Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 36222
Səs ver:

Ərəblər daha çox pulu rus qızlarına xərcləyir 

Dünyanın gecə əyləncəsinin ən məşhur ünvanlarından biri də Dubay barlarıdır. Dubayda açıq hava və çimərlik klubları olduqca məşhurdur. Müştərilərin çoxluğu ilə seçilən bu məkanlarda qiymət heç də hamının cibinə görə deyil. Bununla belə əylənmək və gəzmək üçün Dubaya gedən bir çoxları heç olmasa bir dəfə Dubayın həmin dünyaca məşhur gecə klublarında bir neçə saatını keçirməyə çalışır. Bu ona nə qədər baha başa gəlsə də. 

Dubayın ən məşhur gecə klubları və əyləncə məkanları otellərdə yerləşir. Ən tanınmış əyləncə məkanları Şeyx Zayed yolu üstündə yerləşən otellərdədir. Bura daxil olmaq üçün pul və 21 yaşdan yuxarı olmaq kifayətdir. Ancaq bütün bu məkanlarda geyimlərə xüsusilə diqqət yetirilir və qanun səviyyəsində qorunur. Dubay gecə klubları əsasən canlı musiqiyə üstünlük verir. Bu məkanlar gecə saat 11-də açılır və 3-də bağlanır. 

Dubayın məşhur gecə klubları arasında 360° barını xüsusilə vurğulamaq lazımdır."Jumeirah Beach Hotel"dən uzanan bir körpünün üzərində yerləşən barda adından da göründüyü kimi 360 dərəcəni görmək mümkündür. Bura öz kokteylləri ilə öyünür və məşhur Ərəb bürcünə baxan gözəl mənzərəsi ilə turistləri cəlb edir. Oturacaqları rahat, xidmət yüksək səviyyədə, canlı musiqi barın özünəməxsusluğudur. Həftənin iki günü bura ancaq qonaqlar üçün ayrılır. 

Dubaydakı möhtəşəm məkanlardan biri də "Al Barsha" barıdır. Bu bar bütün dövrlərin ən məşhur məkanlarından biri kimi tanınır. Yemək olaraq təqdim edilən pizzaları isə hətta İtaliyadan da yaxşı bişirildiyi deyilir. Kokteyl və şüşədə təqdim edilən pivələr də müştərilərin zövqünü oxşayır və pulunu alır. 

Dubayda hətta Parisdəki məşhur "Budda bar"ın əkizi də var. Orijinal "Budda bar"dan rəngi, tərtibatı, yeməkləri və əyləncəsinə görə geri qalmamağa çalışan bu barın divarları qızılı işləməlidir. Ortada Dubay üçün xüsusi olaraq Taylandda hazırlanmış 4 metrlik Budda heykəli ucalır. Tamamilə qızıldan olan heykəl sənət əsəri kimi diqqətləri cəlb edir. Barın yemək menyusuna əsasən Çin, Tayvan və Yaponiya mətbəxi daxildir. Ancaq ərəb dadları qatıldığından hətta yaponlar belə öz yeməklərini məhz Dubaydakı bu barda yeməyi xoşlayırlar. Burada yeməklər müştərinin yanına boşqabda gətirilir. Barın arxa tərəfində başqalarının gözündən uzaq olmaq şansı verən xüsusi yerlər var. 

Dubayın məşhur barları öz müştərilərini diqqətlə seçir. Doğrudur heç kəs "olmaz" demir, ancaq xoşagəlməz müştərinin hər an kiminsə nəzərini üstündə hiss etməsi mümkündür. Buna görə də hətta adını belə xoşagəlməz duyğular yaratdığı Dubayda qadın alveri heç də küçənin ortasında hamının gözü qarşısında və ya imicini qoruyub saxlamağa çalışan barlarda aparılmır. Burada Azərbaycandan, eləcə də postsovet məkanından qızların əsasən ikinci dərəcəli gecə məkanlarına aparıldığı bildirilsə də, beşulduzlu otellərdə də onlara rastlaşmaq mümkündür. Məsələn, Dubay xatirələrində daha çox Moskva otelinin disko-barının, "Siklon" gecə klubunun adı çəkilir. Sonuncu məkanın Londonda yaşayan hindistanlıya məxsus olduğu deyilir. Hər gecə burada Azərbaycan, Bolqarıstan, Çin, Rusiya, Tayvan, Tacikistandan 500-ə yaxın qıza rast gəlmək olar. Bir müddət əvvəl "Azad Avropa" radiostansiyasının əməkdaşları Dubayda beşulduzlu oteldə fahişəliklə məşğul olan azərbaycanlı qızdan reportaj hazırlamışdılar. Həmin reportajın "qəhrəmanı" bildirirdi ki, hətta küçələrdə də "qədim peşə" ilə məşğul olduqdan sonra yaşayış vizası ala bilib və beləliklə də satıcıya çevrilib. Bu ölkədə ən çox pul qazananlar rus qızlarıdır - səbəb ərəblərin sarışın gözəlləri daha çox sevməsi və onların yaşının 18-22 arasında dəyişməsidir. 

Ancaq Dubay təkcə əyləncəli və bol gəlirli gecə həyatı ilə yox, həm də qorxunc həqiqətləri ilə tanınır. Bu həqiqətlər arasında isə bir neçə il bundan əvvəl fahişələrə ölümlə nəticələnən hücumlar hələ də xatırlanır. Öldürülənlərin arasında azərbaycanlıların olmadığına isə heç kəs zəmanət verə bilmir...\AzNews

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar

 

Azərbaycanlı qızların bəzədiyi Dubay barları - Fotolar



Şərhlər:
Baxılıb: 36222
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz