Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Belə gözəl xanım indiyə qədər bakirədir?
Belə gözəl xanım indiyə qədər bakirədir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2989
Səs ver:
Taleyimizin bizim planlarla işi yoxdur, özü nə istəyirsə, onu da edir. Bunu Hollivudun ən gözəl qadınlarından olan aktrisa Ava Qardnerə də aid etmək olar... Bu gənc, gözəl, yaşılgözlü qız katibə olmağın xəyalını qurduğu bir vaxtda "katibəlik” qapısı bağlanır və üzünə o möhtəşəm "Hollivud qapısı” açılır və vaxt gələcək adi əyalət qızı Ava Amerikanın üç ən tanınmış kişisinin arvadı olacaq...!

Mələk simalı, ilahə bədənli Ava Qardner XX əsrin ən gözəl xanımları siyahısına daxil olub...
Ava Laviniya Qardner 1922-ci il dekabrın 24-ü sadə fermer ailəsində dünyaya gəlib. O, yeddi qızlı ailənin ən kiçiyi idi. Ailə kasıb, anası isə ciddi, mühafizəkar qadın idi. Bütün bunlara baxmayaraq, Ava həmişə uşaqlığının xoşbəxt xatirələrlə bol olduğunu söyləyirdi.

Aktrisanın Hollivuda gedən yolu belə başlayır; 18 yaşında o, Nyu-Yorka bacısının yanına gedir. Gözəl olduğunu Ava burda – Nyu-York küçələrində anlayır, əks cinsin nümayəndələrindən biri də olsun gözəl qızı "diqqətsiz buraxmırdı”... 
Bacısının əri Larri Ter Avanın bir neçə şəklini çəkir və öz emalatxanasının vitrinini bu fotolarla bəzəyir və dediyimiz o tale – "MGM” kinostudiyasının klerki emalatxananın yanından keçərkən gözəl Avanın fotolarını görür və…
Kinostudiyanın rəhbəri Avanın sınaq çəkilişlərinə baxıb söyləyir:- O nə oynaya bilir, nə düz-əməlli danışa bilir, ancaq çox gözəldir! Gənc qız katibəlik dərslərini bir kənara qoyub aktyorluq kurslarına yazılır.
Beləliklə, Ava Qardner çamadanını yığıb birbaş Hollivuda yollanır.

Onun ilk filmləri arasında "Fit dayanacağı”, "Qatillər” filmləri vardı, ancaq ilk uğurlu filmi 1947-ci ildə çəkildiyi "Xırda alverçilər”, sonrakı illər isə "Veneranın bir toxunuşu”, "Kilimancaronun qarları” filmləri olur. 
1953-cü ildə Ava Qardner "Moqambo” filmində çəkilir, bu filmə görə ən yaxşı aktrisa nominasiyasında "Oskar”a layiq görülür və bununla Hollivudun ən irəlidə olan aktrisaları siyahısında yerini möhkəmlədir. 

Aktrisanın digər uğurlu filmləri arasında "Ayaqyalın Qrafinya”, "Günəş də qalxır”, "Mələk qırmızı geyinir”, "Prezidentin qaçırılması”, ”Harem”i qeyd etmək olar.

Ava Qardnerin kinodakı uğurları təəssüf ki, onu şəxsi həyatında müşayiət etmir. İlk həyat yoldaşı Mikki Runi ilə 1942-ci ilin yanvarında evlənirlər. Miki Runi belə gözəl qadının bakirə olduğunu öyrəndikdə xeyli təəcüblənmiş və bunu fəxrlə bütün aləmə car çəkmişdi: – "Necə yəni? Belə gözəl xanım indiyə qədər bakirədir?!” Bu Hollivud üçün qeyri-adi hal idi.

Runi Avaya ilk gördüyü andan aşiq olmuşdu - dəli kimi, bu "dəli”lik isə 17 ay davam edir. Runi digər qadınlarla eşqbazlıq edir, gecələr evdə gecələmirdi, hər şey məntiqi sonluqla bitir- Ayrılıq, səbəb isə aydın məsələ - Mikki Runinin qadınlara olan sonsuz sevdası...

Avanın növbəti əri isə multimilyonçu Hovard Hyuz olur, təzə-təzə hər şey yaxşı olsa da, tezliklə evlilik həyatı farşa çevrilir. Hər şey tərs gedirdi, kinodakı uğurları azalmışdı, aktrisa iki il ərzində gənc aktyor Hovard Daffla sevgili olur, ancaq bu "sevgi” də o nağıllardakı sevgidən olmur, həqiqət "abort” və "depressiya”dan ibarət idi... 

Çox keçmir ki, "Centlmenlər sarışınları üstün tutur” filminin premyerası zamanı Frenk Sinatra Avanı görür və aktrisanın əvvəlki ərləri kimi ona ilk baxışdan aşiq olur... Elə həmin gecə Frenk aktrisaya görüş təyin edir...
Hər şey eyni ssenari ilə təkrar olunur, bir müddət Ava xoşbəxtlikdən göylərdə uçur, hər necə olur-olsun Frenklə evlənməli idi. Nəzərə alsaq ki, o zaman Frenk artıq evli idi və üç övladı vardı, hamı Avanı başqasının evini dağıtmaqda təqsirləndirirdi, lakin cütlük evlənmək məsələsində israrlı idi. Frenk Sinatra arvadı Nensidən tez bir zamanda boşanır və Ava Qardnerlə evlənir. Bir neçə illik ehtiraslı, səs-küylü evlilik Frenk Sinatranın qısqanclığı, və Avanın sərxoşluğuna dözməməsi səbəbindən dağıldı.

Aktrisa artıq Hollivuddan bezmişdi, o başını götürüb İspaniyaya köçür. Dostu Ernest Heminquey aktrisada korridaya maraq oyadır, bu marağın nəticəsində matador Luis Miqel Dominqin ilə tanışlıq baş tutur və bu tanışlıq qismində "qısa müddətli” sevgi yaşanır...

10 il İspaniyada yaşayandan sonra Ava Qardner İngiltərəyə köçür və ömrünün sonunacan burada yaşayır.
1986-cı il iki insultdan sonra o, yataq xəstəsinə çevrilir, bu müddət ərzində bütün müəlicə xərclərini keçmiş əri italiyalı Frenk Sinatra ödəyir.
Gözəl aktrisa "Ava, mənim həyatım” adlı avtobioqrafik kitab yazır. 
Ava Qardner 1990-cu il yanvarın 25-də 67 yaşında ikən vəfat edir.
Gözəllik, həqiqətən, heç nəyi həll etmir, Ava xoşbəxt olmağı bacarmadı, ölüm yatağında olarkən onun son sözləri belə idi: - "Mən çox yorulmuşam...”

Aytən Cavanşir


Şərhlər:
Baxılıb: 2989
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz