkafa zillədi. Qəfil ayağa qalxıb mənə tərəf döndü.


- Heç kim sabah necə olacağını bilmir. Mənim valideynlərim də mən dünyaya gələndə homo olacağımı ağıllarına da gətirməyiblər. Homointimuallar da normal insandı, sadəcə hissləri fərqlidi. Mən bu hissimi sevirəm. Heç bir hetrointimual bir homo qədər sevə və qısqanc ola bilməz. İnsanlar geylərə görə, bizə pis baxırlar. Buna səbəb də trasda duran mavilərdi. Onları mən özüm də sevmirəm. Homoların adlarını ləkələyirlər. Gey olsalar da, sevgi içində bir nəfərlə yaşaya bilərlər. Bizim də dəyərlərimiz var...

Ləman Mustafaqızı


Şərhlər:
Baxılıb: 9250
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz