Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Həyatda qarşıma Süleyman kimi kişi çıxsaydı
Həyatda qarşıma Süleyman kimi kişi çıxsaydı
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2124
Səs ver:
- Sizin bütün müsahibələriniz belə başlayır: 4 gündə həyatım dəyişdi. Bu, necə duyğudur?
- Yüksəklikdən soyuq bir dənizə atılmış kimi. Ürəyi yerindən qoparacaq bir duyğudur. İnsan baxar, baxar, bacarmaz deyə düşünər. Məncə, uğur çox böyük riskdə gizlənib. Arxamda nə qoyduğumdan, nə itirəcəyimdən yox, irəlidə nə gözləcəyindən nigaran idim.
- Heç arada dayanıb, baş verənləri təhlil edirsənmi: niyə mən?
- Bir dəqiqə, dayanın ya… Düşünməyə vaxtımmı var? 9 aydır ki, nəfəs almağa belə zamanım yox. Çox xoşbəxtəm. Başqa heç nə barədə düşünmək istəmirəm. Həyatım hara gedir, bunu bilmirəm.
Təsadüfi mərclər…
- Sən kiçik yaşlarından səhnəyə çıxmısan. İlk rolunu xatırlayırsan mı?
- Almaniyada liseydən öncə bir incəsənət təmayüllü ilk sinif məktəbinə getdim. Orda məktəblər belədir: eləsi var idman, eləsi də var sənət üzrə ixtisaslaşıb. 5 yaşımda bir dostumun atasının teatrında səhnəyə çıxdım: ağac rolunda oynadım.
- Sonradan başqa bir sənət də seçmədiniz.
- Liseyi bitirəndə, 17 yaşımda Universitetə daxil olmaq üçün tələsmədim. Gənclər üçün sosial cəmiyyətlər var, ora qoşuldum, 1 il xəstəxanaların birində könüllü olaraq xərçəng xəstələrinə xidmət etdim. Anam, atam gündə bir universitet göstərirdilər. Almaniyanın dörd bir yanında 30-dan çox universitet: Hamburq, Köln, Münhen…
Seçim edəndə ayağa qalxdım, yerimdə fırlandım, sonra bir anda geri çevrilib barmağımı universitetlərin üstünə gözüyumulu tuşladım. Şansıma Hamburq Actinq Studio- yəni bir aktyorluq studiyası düşdü. Bu çox məşhur məktəb idi. 5 tələbə yerinə 300 sənəd verilmişdi. Gəl seçil görüm. Evdə seçimimdən narazı idilər.
İmtahana gedəndə dişimdə məftil, üzümdə sızanaqlar, üstümdə Havay üslublu köynək var idi… Məni qəbul etməyəcəklərinə əmin idim. Səhər zəng gəldi: «Meryem, çox gəncsən, istedadın var, növbəti il də gələ bilərsən…». «Çox sağ olun» demişdim ki, belə dedi: «Sənin üstündə mübahisə etdik. Səni gələn ilə saxlamaq istəmirik. Şampanı partlada bilərsən.». Nə şampanı? Portağal şirəsini başıma tökdüm.
- Berlində sizi aktrisa olaraq tanıdan uğurlu işiniz hansı oldu?
- Tələbəlik dövründən 9 il idi ki, Hamburqda ilişib qalmışdım. Orada türkəsilli oğlanla 6 illik bir eşq yaşadım. Evlənmək ərəfəsinə qədər gəldik. Ayrıldıq və bu bizim üçün ağır keçirdi. Agentim dedi ki, Berlin paytaxtdır, orda iş çoxdur. Gələn kimi Jezt Albert adlı televiziya filmində qadın əsgər rolunu aldım. Bu rol üçün 3 ay idman zalından çıxmadım, saçımı kəsdirdim, əzələlər şişdi, yeriş dəyişdi. Bir dəliyə dönmüşdüm. O roldan sonra yeni bir filmə, xəfiyyə roluna dəvət aldım.
Depressiyadan sonra işıq
Deyirlər, çox böyük uğur öncəsi insanın həyatında hər şey alt-üst olur, işləri gətirmir. Maraqlıdır, Hürrəmə qədərki aylarda Məryəm nə edirdi?
İşlər yolunda gedirdi, rol-rol dalıyca gəlirdi. Sonra birdən hər şey bıçaq kimi kəsildi. 3 ay idi ki, bir təklif gəlmirdi, çağırmırdılar. Depressiyaya düşdüm. Saatlarla səssiz qalırdım. İnanın, duş belə qəbul etmirdim, ağlayırdım, sonra üzümə su çırpıb deyirdim: nə olub sənə Məryəm? Hardasan, çıx, çıx! Artıq maddi cəhətdən də sıxıntı çəkməyə başladım. Amma valideynlərimə heç nə demirdim. Nə az-nə çox – düz 6 ay belə keçdi. Bir səhər telefon zəng çaldı, elə bildim agentimdir. Əzgin halda dəstəyi qaldırdım, teatr illərimdən tanıdığım prodüser Hülya Duyarın səsini eşitdim.
O, mənə Türkiyədəki bir serialdan bəhs etdi, məni məsləhət gördüyünü dedi. Çaşıb qaldım, mənim türkcəm bir fəlakətdir. Ürəyimdə dedim, ya Rəbbim, bu mənimlə məzələnir. Dedim mənə ssenaridən bir parça göndərin, kamerada özüm çəkim, onlaynla baxın. Məndən şəkillərimi istədi. Yatdım, axşam zəng gəldi: Meryem, onlaynla uğraşmağa vaxtımız yoxdur, yığış, təyyarə ilə İstanbula gəl.
Menecerimlə məsləhətləşdim və tələsik çamadanımı toplayıb, «Haydı Türkiyəyə» dedim. Heç atama da xəbər etmədim. Dedim, birdən boşuna ümidlənərəm, üzülməsinlər. Bilirsiz, mən heç bilmirdim ki, çəkiləcəyim film böyük bir iş idi, yoxsa kiçik? Təki durduğum yerdən qopaydım. «Muhteşem yüzyıl» adını da burdan eşitdim.
- Gələn kimi işin nə olduğunu öyrəndiyinizdə qorxmadınız mı?
- Az qalırdı ürəyim gedə. Sınaqda kamera önünə keçdim, əlimdə vərəq, türkcə yazılıb. Yarısını başa düşürəm, yarısını yox. Ləhcəm bərbad. Heç kimin öyrətməyə də vaxtı yox idi. Kimə deyirdim, deyirdilər vacib deyil, narahat olma. Kamera qarşısına keçdim, çəkildim, daha gedib gözləmədim. Ordaca Meral xanım dedi ki, sabah çəkiliş meydanına gəl. Sən Hürremsən, özün-öz ayağınla gəlmisən. Əvvəlki aylar tərcüməçinin köməyi ilə işləyirdim. Hürremlə birgə türkcəni öyrəndim. Mən yabançı bir diyara gələn elə Hürrem idim.
- Niyə səni seçdilər?
-Dedilər səndə Hürremdə olan hirs var. Çox özümə güvənən, iddialı biriyəm. Bunu Meral Okay gördü. O, çox intellektual bir qadın idi. Bütün rollara adam tapmışdı, bir Hürremi tapmırdı. O mənə Hürremi çox düzgün anladıb. Allah rəhmət eləsin.
-Hürremlə nə oxşarlığınız, nə fərqiniz var?
-Hürrem çox qüvvətli, zəkalı, hər dəqiqə dəyişən, nə istədiyini özündən başqa heç kim bilməyən qadındır.
Gəzən bir bombadır, hər an partlamağa hazırdır. Onu oynamaq üçün böyük qüvvə və ruh lazımdır. Bir oxşar cəhətimiz var ki, çox düşüncəliyik, planlıyıq. Beynimə bir iş girdisə, əvvəlcə doğru bir yol cızıram. O yolu sona kimi gedirəm. Sonunda uduzsam belə gedirəm. Amma bu yolda heç kimi qurban vermərəm. Bir az taleyə inanan biriyəm. Hürrem isə taleyi ilə oynayan qadındır, onu yalnız ölüm durdura bilər
- Hürremin ruhundan kömək
- Serialın çox çəkəcəyi danışılır. Bu qədər uzun müddətdə çevrilib Hürrem olmaq ehtimalınız böyükdür. Hürrem ruhunuza girə bilər…
(Gülür). Xəbər-darlığınız artıq gecdir. Məryəmi çoxdan itirmişəm. Amma ruh sözü yadıma bir şeyi saldı. Bura gələndə elə bildim 3 aylıq bir televiziya filmidir. Müqavilədə 2-3 il Türkiyədə yaşamalı ola bilərsiz şərtini görəndə… ŞOK. Mədəni şəkildə ortadan necə qaçmağı planlayırdım. Axşam bir qız tanışımın evində internetdə Hürrem haqqında oxuyurdum. Gecə şəhərə çıxdım, Taksimdə gedirdim, dayanıb geri
İstanbula bir baxdım, baxdım, çox tənha hiss etdim özümü. «Burda heç nə edə bilməyəcəyəm», -düşündüm. Səhərə kimi pəncərədən baxdım. Birdən bərk səs gəldi: azan idi. Onun bu qədər vahiməli və tükürpədici olduğunu bilmirdim. Otağın içində təkbaşıma bu sözləri pıçıldamağa başladım: Hürrem, məni eşidirsənmi? Sən bir vaxtlar buralarda yaşamısan. Ruhun hələ də buralardadır. Sənə hörmət edirəm, səni tanımasam da. Bəlkə də çox böyük pisliklər etmisən, bəlkə də yaxşısan.
Taleyin acıları səni küləklər kimi sovurub. Əgər mənim sənə ruh verə biləcəyimə inanırsansa, bu işə başlamaq və tamamlamaq üçün mənə qüvvət ver. Sənin üçün əlimdən gələni edərəm. Hər şeyi buraxıb burda qalaram. Səni yenidən yaşatmaq üçün razı olduğunu bilməliyəm. Bilmirəm, bu nə dərəcədə doğrudur, məncə, o məni eşitdi. Bəzən sarayda çəkilişlər vaxtı onu bir kənarda bizi izləyirmiş kimi hiss edirəm. Bir cümləni 50 dəfə təkrarlamaq üçün insana qüvvə lazımdır. Mən bu gücü tapdım.
- Hürremdən fərqli olaraq, Meryem üçün eşq, məhəbbət nədir?
- Hürrem üçün eşq bir iqtidar, hökm, ölüm-dirim savaşı, mənim üçünsə bir ruh halı. Onu da qınamıram, gözünü açıb o hərəmi, padşah sevgisi görüb. Başqa bir şey görməyib ki, fərqi bilsin. Hər halda mən o əsrlərdə, Hürremin həyatını yaşamaq istəməzdim, əsla…
Kim bilir, bəlkə, elə bir insan qarşıma çıxacaq ki, ona görə mən də nələrdənsə keçəcəyəm. Hələ ki Süleyman kimisi rastıma çıxmayıb. Bura gəlməzdən öncə necə tənha idimsə, indi də həyatımda heç kim yoxdur. Bekaram. İnanın, hələ ki mənimlə sevgili olmaq istəyən də olmayıb. Harda etsinlər yazıqlar, kişiləri ancaq şəhərdə gəzərkən görürəm, o da 5 saniyə…
Bəzən özümü Tənha Qurd kimi hiss edirəm. Çox uzun müddət tək qalmağı bacarıram. Şəxsi həyatın mütləq olması vacib deyil. Bəlkə də ona görə tənhayam. Mən qismətə inanıram. Əgər bir yerlərdə qismətimdə olan insan varsa, bir gün çıxıb gələcək.

Redakte etdi: PRETTY GIRL


Şərhlər:
Baxılıb: 2124
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz