Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Rəfiqəsi sevgilisini, sonra da ərini əlindən aldı
Rəfiqəsi sevgilisini, sonra da ərini əlindən aldı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2383
Səs ver:
Cəmilə 1974-cü ildə Şəki şəhərində dünyaya gəlib. Ailənin yeganə qız övladı olduğu üçün üzərində həmişə ciddi nəzarət olub. Özündən yaşca böyük olan qardaşları onun dərsləri və tərbiyəsi ilə ciddi məşğul olub. 

Orta məktəb illərindən məhəllənin tanınıb seçilən ailələrinin birinin övladı olan Şaban adlı oğlanla bir-birilərini gizli sevirlər. Cəmilə qardaşlarının qorxusundan heç vaxt dərsdən kənarda Şabanla görüşüb söhbət edə bilmir. Doqquzuncu sinifdən məktublaşmağa başlayırlar. Bütün məktəb və məhəllə onların sevgisindən xəbər tutur. 
Cəmiləgilin qonşuluğunda yaşayan Gülnarə adlı rəfiqəsi isə Cəmilənin Şabana yazdığı məktubları daşıyır. 

Gülnarə ilə Cəmilə qonşuluqda böyüsələr də, ailələrin bir-birilərinə münasibəti yaxşı olmur. Gülnarənin anası və özü haqqında ətrafda pis fikirlər dolaşdığına görə Cəmilənin qardaşları Gülnarə ilə bacılarının rəfiqəliyinə qadağa qoyurlar. Beləliklə, Şabanla Cəmilənin məktublarının arası kəsilir. 

Cəmilə ilə Şaban məktəbi bitirdikdən sonra ali məktəbə daxil olurlar. İkisi də Bakıya ali təhsil almağa gəlsələr də, münasibətlər tamamilə kəsilir. Üçüncü kursun sonunda Cəmilə Bakıdan Şəkiyə qayıdanda Şabanla Gülnarənin nişanlandığını eşidir. O, eşitdiklərinə inana bilmir. Gülnarə məhəllənin ən çirkin və haqqında müxtəlif söz-söhbət dolaşan qızı və onun rəfiqəsi idi. Şaban isə imkanlı ailənin yaraşıqlı oğlu və onun sevdiyi insan idi. Gülnarə Cəmilə ilə Şabanın sevgisindən həmişə xəbərdar olmasına baxmayaraq Şabanla nişanlanıb.

Şəkidə söz-söhbət yayılmağa başlayır. Gülnarə Şabandan hamilədir. Şaban bu səbəbdən onunla evlənməyə məcbur qalıb. 

Cəmilənin ürəyi sınır. Anası Cəmilənin halından xəbərdar olduğu üçün universiteti bitirənə qədər dayısıgildə qalıb Şəkiyə qayıtmamağı xahiş edir. 
Cəmilə iki il sevdiyi insanın və rəfiqəsinin xəyanətini unuda bilmir. Əsəbləri korlanır, təhsildən geri qalır. 

Universiteti bitirdikdən sonra Cəmilə Şəkiyə qayıdıb ixtisası üzrə orta məktəbdə dərs deməyə başlayır. Ara-sıra Gülnarə ilə Şabanı görsə də, fikir verməməyə çalışır. Bu müddətdə ona bir neçə oğlan elçi göndərsə də, təklifi qəbul etmir. Günlərlə üzündə gülüş görünmür. 
Rusiyada yaşayan xalası oğlu ona evlilik təklif edir. Sırf ölkədən  çıxıb hər şeyi unutmaq üçün təklifi qəbul edir. Toydan sonra gənc ailə Rusiyaya yola düşür. 

İki ildən sonra Cəmilənin əkiz övladı dünyaya gəlir. Yaxşı gedən ər-arvad münasibətləri daha da möhkəmlənir. Cəmilə zamanla Gülnarəni və Şabanı unudur. 
10 ilə yaxın müddət keçir. Şabanla Gülnarənin boşandığını, Gülnarənin uşaqları Şabana verib ərə getdiyini eşidir. Keçmiş xatirələri gözündə yenidən canlanır. Bu müddətdə onun ürəyində sevgi yox, kin və qınaq hissi qalır. İllərlə ürəyində Şabana cavabsız suallar verir. 
10 il sonra Şabanla ilk dəfə, öz evində üz-üzə gəlir...

Rusiyada iş axtarmağa gələn Şabanı həyat yoldaşı qonşu kimi evlərinə dəvət edir. Şaban Cəmilənin evində olduğu müddətdə bircə dəfə də Cəmilənin üzünə baxa bilmir. Öz evində Şabanla qarşılaşacağını düşünməyən Cəmilə şoka düşür. 

Şaban Cəmilənin ərinə başına gələnləri nəql edir:
"Məhəllədən bir qızı sevirdim. Aramızda məktub aparıb-gətirən bir qız münasibətlərimizi korladı. Hər dəfə mənə məktub gətirəndə deyirdi ki, guya məktubun eynisindən sevdiyim qız başqa oğlanlara da yazıb göndərir. Özünü mələk kimi göstərib guya məni xilas etdi. Bakıda oxuduğum vaxt bir gün universitetdə Şəkidən bir nəfərin gəlib məni gözlədiyini dedilər. Həmin məktub gətirən qız idi. Bakıya qonaq gəldiyini, gəldiyi evin sahiblərinin evdə olmadığını, gedəcək yerinin olmamasını dedi. Məcbur qalıb onu yaşadığım evə apardım. Gecə mənimlə qaldı...

İki ay sonra Şəkiyə qayıdanda isə mənə dedi ki, hamilədir. Onunla evlənməli oldum”.
Cəmilə Şabanı eşitsə də, onu yanıltdığı üçün ürəyindəki kin keçmir. Onların xoşbəxt olmamasının səbəbini isə ürəyindəki kinə bağlayır. 

Şaban bir il Rusiyada yaşayır. Rusiyada gəncliyindən bəri əziyyət çəkdiyi revmatizm və diabet xəstəliyi şiddətlənir. Ayağı kəsilir. Şabana qohumları sahib çıxmır. Uşaqları isə uşaq evinə verilir. Şabana Cəmilənin əri baxıcı tutur. Şaban min bir zillətlə dünyasını dəyişir. 
Vaxtilə sevdiyi insan onun əllərində canını tapşırır. Bu şokdan sonra Cəmilə bir müddət özünə gələ bilmir. 

Şabanın cənazəsini Cəmilənin əri Şəkiyə gətirib özü dəfn edir.
Dəfnə Gülnarə də gəlir. Cəmilə özünü ələ alıb Gülnarəyə başsağlığı vermək istəyir. Gülnarə ikinci pisliyi edir: Cəmilənin ərinin yanında ona "Ərimin meyitindən də əl çəkmədin” deyir. Söhbəti anlamağa çalışan Cəmilənin əri uzun müddət aldadıldığını düşünür. Gülnarə ona Şabanla Cəmilənin vaxtı ilə sevgili olduqlarını, Cəmilənin nişanlı olduqları zaman onları ayırmaq istədiyini deyir. Cəmilə ilə ərinin həmin gündən münasibəti korlanır. Ər-arvad arasındakı yaxşı münasibət, inam, sevgi yoxa çıxır.

Cəmilənin əri içkiyə qurşanır. Arvadını keçmiş sevgilisi ilə münasibətlərini ona demədiyi üçün bağışlaya bilmir. Dəfndən sonra ərinin tez-tez Şəkiyə getməsi ona qəribə gəlir. Cəmilənin bacısı bir müddət sonra telefonla Cəmiləyə dəhşətli xəbəri verir. Onun əri Gülnarə ilə ona xəyanət edir.

Cəmiləni dəhşət bürüyür. Keçmiş rəfiqəsi sevgilisini əlindən almaqla qalmamış, onun əri ilə də iyrənc münasibət yaşayırmış. 
Onların münasibətləri bir daha bərpa olmur. Cəmilə ərindən boşanır. Uşaqları ilə Şəkiyə qayıdır. Gülnarə isə onun əri ilə Rusiyaya köçür. 

Cəmilə əkizləri özü böyüdüb boya-başa çatdırır. Həyatındakı dəhşətlərin səbəbini isə özünü bilir. Özünün lazımsız səbri, təmkini, kinsizliyi onun həyatını alt-üst edir. 
Cəmilə övladları ilə indi xoşbəxtdir. Əri isə Gülnarə ilə yaşadığı müddətdə mübahisə nəticəsində cinayət törətdiyi üçün həbsdədir. 

Taleyi, bəlkə də qonşu qızı, özünə rəfiqə hesab etdiyi Gülnarə onun ömrünü müəyyən zaman kəsimlərində məhv edib.


Şərhlər:
Baxılıb: 2383
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz