Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4708
Səs ver:

Sahibə Nəzərova: "Ən iyrənc şey kişinin qeybət etməsidir”

Bizimxeber.az-ın bu dəfə ki, müsahibi "Star life” maqazin proqramının aparıcısı Sahibə Nəzərovadır.
- Sahibə xanım, neçə ildir televiziya sahəsindəsiniz?
- 1 il yarım olar. "Xəzər” TV-yə gələndə televiziyada təcrübəm yox idi. Deyə bilərəm ki, aparıcı kimi məni "Xəzər” televiziyası yetişdirib. Bu həqiqətən də belədir.

- Özünüz ixtisasca nəçisiniz?
- Mən İncəsənət Universitetinin estrada aktyoru fakültəsini bitirmişəm. İxtisasca aktrisayam. 1-ci kursda kurs rəhbərimiz Aleksandr Şarovskiy idi, amma müəyyən səbəblər üzündən 2-ci kursda rəhbərimiz dəyişildi və xalq artisti Arif Quliyev oldu. Biz onun ilk tələbələri idik.

- Nə səbəbə teatrda çalışmaq istəmədiniz?
- Mən məktəbdə oxuyanda artıq Abdulla Şaiq adına Kukla Teatrında işləyirdim. Bu teatrda aktrisa Lalə Məmmədova mənim müəlliməm olub. Hətta, İncəsənətə Universitetinə qabiliyyət imtahanına da məni o hazırlayıb, onun sayəsində mən qabiliyyət imtahanından yüksək qiymət almışdım. O gündən bu günə kimi Lalə ilə yaxın rəfiqəyik. Daha sonra Gənc Tamaşaçılar teatrına gəldim, çox az müddətdə burada işləyəndən sonra Bakı Uşaq Teatrına gəldim. Mən teatrı çox sevirəm, hansısa tamaşaya baxmağa gedəndə də özümü səhnədə təsəvvür edirəm, hətta ağlamaq istəyirəm (gülür). Səhnədən doymamışam, amma teatra qayıtmaq istəmirəm. Mən kino aktrisasıyam.

- Seçim qarşısında qalsanız, aparıcılığı seçərsiniz, yoxsa aktrisa sənətini?
- Aparıcılığı seçərəm.

- "Star life” maqazin proqramı çox reytinq qazanıb. Özünüz necə, başqa televiziyalarda olan şou proqramları izləyirsiniz?
- "Star life” yeganə qalmaqalsız maqazin proqramıdır və daha çox sənətçilərin yaradıcılıq həyatını göstərir, yaddan çıxmış sənətkarlarımızı yada salır. Hərdən başqa televiziyalarda olan maqazin proqramlarını da izləyirəm.

- Son zamanlar sizi "Döngələr” serialında görürdük. Başqa nə kimi təkliflər gəlir sizə?
- Təkliflər çoxdur, bu yaxında da 2 təklif almışam. Amma hələ qəbul edib etməyəcəyim dəqiq deyil. Biri ailə dramıdır, inşallah yaxşı olar. Sadəcə hər təklif olunan rolu qəbul etmirəm. Onu da qeyd edim ki, çəkildiyim filmlərdə əməkdar artist Sənubər İskəndərlinin məsləhətlərindən faydalanıram. İlk dəfə rejissor Ülviyyə Könülün "Vəkil hanı” filmində çəkilmişəm, o zaman 3-cü kursda oxuyurdum. Sənubər xanım aktyorlarla işləyirdi. Təcrübəm bir o qədər də yox idi. Sənubər xanımla orada şəxsən tanış oldum. Onun verdiyi məsləhətləri qulağımda sırğa etmişəm. Artıq 2-ci dəfə başqa bir təklif alanda onun verdiyi məsləhətlər mənə çox kömək oldu. O mənə demişdi: "Sənin daxilində olan istedadı mən görürəm və bu hələ sənin yeni addımlarındır. Mən sənə inanıram”. Sənubər xanımdan bu sözləri eşitmək özü bir uğurdu.

- Dəyişkən xanımsınız, yoxsa bu belə görünür?
- Əhvalım tez -tez dəyişir, mənə hər şey təsir edir, hava, ətrafdakılar, tərs baxış və s. Çox insanlar deyir ki, mən efirdə adi həyatda göründüyüm kimi deyiləm. Amma özüm dəyişikliyi və eksprementləri sevmirəm.

- Amma istəsəniz də, istəməsəniz də çox dəyişkən xanımsınız…
- Şəkillərdə və efirdə elə görünür (gülür). Həm də axı aktrisayam. Amma inanın ki, özüm buna çalışmıram ki, dəyişim. Ümumiyyətlə dəyişiklikləri sevmirəm, dəyişkən görünürəmsə, bu, həmişə təsadüfən alınır.

- Başqa nə kimi layihələr üzərində işləyirsiniz?
- "Star life” maqazin proqramından başqa hələ heç bir layihəm yoxdur.

- Ailə haqda düşünürsünüz?
- Ailə qurmaq istəmirəm (gülür). Hələ ki, bu haqda düşünmürəm. Elə bir oğlan yoxdur ki, istədiyim bütün xüsusiyyətlər onda olsun. İndiki oğlanların əksəriyyəti elə bil qız xarakterlidir. Çox küsəyən, naz edən olurlar. Müşahidə etmək qabiliyyəti də aktyorlara xas olan bir xüsusiyyətdir. Dodaq boyasının, dırnaqın rənginin yaraşıb yaraşmadığı haqda danışırlar, maraqlanırlar ki, hansı qadın mağazasında endirimlər var, sevgilisinə desinlər. Ən iyrənc şey isə kişinin qeybət etməsidir. Özlərini bəzəyirlər, dəblə ayaqlaşmaq lazımdır, amma unutmaq lazım deyil ki, sən kişisən. Əgər qadınların, qızların geyimləri müzakirə olunursa, o zaman kişilərin, oğlanların geyimlərindən danışmağa heç dəyməz. Bu dəhşətdir (gülür).

- Özünüzə necə xarakterli bir gələcək həyat yoldaşı arzulayırsınız?
- Deyirlər ki, oğlanlar özlərinə daha çox anasına və ya bacısına oxşayan qız axtarırlar, qızlar isə atası xasiyyətində bir adama ərə getmək istəyirlər. Mən atamın qızıl xasiyyətinin heç olmasa 10 %-ni hansısa oğlanda görsəm, deyərəm ki, bu oğlana ərə gedə bilərəm. Ailəsini düşünən, eyni zamanda şən, qeybətə nifrət edən, ədalətli bir insanla ailə həyatı qurmaq istərdim.

- "Star life” tamaşaçılarına sözünüz…
- "Star life”-ın öz tamaşaçıları var. Demək istəyirəm ki, hər zaman onlara maqazin aləmindən ən son və ən maraqlı xəbərləri təqdim etməyə davam edirik (gülür).


“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR  “Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR

 

“Oğlanlar çox küsəyən və naz edən olublar” – FOTOLAR



Şərhlər:
Baxılıb: 4708
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz