Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qaynı ilə eşq yaşayıb öz ərini qətlə yetirən qadın cəza aldı
Qaynı ilə eşq yaşayıb öz ərini qətlə yetirən qadın  cəza aldı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4383
Səs ver:
Lənkəran Ağır Cinayətlər Məhkəməsində ərini xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan Sabirabad rayon sakini Gülbəniz Ələkbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

İttihama görə, Sabirabad rayon sakini Zeynal Ələkbərovun itkin düşməsi barədə polisə ötən il avqustun 3-də məlumat verilib. Aparılan araşdırmalar zamanı onun 2011-ci il yanvar ayının 16-da qardaşı Əlibaxış (2011-ci ilin aprel ayında öz əcəli ilə ölüb) və arvadı Gülbəniz Ələkbərova tərəfindən öldürülərək Suqovuşan kəndindəki evinin zirzəmisində basdırılması müəyyən edilib. Gülbəniz Ələkbərova tutulub.

İstintaq müəyyən edib ki, 2011-ci ilin yanvarında rayonun Suqovuşan kənd sakini Zeynal Ələkbərov Qazaxıstanın Aktau şəhərindən Azərbaycana qayıdıb. Qazaxıstanda xırda ticarətlə məşğul olan Zeynalın kəndə qayıtması ağır cinayətə səbəb olub.

O, həyat yoldaşı Gülbəniz Ələkbərova tərəfindən baltalanaraq qətlə yetirilib. Qadın ərini qətlə yetirəndən sonra meyiti bir neçə hissəyə bölüb və daha sonra sellofana bükərək evin zirzəmisində basdırıb.

Bu qətl hadisəsindən bir neçə ay sonra Zeynal Ələkbərovun kiçik qardaşı Əlibaxış qəfil vəfat edib. Gülbəniz Ələkbərova qaynının hüzn mərasimində iştirak etsə də, Zeynalın olmaması qohumlar arasında narahatlığa səbəb olub. Buna görə də hər kəs Zeynalın cavan qardaşının yas mərasiminə gələ bilməməsi ilə maraqlanıb.

Lakin Gülbəniz deyib ki, guya əri imkansızlıqdan hüzrdə iştirak edə bilməyib. Əlibaxışın 40 mərasimindən sonra qohumlar yenə Zeynalla maraqlansalar da, Gülbəniz deyib ki, bir dəfə zəng edib, qardaşının yasına gəlmədiyi üçün xəcalətlidir, ona görə bacı və qardaşlarına zəng etməyə utanır.

Bu qətl olayından 1 il 4 ay keçəndən sonra, 2012-ci ilin aprelində Zeynal Ələkbərovun bacısı Səfiyyə qardaşını xəbər alır. Gülbəniz yenə də ərinin imkanı olmadığını və qardaşının ilinə də gələ bilməyəcəyini deyib. Bacı qardaşının Qazaxıstanda olan telefon nömrəsini istəsə də, Gülbəniz bəhanə gətirərək vermir. Səfiyyə bundan sonra qohumlarına qardaşı barədə polisə xəbər vermək qərarına gəldiyini bildirib.

Bundan sonra Zeynal Ələkbərov barəsində Sabirabad rayon Polis Şöbəsinə şikayət olunub. Şikayət əsasında araşdırma aparılıb və Zeynalın 2011-ci ilin yanvarında Qazaxıstandan Azərbaycana gəldiyi və geri qayıtmadığı məlum olub.

Aparılan araşdırmalar nəticəsində Z. Ələkbərovun həyat yoldaşı Gülbəniz istintaqa dəvət edilib. Onunla aparılan sorğu-sual nəticəsində dəhşətli cinayətin üstü açılıb. G.Ələkbərova ərini qətlə yetirdiyini və evlərinin zirzəmisində basdırdığını etiraf edib. Gülbənizin etirafından sonra Z. Ələkbərovun meyiti basdırıldığı evin zirzəmisindən çıxarılıb.

G.Ələkbərova ifadəsində hadisənin təfərrüatlarını da açıqlayıb. O, deyib ki, əri Qazaxıstanda olan zaman mərhum qaynı Əlibaxışla münasibətdə olub. Onun sözlərinə görə, əri Qazaxıstandan qayıdanda qardaşı öz evində Əlibaxışın həyat yoldaşı Gülbənizlə yataqda olduğunu görüb: "Bu zaman hər iki qardaş arasında dava düşdü. Mən də balta ilə ərimi qətlə yetirdim”.

Onun ifadəsinə görə, ərinin qətlində qaynı Əlibaxışın günahı olmayıb. Məhkəmənin hökmü ilə Gülbəniz Ələkbərova 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Şərhlər:
Baxılıb: 4383
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz