Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
"Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram"
"Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram"
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2364
Səs ver:

 

"Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram"

Hülya Avşardan aldığı, Türkiyə mətbuatında dərc olunan müsahibəni təqdim edirəm:
- Həyatının bu dövründə özünü necə hiss edirsən?
- Özümü çox rahat, sərbəst hiss edirəm. Heç kimə hesabat vermək məcburiyyətim yoxdur. Daxili sakitliyimi tapa bilmişəm. Yaşıdlarım yaşlarının bu vaxtında özlərində qəribə xüsusiyyətlər formalaşdırırlar. Özümə deyirəm, bəlkə bu sənətimdə peşəkar olmağımdan irəli gəlir? Məncə yox... İllərdir ki, qazandığım təcrübənin bəhrəsidir. Məncə, insan xoşbəxtliyi 40 yaşından sonra tapır.
- Səncə, doğrudan bu belədir?
- Bəli. 30 yaş aralığında insanın ömrü işləməklə keçir. Ailə və ətrafdakı insanların təzyiqi, "evlən, evlən". Sən nə qədər o insanların fikirlərini qulaqardı etsən də, yenə qaça bilmirsən. "Evlənəcəm, ailə quracam və ana olacam!" deyirsən. Amma yaşın 46-47 olduqda tam daxili rahatlığa qovuşursan. Bu dövrdə "həyat mənimdir, istədiyim kimi də yaşayacam" deyirsən.
- Yəni artıq Hülya Avşarın sərbəstlik dövrüdür?
- Artıq daha sakit, hər şeyi rahat şəkildə qəbul edən Hülya Avşar var. Səhər tezdən durub idman edirəm. Daha sonra işlərimi həll etməyə çalışıram. Günortalar mütləq bir saat yatıram. Artıq telefon zənglərinə cavab verməmək haqqım var. Ürəyim istəmirsə, heç kimin zənginə cavab vermirəm. Onsuz da, mənə vacib olan insanlara səhər tezdən zəng vurub hal-əhval tuturam. Qalanları çox əhəmiyyətli deyil. Sözüm ondadır ki, həyatımın bu dövründə indiyə qədər edə bilmədiklərimin heyfini çıxıram. 
- Keçmişdəki bütün hesabları bağlayıbsan?
- Mən yaşadığım hadisələrdən dərs almağa və nə isə öyrənməyə çalışıram. Əvvəllər məni qəmə, kədərə qərq edən hadisələr indi heç təsir etmir. Əslində o hadisələrin mənə çox gözəl xüsusiyyətlərin aşılanmasına vəsilə olduğunu hiss edirəm. 

-

Gecələr nə ilə məşğul olursan?

- Günün ən gözəl saatı məhz gecədir. Ev tamamilə mənim olur. Qızım Zəhra yatır. Adətən televizora baxa-baxa yatıram. Demək olar ki, nə qədər axmaq proqramlar varsa, hamsını izləyirəm. Ən xoşbəxt olduğum an məhz o andır. Çünki heç kimin əlavə suallarını eşitmirəm. Mənasız zənglər məni bezdirmir. 
- Yəni tam sərbəst...
- Bəli, tam azad oluram. Mənimlə elə bu cür yaşaya biləcək sevgilimin olmağını istəyirəm. Bir-birimizə yük olmadan, eyni evin içində bir-birimizin varlığını hiss edərək və bununla yanaşı, yox olamağı bacara bilən sevgi yaşamaq istəyirəm. Əlbəttə ki, sənə bu rahatlığı yalnız sənin yaşında olan insan verə bilər. Çünki insan 40 yaşından sonra nə istədiyini dərk edir. 
- Sənin özündən gənc sevgilin ola bilməz?
- Məncə, yox. Mən öyərənməyi, özünüinkişafı sevən insanam. Özündən yaşca balaca bir insanla bu dediklərimi həyata keçirmək çox çətindir. Və ya mən buna inanmıram. Nə deyirəmsə, onu iki kəlmə ilə başa salmalıyam. Bir saat izah verə bilmərəm. Hər şey cinsi əlaqədən ibarət deyil. Mən beynimlə sevişməyi sevirəm. Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram. Ona görə gənc sevgilimin olmağı çox çətindir. 
- Sənin üçün sevdiyin insanın sadəcə beyini vacibdir? Ancaq indiyə qədər sevgililərinin çox gözəl bədən quruluşu olub...
- Əlbəttə, həm çox yaraşıqlı, həm də beyninə aşiq ola biləcəyim bir insan olmalıdır. İdmanla məşğul olmayan, özünə baxmayan bir insanı heç vaxt qəbul edə bilmərəm. 
"Ancaq beyni ilə sevişə bildiyim kişidən zövq alıram"

Yanına yaxınlaşmağa icazə verərsən?

- Nəinki yanıma yaxınlaşmağa, heç onun üzünə də baxmaram. Elə insanlara baxa bilmirəm, ürəyim bulanır. 
- Niyə belə düşünürsən? Öz bədənlərinə baxmadıqlarına görə?
- Yox, mən oları natəmiz kimi qəbul edirəm. Təsəvvür edin, ötən gün içib, yeyib, yatıb və bütün bunlar onun bədənindədir. Qarınlı kişilərə isə heç səbrim çatmır. 
- İşlərinə kifayyət qədər vaxt ayıra bilirsən?
- İşimdə uğur qazana bilirəmsə, sevgilimi də xoşbəxt edə bilirəm. Eyni zamanda da qızımı. Hər halda bunun səbəbi kiçik yaşlarımdan işləməyimlə bağlıdır. 
- Həmişəki kimi işləmək əzmin var?
- Artıq rəqabət hissim yoxdur. Nə maddi, nə də ki, mənəvi cəhətdən. Hzırda özümə və ətrafımdakı insanlara olan hörmətimə görə işimi davam etdirirəm. Heç bir şeylə məşğul olmasam, bütün günü yeyib, yatsam, özümü dünyanın ən yararsız insanı sayaram.
- Özünü hələ də Türkiyənin ən gözəl qadını hesab edirsən?
- Mən bu gözəllik məsələsinə bir az fərqli yanaşıram. Hamının özünə cərrahi müdaxilə etdiyi bir vaxtda gözəlliyin vahidi fiziki ölçü olmamalıdır. Ancaq buna baxmayaraq, hələ də özümü çox gözəl hesab edirəm. Heç kim inciməsin, amma özümdən gözəlini görə bilmirəm. 
- Öz yaşıdların arasında?
- Yox, ümumi deyirəm. Ancaq mənim potensialım gözəlliyimdə deyil, ağlımdadır. Bir də ki, mən çox təbii insanam. Heç kimə yaltaqlıq etmirəm. Kiməsə yaltaqlanıb pul qazandığımı anlasam, özümü çox pis hiss edərəm. 
- Özünü 60 yaşında necə təsəvvür edirsən?
- Arıq, saçlarım da uzun. Ancaq saçlarıma rəng vurmaram, bir az ağardığı hiss olunsun. Beynimlə sevişə bildiyim bir insanın həyatımda olduğunu təsəvvür edirəm. İnanın ki, bu arzularıma çatmağı səbirsizliklə gözləyirəm. 
- Qızınla münasibətiniz necədir?
- Çox yaxşı. Məni heç incitmir. Zəhranı özüm böyütmüşəm. Onun paltarlarını belə özüm əlimdə yumuşam. Qızımın alt paltarını da mən onun gözünün qabağında yumuşam. Bunu etməkdə məqsədim ona “mənim anam məşhurdur, o belə işlər görməz” hissini yaşatmamaqdır. Zəhra yeri gələndə mənə əmr verə, qışqıra bilir. Ancaq sərhəddi aşmadan bunu edir. 
- Sənə görə bir kişi nə işə yarıyır? Bəzən “olmasa da olar” deyə düşünürsənmi?
- Kişi sənə toxunduqda qadın olduğunu hiss edirsən. Onunla qadın olursan. Amma bəzən düşünürsən ki, niyə qadınla kişi bir yerdə yaşamalıdır? Hazırda tək yaşayıram və çox xoşbəxtəm. Bəzən isə tam əksini istəyirəm. 
- Əks cinsdə ən çox sevmədiyin xüsusiyyət nədir?
- Sayğısızlıq. 
- Kişilərdə ən çox səni nə cəlb edir?
- Sinə. Məncə, sinə kişilərə xüsusi yaraşıq verir.

Redaktə etdi: PURE LOVE

 



Şərhlər:
Baxılıb: 2364
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz