Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınların xəyanətini aşkarlayan detektiv
Qadınların xəyanətini aşkarlayan detektiv
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2892
Səs ver:
Zərifə 1969-cu ildə Bakıda dünyaya gəlib. 4 yaşı olanda valideynləri boşanıb. Ayrıldıqdan sonra Zərifənin anası Bakı kəndlərinin birində yaşayan, dul və üç uşaqlı bir kişiyə ərə gedir. Anasının nikahından sonra Zərifənin qara günləri başlayır. Ögey bacı-qardaşları, ögey atası kiçik Zərifəyə əziyyət verir. Zərifə deyir ki, özünü tanıyandan süfrədən qalan artıq yeməkləri yeməyə məcbur olub. Ögey atası evdə yemək olduğu halda belə ona yemək çəkilməsinə icazə verməyib. Süfrəyə yalnız ögey-bacı qardaşları yeyib doyduqdan sonra otura bilirmiş. Ona heç vaxt paltar alınmırmış. Anası ya öz paltarlarından ona paltarlar tikirmiş, ya da ögey bacısının paltarını geyinirmiş. Anası isə ikinci dəfə boşanarsa, ailəsinin ondan imtina edəcəyindən qorxub ərindən ayrılmır.

Zərifə məktəbə getdiyi gündən özünə söz verir ki, oxuyacaq. Atalığı onun yaxşı oxumasına belə dözmürmüş. Hər dəfə əlində kitab görəndə ev işlərini görməyə məcbur edirmiş. Nəhayət ki, əziyyətli uşaqlıq, çətin məktəb illəri bitir. Zərifə məktəbi bitirdikdən sonra imtahanları uğurla verib riyaziyyat fakültəsinə daxil olur. Ailədəki bütün sıxışdırmalara rəğmən var gücü ilə oxuyur.

Universitetdə təkcə yaxşı oxumağı ilə deyil, həm də gözəlliyi ilə diqqət çəkir. İkinci kursda oxuyanda hüquq fakültəsindən dördüncü kursda oxuyan Zamin adlı oğlanla tanış olur. Gənclər bir-birinə aşiq olur. Zərifə deyir ki, heç vaxt heç kimdən Zamindən gördüyü xoş münasibəti görmədiyinə görə ona ilk görüşlərdən vurulur. Zamin universiteti bitirdikdən sonra da münasibətləri davam edir. Zamin hər gün universitetə gəlib onu dərsdən evə aparır. Zərifənin ailəsi münasibətdən xəbər tutduqları andaca evdə dava başlayır. Atalığı onu evdən bayıra çıxmağı qoymur. 2 həftədən çox dərsə gəlməyən Zərifə Zaminə baş verənləri xəbər göndərir. Zamin Zərifənin ailəsinə valideynlərini elçi göndərir. Zaminin ailəsinin maddi vəziyyəti, təhsili Zərifənin anasını və ögey atasını razı salır. Zərifə və Zamin nişanlanır.
Zərifə danışır ki, Zaminlə nişanlandığı gündən düşünürmüş ki, həyatı xilas oldu. Çünki Zamin dünyada tanıdığı ən yaxşı insan olub. "Heç vaxt mübahisəmiz olmurdu, xətrimə dəymirdi. Mənə elə gözəl hədiyyələr seçirdi ki, universitetdə qızlar həsəd aparırdı. Hər cür qayğımı çəkirdi”.

Evləndikdən sonra da Zərifə ilə Zaminin birgə həyatı gözəl başlayıb. Münasibətlərindən hər ikisi də xoşbəxt olub. İki il sonra ilk övladları Samirə dünyaya gəlib. Evliliklərinin dördüncü ilində Zaminə yüksək vəzifə təklif edilir. Zamin qəbul edir. Maddi vəziyyətləri çox qısa zamanda yüksəlir. Zamin evdən çox işdə, iş yeməklərində vaxt keçirməyə başlayır. Daha əvvəlki kimi nə Samirə ilə, nə də Zərifə ilə maraqlanmır. Münasibətlər soyuyur. Artıq aralarında dialoq qurmaq alınmır. Bu ərəfədə Zərifə ikinci uşağına hamilə qalır. İkinci övladı Vahid dünyaya gəlir. Vahidin dünyaya gəlməsi də Zaminlə Zərifənin münasibətini düzəldə bilmir. 7 il müddətində Zərifə sosial həyatla bütün münasibətlərini kəsib uşaqlarını böyüdür. Bu müddətdə isə Zaminlə münasibətləri demək olar ki, bitir. Zamin evə həftədə iki dəfə gəlib gedir. Uşaqları məktəbə getdikdən sonra Zərifə işləmək istəsə də, heç bir təcrübəsi olmadığı üçün iş tapa bilmir. Zamin maddi baxımdan heç nəyə ehtiyaclarının olmamasını əsas gətirərək ilk vaxtlarda onun işləməsinə qarşı çıxsa da sonradan razılaşır.

Zərifə Zaminin köməyi ilə dövlət idarələrinin birində işə düzəlir. Həyatındakı boşluğu doldurmaq üçün başını uşaqlarla və işi ilə qatmağa çalışır. Zaminin ona heç bir diqqət göstərməməsi onu hər gün əridir.
Zərifə işlədiyi idarədə əri haqda çox dəhşətli söhbətlər eşidir. Zaminin onun əri olduğunu bilməyən iş yoldaşı Zamin haqda danışır. Onun müxtəlif qadınlarla yaşadığını, hətta narkotik vasitələrdən istifadə etdiyini deyir.

Zərifə ağlaya-ağlaya evə gəlir. Zamin evə gəldikdən sonra onunla söhbət etmək istəsə də, cəhdi böyük dava ilə nəticələnir. Zamin onu hədələyib deyir ki, ya bir də onunla bağlı heç bir sual verməyəcək, ya da uşaqları evdə qoyub birdəfəlik evdən gedəcək. Eyni tipli davaların getdikcə sayı artır. Sonda Zamin boşanmaq üçün məhkəməyə ərizə ilə müraciət edir. Məhkəməyə verilən ərizəni oxuduğu zaman Zərifənin dili quruyur. Zamin məhkəmə ərizəsində Zərifənin illərlə ona xəyanət etdiyini, boşanmaq üçün uşaqlarının böyüməsini gözlədiyini deyir. Zərifə dəhşət içində Zaminin iş yerinə gedir. Zaminin məhkəmə ərizəsində yazdıqlarına izahat istəyir. Zamin dediyindən dönmür. Zərifənin ona xəyanət etdiyini iddia edir.  Mübahisədə Zamin niyə bu fikrə gəldiyini açıb deyir.

Zamin: " Vahid yeni dünyaya gəlmişdi. Mən işə yeni düzəlmişdim. Bacın Diləfruz iş yerimə gəlib sənin ögey qardaşınla uşaqlıqdan bəri sevgili olduğunu dedi. Həmin vaxt Vahid yeni doğulmuşdu. Səndən ayrıla bilməzdim. Bu sirri isə ürəyimdə saxladım. İllərlə işgəncə çəkdim. Amma qürurum icazə vermədi ki, aldadıldığımı dilimə gətirim. Gerisini isə bilirsən”.
Zərifə dəhşətdən bayılır. Özünə güclə gəlir. Zaminə yalvarıb inandırmaq istəsə də heç nə alınmır. Zamin Zərifəni evə yola salır. Həmin gündən də bir daha evə gəlmir.

Məhkəməyə verilən ərizə təsadüfən Zərifənin ana qohumu olan hakimə gəlib çıxır. İşin ona verilməsini xahiş edir. Öz pulu ilə detektiv tutur. Zərifəni və Zamini izlətdirir. Zərifənin həyatında uşaqlarından və evindən başqa heç nə olmadığı məlum olur. Uşaqları məhkəmə ərizəsində tələb edən Zaminin iddiası isə sübutlarla təmin olunmur. Uşaqların Zərifədə qalması şərti ilə boşanma baş tutur. Zamin Zərifənin günahsız olduğunu öyrəndikdən sonra onunla barışmaq istəyir. Zərifə illərlə çəkdiyi mənəvi iztirabları Zaminə bağışlaya bilmir. Zamin boşandıqdan sonra narkotika istifadəsini artırır. Vəziyyəti ağırlaşır. İşdə isə problemləri yaranır. Çox az müddətdən sonra Zaminin işdə çox böyük yeyinti elədiyi, pulu isə qadınlara və narkotikaya sərf elədiyi ortaya çıxır. Zamin həbs edilir. Zərifənin əlindən almaq istədiyi uşaqları isə anaları ilə qalır.

Zərifə hazırda dövlət orqanlarının birindı yüksək vəzifədə çalışır. Uşaqları böyüyüb. Qızı nişanlanıb. Oğlu isə universitetdə təhsil alır. Zamin həbsdən çıxa bilməyib. Daha doğrusu həbsdə narkotika krizisindən dünyasını dəyişib. O deyir ki, həyat ona hər üzünü göstərib. Həm pulu, həm kasıblığı, həm sadiqliyi, xəyanəti, sevgini, nifrəti, hər şeyi görüb. İnsanlardan hər şey gözlədiyini deyir. Ancaq anlamadığı bir şey hələ də var: Ögey bacısı Diləfruz ondan nə istədi? Niyə onun həyatını alt-üst etdi? Uşaqlıqdan bəri çəkdiyi əziyyətləri Zaminin unutdurduğu bir vaxtda niyə ailəsini dağıtdığını anlamaq istəyir. Bu sualı Diləfruza dəfələrlə verib. Ancaq heç bir cavab almayıb.
Əziz oxucu, sevginin səbəbi olmadığı kimi, səbəbsiz nifrət də olur. Ürəyinizi səbəbsiz nifrətdən qoruyun.

Günay//


Şərhlər:
Baxılıb: 2892
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz