Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]
Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5102
Səs ver:

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]

 

Cazibədar aparıcıdan kişilərlə bağlı marağlı açıqlamalar [foto]


Yaxşı qız Elnarə Təhməzova: "Kişi elə öz kişi adını qorumalıdır"
Teleaparıcının "Aysel" jurnalına müsahibəsi
ANS TV-nin "İncə maraqlar" verilişinin incə, zərif, cazibədar aparıcısı Elnarə Təhməzova "Aysel" jurnalına həyatının incə məqamlarından danışdı.
-Səninlə ünsiyyətdə olanlar bilirlər ki, çox zarafatcıl, pozitiv və həyat eşqi olan bir xanımsan, həqiqətən xasiyyətin belədir, ya özünü gülüş arxasında gizlədirsən?
-Heç zaman özümə hörmətsizlik edib "gülüş arxasında” gizlənmərəm. Məni necə görürsünüzsə, daxilim də eynidir. Həyatı sevirəm, yaxşıları görürəm, bəzən şıltaqlığımdan irəli gələn üsyankarlıq edirəm. Amma sonra dərhal özümü danlayıram ki,
Elnarə sənin buna haqqın yoxdur.
-Yəqin ki, bu xüsusiyyətin sənə canlı efirdə çətin situasiyalardan çıxmağa kömək edir?
-Nəinki canlı efirdə, hətta həyatda da. İşimi sevirəm. Çox istəyirəm səliqəli olsun.
-İndi səni tam fərqli görürəm, qəmlisən, niyə?
-Bu aralar çox düşünürəm. Özəl həyatımla bağlıdır. Bu səbəbdən gizlədə bilmirəm. Dedim axı, daxilimdə nə baş verir hamısı üzümdədir. Yalandan gülə bilmirəm.
-Həftədə bir dəfə efir vaxtı səni nə dərəcədə qane edir?
-Həftənin bütün günləri çalışdığımı düşünəndə min şükür edirəm. İnanın, fasiləsiz 4 ay, hər gün 2 saat veriliş aparmışam, üstəlik, reklamarası olmadan. Çətin deyildi, sadəcə, istirahət və yeni enerji olması mütləqdir.
-Məncə, potensialın daha böyük TV layihələr üçün kifayət qədərdir?
-Özümə güvənim böyükdür. Çox işin öhdəsindən gələ bilərəm. Bu, Allah tərəfindən mənə verilən bacarıqdır. Özümü təsəvvür etmədiyim heç bir işə əl qoymaram.

-Şənbə günləri canlı efirin var, bəs qalan günlər vaxtını nəyə sərf edirsən, çünki çox aktiv insansan?
-Hər gün işdə oluram. Həftənin birinci günü rəhbərliklə növbəti efirin müzakirəsi olur. Daha sonra isə düşünmək, qonaqları mövzuya uyğun seçmək və s. Yəni dinamik iş həftəsi olur. İşdən sonra isə rəfiqələrimlə görüşürəm. Maksimum dincəlməyə çalışıram.
-Ümumiyyətlə zamanını ən çox nəyə xərcləyirsən?
-Desəm inanmayacaqsız, amma vaxt elə sürətlə keçir. Heç bilmirəm gün necə gəlib keçdi. Ən çox deyəsən tıxaclarda vaxt uçur (gülür - red.). Fürsət tapan kimi bölgələri gəzirəm.
-Bəs ən çox pulunu nəyə xərcləyirsən?
-Gözəllik salonlarına. Bura xanımlara aid nə varsa hamısı daxildir.
-Ümumiyyətlə həyata baxışın necədir? Hansı prinsiplər sənin üçün önəmlidir?
-Qətiyyən prinsipial insan olmamışam. Amma son illər yaranan situasiyalara görə dəyişmişəm. Nə olur-olsun, nəticəsi mənə maraqlıdır.
-Xaricdə televiziya aparıcıları ən çox pul qazanan adamlar sırasındadır, hətta dünyanın ən varlı qadını belə qaradərili aparıcı Opra Uinpridir. Bəs səndə vəziyyət necədir?
-Belə bir siyahı olsa, Azərbaycanda çox istərdim lider mən olum. Amma vəziyyət o qədər də ürəkaçan deyil. Ətrafa baxdıqda isə görürəm ki, elə hamıda eyni dərddir. İllərin aparıcıları var ki, onlara baxanda min şükür.
-Adətən yaxşı qızları pis oğlanlar cəlb edir? Bəs səni hansı oğlanlar?
-Mənim problemim insanı gec tanımağımdır, vəssalam. Ömrü boyu bu bacarıqsızlığım başıma oyunlar gətirib, hələ gətirəcək də.
-Sən yaxşı qızsan?
-Yaxşı qızam.
-Sevgi cəbhəsində vəziyyət necədir?
-Sevgi cəbhəsində Dünya müharibəsi gedir. Mən qazanacağam başqa cür mümkün deyil...
-Zamanında evlilik təklifini qəbul etmədiyinə heyifsilənirsən?
-Xeyr. Çox anında qəbul etməmişəm. Çox olub, indi də var. Evlilik zarafat deyil. Ərə getmək xatirinə ailə qurmaram. Sağlam ailəm olması üçünsə çox qurbanlar verərəm.
-Səncə, sevgi ölə bilər?
-Sevgi heç vaxt ölmür. Onu biz boğaraq öldürürük.
-Bir çoxları sənin geyim üslubunu tənqid edir, çox açıq-saçıq geyindiyini düşünürlər, buna münasibətin necədir?
-Razıyam. Ailəm də buna problem kimi yanaşır. Düşünürəm ki, hər yaşın, hər bədən quruluşunun öz geyim üslubu var. İndi bir problem görmürəm geyimimdə, yaraşır və rahatam. Zamanı gələndə geyim tərzimi dəyişərəm.
-Sənə mətbuatda geyiminin müzakirə olunması qəribə gəlmir ki, axı sən aparıcısan və bu sahədəki keyfiyyətlərin müzakirə olunmalıdır?
-Bugünkü mətbuatda nə müzakirə olunmur ki?! Bir insan səni necə görmək düşüncəsinə malikdirsə, elə də görəcək. İstər qapalı geyin, istər açıq.
-Ümumiyyətlə hansı geyim üslublarını bəyənirsən?
-Hər üslubu. Nə yaraşırsa, hansı geyimdə rahatamsa onu da geyinirəm. «İncə maraqlar»da Oazis markasının geyimlərinə üstünlük verirəm, amma artıq qarderobumda da bu markanın geyimləri çoxdur. Aksesuarlardan əvvəl çox istifadə edirdim. Bir ara həvəsdən düşdüm. İndi Pink aksesuar sağ olsun, yenidən o həvəsi məndə oyatdı.
-Özünə necə qulluq edirsən, üzünə, saçlarına, bədən quruluşuna?
-Çox qulluq edirəm. Üzümə kosmetoloqun köməkliyi ilə, özüm heç nə etmirəm. Saçlarıma o qədər qulluq eləmirəm. Bədənimə gəldikdə isə masaj və kremləri heç əskik etmirəm.
-Xoşagəlməz situasiyalara tez-tez düşürsən?
-İldə bir-iki dəfə, amma çox pis situasiyalar olur. Macəralarım demək olar ki, gündə bir neçə dəfə olur.
-Kompromisə gedən insansan?
-Çox gec kompromisə gedirəm, bəzən isə heç getmirəm. Buna məcbur deyiləm, heç kimi də məcbur etmirəm.
-Gözəllik, ya ağıl - hansını seçərdin?
-Ağıllı gözəlliyi (gülür - red.). Əlbəttə ki, ağlı. Ağıllı insanı görəndə gözəllik haqda düşünmürsən. Amma gözəlin ağılsızlığı çox çirkin görünür.
-Qadında ən əsas nə olmalıdır?
-Qətiyyətlilik. Bu çox vacibdir.
-Bəs kişidə?
-Kişi elə öz kişi adını qorumalıdır. Kişi sevdiyinə sahib çıxmaq üçün əlindən gələni etməlidir. Yaxşı kişidən ağıllı qadın vaz keçməz...

 

Redakte etdi: PRETTY GİRL



Şərhlər:
Baxılıb: 5102
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz