Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKA
Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKA
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4279
Səs ver:
Gecə həyatının ən qaranlıq məqamları Qadinlar.Biz-də

Dünyanın inkişaf etmiş ölkələrində gecə əyləncəsi həyatın bir hissəsi hesab edilsə də, bu əyləncə məkanları heç də həmişə təhlükəsiz olmur. Buna görədir ki, gecə klubları, bar və diskotekalar həm də kriminal ünsürlərin hədəfinə tuş gəlir, qanlı hesablaşmalar məkanına çevrilir. Dünya zaman-zaman belə qanlı hadisələrə şahidlik edib. AzNews.az dünyanın gecə həyatının qana boyanmış tərəfini təqdim edir.


Meksika liderdir

Barda törədilən dəhşətli cinayət faktlarına görə Meksika mütəmadi olaraq dünya mətbuatının gündəminə gəlir. Bu ölkədə bir-birinin ardınca çox sayda insan tələfatı ilə nəticələnən kriminal hesablaşmalar barların nüfuzunun azalmasına təsir göstərməyib. Barlar yenə həmişəki kimi dolub daşır. Bu günlərdə Meksikanın Çiuaua şəhərində baş verən hadisədə 7 nəfər güllələnib. Polisin məlumatına görə, ov tüfəngi ilə bara daxil olan şəxs 4 kişi və 3 qadının güllələyib. Daha 2 nəfər yaralanıb.
Üzünü örtən kişinin məqsədinin məhz öldürmək olduğu əyninə geyindiyi bronojiletdən məlum olub.

Çiuaua şəhəri barlardakı qanlı hesablaşmalarla 2012-ci ildə də adından söz etdirmişdi. Ötən ili aprelin 12-də bu şəhərdə bir qrup silahlı şəxs barı gülləboran edib. Hadisə nəticəsində 15 nəfər ölüb. Ölənlərin arasında iki jurnalist də var. Amma polis hesab edir ki, hücumun hədəfi onlar olmayıblar. Başqa hadisələrdə olduğu kimi bu hadisədə də polis hadisənin motivlərini bəlli olmadığını bildirib, ehtimallar isə gecə məkanları sahiblərinin bağlı olduğu qrupların bir-birinin təsir dairəsinə zərbə endirməkdən başqa bir şey olmadığı yönündədir.
Xüsusən də əgər söhbət Çiuaua şəhərindən gedirsə, qanlı bitən əyləncələr bu şəhər üçün artıq adiləşib. Məhz bu şəhərdə əyləncə məkanlarından birində konsert zamanı 9 nəfər, o cümlədən, 5 musiqiçi güllələnmişdi.

Gecə əyləncəsinin qanla başa çatdığı başqa məkan isə Meksikanın məşhur turizm obyektlərindən biri olan Kankun istirahət mərkəzi olub. Mərkəzin barına daxil olaraq şəxs 7 nəfəri öldürüb və 5 nəfəri yaralayıb. Ölənlərin çoxu taksi sürücüləri olduğundan hadisənin taksi biznesi ilə əlaqəsinin olduğu güman edilir. Silahlı şəxslər Kankun hotel şəbəkəsinin "The Mermaid” barına daxil olaraq avtomat və əl silahlarından atəş açmağa başlayıblar.
Əgər nəzərə alsaq ki, Kankun Meksikanın Karib dənizi sahillərində əsas turizm mərkəzindən biridir, bu hadisənin istirahət mərkəzinə gələnlərin sayını azaldacağı güman edilir. Ancaq deyəsən Meksikada barlarda qanlı hadisələr o qədər adiləşib ki, istirahət mərkəzinin sahibləri müştərilərini itirəcəklərindən qətiyyən narahat deyillər.


Meksikanın digər kurort şəhəri olan Masatlandakı barların birində 2010-cu ildə baş verən atışma isə mafioz qruplaşmalar arasındakı hesablaşmanın nəticəsi idi.
Naməlum silahlı şəxslər bara daxil olaraq insanlara avtomatdan atəş açıblar. Hadisə zamanı 6 nəfər həlak olub. Bu hadisədən sonra hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, silahlı basqında 3 nəfər iştirak edib və onların hamısı hadisə yerindən qaçmağa müvəffəq olublar. Masatlan kurort şəhəri narkotik maddələr satışı ilə məşğul olan Meksika mafioz qruplarının məskunlaşdığı Sinaloa ştatında yerləşdiyindən budəfəki hadisənin də məhz onlara bağlılığı istisna edilmirdi.


Avropada da barlar qana "yox” demir

Avropada da insanların gecə əyləncəsini qanlı xatirəyə çevirən hadisələr baş verir. İstirahətin daha yaxşı və təhlükəsiz təşkili ilə öyünən Fransanın Orli şəhərində ötən ilin noyabrında baş verən atışma bu barədə təsəvvürləri alt-üst edib. Ancaq bu dəfə atışma əyləncənin başladığı gecə saatlarında yox, günorta vaxtı baş verib. Orli şəhərindəki barların birində baş verən atışma nəticəsində 3 nəfər ölüb, 6 müştəri yaralanıb.
Hadisə yerinə gələn polis şahidlərin ifadəsinə əsasən bildirib ki, günorta vaxtı BMW markalı avtomaşınla gəlmiş iki nəfər barın qarşısında dayanmış şəxsə atəş açıb. Sonra onlardan biri maşından düşərək bara daxil olaraq heç bir səbəb olmadan içəridəki müştərilərə odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir qadın və iki kişi aldıqları güllə yarasından elə hadisə yerindəcə keçinib, 6 nəfər isə yaralanıb. Qatillər maşını bir saatdan sonra yanmış vəziyyətdə tapılıb.


Rusiya mafiyası barda hesablaşır

Rusiyada da qruplaşmalar arasındakı haqq-hesab yeri əsasən barlar olur ki, bu zaman xəsarət alanlar arasında müştərilərin də ola biləcəyi qruplaşmaları fikrindən döndərə bilmir. Belə "haqq-hesablarda” bəzən azərbaycanlıların da iştirakı təsdiq edilir. Ötən il dekabrın 20-də Sankt-Peterburqda rus, çeçen, inquş və azərbaycanlılar "problemlərini” silah yolu ilə həll etmək üçün məhz barı seçiblər. "Malaya Morskaya” küçəsində "Music Bar”da baş verən hadisədə 26 yaşlı çeçen əsilli Adəm Daşayev ölüb. 28 yaşlı inquş Həmzət Moquşkov və 32 yaşlı Kostin soyadlı peterburqlu güllə yarası alıb. Münaqişə əvvəlcə iki qafqazlı ilə üç azərbaycanlı arasında baş verib. Daha sonra silahlara əl atılıb və nəticə ortadadır.

Türkiyədə narkotik satmayan barlar hədəfdə

Türkiyədə isə gecə əyləncə məkanları əsasən narkotik satışı ilə məşğul olan qruplaşmaların hücumuna tuş gəlir. Bu məkanların narkotik satışından imtina edən sahibləri güllələnir, başqalarına "göz dağı” vermək üçün bar atəşə tutulur. 2012-ci il dekabrın 31-də dünya yeni ili qarşılamağa hazırlaşarkən Ankaradakı bar sahibləri məhz bu səbəbdən gülləyə tuş gəlib. Bir bar sahibinin öldürüldüyü, 3 nəfərin də yaralandığı hadisə Çankayada baş verib.

Akay küçəsindəki "Bacardi”, "1001 gecə” və "Ciklet” kimi barlara edilən hücumun arxasında narkotacirlər dayanıb. Bar sahibləri öz məkanlarında narkotik maddələrin satışına imkan verməyəcəklərini bəyan etməsi narkotacirlərin xoşuna gəlməyib və cavab güllələrlə verilib.

Türkiyənin istirahət bölgələrindən biri olan Antalya da zaman-zaman qanlı hesablaşmalara şahidlik edib.
2000-ci illərin əvvəllərindən başlayaraq əyləncə məkanlarında qanlı hadisələr tez-tez təkrarlanmağa başlayıb. Burada hətta bar sahiblərini də öz aralarında yaranan problemlərin silahlı "həlli” zamanı müştərilər az zərər çəkməyib. "Qərənfil” və "Karvan” adlı 2 bara edilən silahlı hücumda yoldan keçən bir nəfər də ölüb. Ümumiyyətlə bu şəhər belə hadisələrə tez-tez müşahidə olduğundan əyləncənin tempinə təsir göstərmir.


Bar davaları Azərbaycandan da yan keçməyib

Azərbaycanda gecə həyatının hələ kütləviləşməməsinə baxmayaraq, zaman-zaman barlardan bəd xəbərlər gəlməkdədir. Bakı barlarında hətta masanın üstünə qoyulan telefonu götürüb qaçanlar da var. Məsələn, "Kakadu” barında belə bir hadisə ilə üzləşən qadının şikayəti əsasında 23 yaşlı gənc tutulub.

Ötən il Bakının Nəsimi rayonu ərazisində "Zero” adlı barda bir nəfər mübahisə etdiyi barın sahibinə tapança ilə atəş açıb. Nəticədə bar sahibi ayağından yaralanıb. Yenə ötən il Bakıda gecə klublarının birində kütləvi dava nəticəsində qan tökülüb. Bül-bül prospektində yerləşən gecə klubunda naməlum şəxslər 2 nəfəri bıçaqlayıb, 1 nəfəri isə möhkəm döyüblər.


Barda kütləvi təcavüz və işgəncə

Gecə həyatının bir hissəsi olan qanlı hadisələr zaman-zaman filmlərə də mövzu olub. Türkiyədə çəkilən "Barda” filmi bu qəbildən çəkilən ən yaxşı və ən sərt filmlərdən biri hesab olunur. Filmin süjet xətti 1997-ci ildə Ankarada baş verən hadisədən götürülüb. 7 nəfərlik qrup bir bara daxil olaraq qadın və kişilərdən ibarət bir qrupa 17 saat ərzində təcavüz edərək işgəncə verib. Ancaq hadisədən sonra barda təcavüz və işgəncəyə məruz qalan qurbanlarını həyatı əvvəlki kimi olmayıb. Cəmiyyət hadisəyə heç də birmənalı yanaşmayıb, hətta işgəncə görən qrupun arasında olan kişilər barədə müxtəlif fikirlər səsləndirilib. Nəticədə əyləncə üçün getdikləri barda üzləşdikləri hadisədən sonra onların həyatı tamamilə alt-üst olub. Onların arasında olan 28 yaşlı gənc hadisədən sonra Türkiyəni tərk edərək İngiltərəyə gedib. Türkiyədə təhlükəsizliyi təmin olunmadığı üçün Hollandiya vətəndaşlığına qəbul edilib. 28 yaşlı başqa bir qurban isə qəsəbəyə köçüb. Hər il bir neçə dəfə intihara təşəbbüs edir. Hadisənin 29 yaşlı başqa bir iştirakçısı olaydan sonra Almaniyaya gedib. 33 yaşlı qadın qızı ilə birlikdə hadisədən xəbərdar olmayan kiçik bir kəndə köçərək orada hamını gözündən uzaq yaşayır.

 

Gecə barlarındakı cinayətlər – ŞOK STATİSTİKA





Şərhlər:
Baxılıb: 4279
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz