Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qəlyan ziyandır?
Qəlyan ziyandır?
Göndərən: Ayten Melek
Şərhlər: 5
Baxılıb: 197
Səs ver:
Hansı daha ziyandır — qəlyan yoxsa siqaret?
Hər kəs bilir ki, siqaret əzələ artımının qarşısını almaqla yanaşı, kompleks şəkildə sağlamlığa ziyandır. Lakin bir çoxları əmindir ki, qəlyan siqaretdən daha təhlükəsizdir, onun tərkibindəki su tüstünü zəhərli qarışımlardan təmizləyir.

Təəssüflər olsun ki, reallıqda qəlyan siqaretdən bir çox parametrə görə daha təhlükəlidir. Aromatlaşdırılmış tütün prosesi daha cəlbedici edir və yekunda 60 dəqiqəlik seans 100-200 siqaret çəkməyə bərabər olur.

Bəs təbii tütün daha yaxşı deyil?
Baxmayaraq ki, qəlyan tütünü siqaret tütünündən daha yaxşıdır, burada nikotin tərkibi əsas göstəricidir. Siqaret tütünləri yoxlanılır və ciddi nəzaret, sertifikatlaşdırmadan keçir. Qəlyan üçün isə bu fərqlidir.

Qəlyanda olan su filtri isə müsbət cəhətləri olmaqla, mənfi cəhətlərə də malikdir. Bir tərəfdən su 60-80% nikotini, 30-50% qatranı və digər bərk zərərli maddələri saxlayır. Digər tərəfdən soyudulmuş tüstü ciyərlərə daha dərin hopur və daha çox zərər gətirir.

Qəlyan üçün olan tütündə nikotinin miqdarı
Siqaret qutusunun üstündə nikotinin tütündə olan fiziki tərkibi deyil, bir siqaretin çəkilməsi nəticəsində insanın ala biləcəyi nikotin dozası qeyd olunur. Lakin bu siqaretin çəkilmə texnikasından da asılıdır. Beləki, siqaretin sıxılması və tez-tez çəkilməsi temperaturu yüksəldir ki, nəticədə nikotinin ifrazını çoxaldır.

Bu qəlyan tütününə də aiddir. Real rəqəmlər qəlyanın hazırlanmasından, istifadə olunan kömürdən, nə qədər tütün və necə dərin çəkdiyinizdən asılı olacaq. Əgər siz qapalı yerdə çəkmisiniz isə bu rəqmlərə hiss olunacaq qədər təsir edəcək.

Qəlyan və ağır metallar
Müasir siqaretlər mexaniki, kömürlü və sair ziyanlı maddələri saxlayan filtrlərə malikdirlər. Təbiidir ki, qəlyanda olan su tam filtr rolunu oynaya bilmir və məzmunca yalnız tüstünü soyudur.

Qəlyan tüstüsündə olan ağır metalların miqdarı siqaretdən qat-qat üstün ola bilər. Aşağı temperatur isə nəfəs yollarına mənfi təsir göstərir. Həmçinin qəlyan kömürü də yandığı zaman bir çox ziyanlı maddələr ifraz edir, lakin onları heç kim test etmir.

Qəlyanın ağ ciyərlər üçün olan təhlükəsi
Qəlyanın çəkilməsi zamanı tüstü daha dərin çəkilir və orta hesabla bir seansa insan orqanizminə adi siqaret tütününün 200 qatı daxil olur.

Qəlyanın əsasən qapalı yerlərdə çəkilməsinin nəticəsində isə bu təsir daha da artır. Nəticədə qəlyanın çəkilməsi müxtəlif ağ ciyər xəstəliklərinin (xərçəng daxil olmaqla) yaranma ehtimallarını daha da artırır.


Şərhlər: 5
Baxılıb: 197
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
her ikiside bi sey dor insan olumudu

her ikiside bi sey dor insan olumudu
28 noyabr 2016 09:40
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Sitat: arzum-aysum
İkisi de ziyandır. Bu kişiləri men anlamıram. Bilə bilə mi, ziyandır ne hezz alırlar
27 noyabr 2016 14:40
# 4
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
arzum-aysum
İkisi de ziyandır. Bu kişiləri men anlamıram. Bilə bilə mi, ziyandır ne hezz alırlar
27 noyabr 2016 08:23
# 3
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
duymecik
Qelyanin ziyan oldugunu ewitmiwdim
27 noyabr 2016 07:55
# 2
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
BARBI
Qelyan narkotike benzeyir.Asililiq yaradir.Agciyerin dusmenidir
27 noyabr 2016 06:44
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz