Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ərdə olan vəzifəli kişilər
Ərdə olan vəzifəli kişilər
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 4067
Səs ver:
İlin-günün bu vedesinde dünya insanını heç bir xeberle şoka salmaq mümkün deyil. Hamı her şeyi adi şekilde qarşılamağa, buna tolerant münasibet göstermeye köklenib. Meselen, 30-40 il evvel Azerbaycan oxucusuna hansısa uzaq ölkenin kişi baş nazirinin ele özü kimi bir kişi ile evli olduğunu deseydiniz, hemin qezeti cırmaqla üreyi soyumaz, üstelik, onu yazan müellifi mehkemeye vererdi. Hele men redaksiyaya gelen şikayet mektublarını, "yuxarılar”a yazılan donosları demirem. İndi ise şair demiş, dünya mehverinden qopub. Sıravi insanlar bir yana, nazirler, baş nazirler, merler, deputatlar öz qeyri-enenevi cinsi oriyentasiyalarını merd-merdane etiraf edir, bezen bundan divident bele qazanırlar. Tebii ki, hansı ölkede yaşamalarından asılı olaraq, bir de görürsen, bu etiraf onlara başağrısı olaraq geri de qayıda bilir. Nese, söhbeti çox uzatmayaq. Dünya siyasetinde "ere geden” kişi nazirler, "arvad alan” qadın siyasetçiler barede apardığımız araşdırmanı size teqdim edirik. Oxuyun, "Dünyanın sonumu gelir” sualını vermezden evvel düşünün. Niyesini yazının sonlarına yaxın deyecem. Fransız nazir kişi sevgilisini resmi devetlerde "Heyat yoldaşı” kimi teqdim edib Helelikse başlayaq dünya siyasetinin en ses-küylü homointimual siyasetçilerinden. Fransa hökumetinin Parlamentle Münasibetler naziri Roger Karoutchi homointimual olduğunu etiraf edib. O, Fransız xeber agentliyine açıqlamasında "Beli, bir kişi sevgilim var ve çox xoşbextem. Bunu da gizletmeye ehtiyac görmürem” deyib. Xatırladaq ki, fransız nazirin bu elaqesinden prezident Nikolya Sarkozi xeberdardır. Çünki orijinal Roger resmi devetlere kişi sevgilisi ile qatılaraq onu "heyat yoldaşı” statusunda teqdim edir. Bundan önce de fransa xalqı bele "qarışıq eşq hekayeleri”ni çox dinleyib. Meselen, Parisin belediyye sedri Bertrand Delanoe 1998-ci ilde keçirilen belediyye seçkileri öncesi homointimual olduğunu etiraf ederek ictimaiyyet arasında semimiliyine göre xal qazanmışdı. İslandiyanın baş naziri Yoxanna xanım 7 ildir birjurnalist qadınla evlidir İslandiyanın tarixinde ilk defe baş nazir bir qadın – 66 yaşlı sosial-demokrat Yoxanna Siqurdardottir seçilib. Amma sözügeden qadının yegane özelliyi onun ilk qadın baş nazir olması ile yanaşı intimual oriyentasiyasıdır. Xanım Siqurdardottir 2002-ci ilden etibaren xanım jurnalist Conni Leosdottirle resmi nikahdadır. Metbuatın yazdığına göre, onun cinsi oriyentasiyası cemiyyet üçün heç bir ehemiyyet kesb etmir, çünki elektorat çox liberaldır. Amma misallar bununla da bitmir. 2005-ci ilde ABŞ-ın Nyu-Cersi ştatının qubernatoru Ceyms Makqrivi de istefa vererek bunun arxasındakı sebebleri açıqlayıb. O bildirib ki, bu addımı atmasına qeyri-enenevi cinsi oriyentasiyası sebeb olub. Makqrivinin izahatına göre, onun homointimual elaqeleri ştatın rehberliyine arzuolunmaz tezyiqlere sebeb ola biler: "Heqiqet budur ki, men amerikalı homointimualam. Ayıb da olsa demeliyem ki, bu, menim nikahla bağlı öhdeliklerimi, anlayışımı pozur. Bu, doğru deyildi, ayıbdı ve mene yaraşmırdı”. Xatırladaq ki, cenab Makqrivi 2 qız atası ve eks-prokurordur. Onu bu addımı atmağa ise Amerika cemiyyetinin sözügeden meselede tutduğu konservativ mövqe vadar edib. Kaliforniya ştatı istisna olmaqla, bu ölke ehalisi arasında hansısa siyasetçi baresinde bele bir şayienin yayılması bele, 20% ses itkisi ile neticelenir. Berlin ve Hamburq merleri homointimual olduqlarına göre seçkini udublar Berlin burqomistri Klaus Voverayt ise mer seçkilerinden qısa müddet önce yersiz ve şantaj xarakterli açıqlamalardan qurtulmaq üçün öz intimual oriyentasiyası ile bağlı açıqlama verib. Bu semimiliyine göre Berlin camaatı onu destekleyib ve sonuncu seçkilerde qelebe qazanıb. Hemin erefede reyi soruşulan şeher camaatı bildirib ki, "onun geceler öz yatağını kişi ve ya qadınla paylaşmasının bize heç bir aidiyyeti yoxdur. Şehere göz bebeyi kimi baxsın, besimizdir”. Hamburq ehalisi arasında böyük populyarlıq qazanmış Olo fon Boytsun homointimuallığı ise reqiblerinin elinde böyük karta çevrilmişdi. Onlar bundan seçki marafonunda gen-bol istifade etmeye nail olmuşdular. Amma cenab Boyts bu meselede cesaret nümayiş etdirib xalq qarşısında etirafda bulunmasa da bunu atası etdi. Bununla da Boyts böyük ferqle reqibine üstün gelerek şeher meri seçildi. Britaniyanı homo-nazirler idare edir? Moskva, Paris, London ve Berlin merlerinin görüşünde de bu mesele ciddi bir qalmaqalın bünövresini qoya bilerdi. Neyçün ki, merler homointimualların paradı barede müzakire aparanda fikirleri keskin toqquşduğundan narazılıq yaranmışdı. Bele ki, her iki şexs – Paris meri Bertran Delanoe ve Berlin meri Klaus Voverayt çoxdan beri öz qeyri-enenevi oriyentasiyalarını etiraf etdiyinden, bu mesele ile bağlı mövqeleri ferqli idi. Bu gün siyasetçi homointimuallar öz oriyentasiyalarını rahat şekilde etiraf edirler. Meselen, Böyük Britaniyanın KİV ve idman naziri Ben Bredşou, xarici işler nazirinin müavini Kris Brayant, "kölgedeki” tebii servetler naziri Nik Herbert, biznes, innovasiya naziri, lord Piter Mandelson bu qebilden sayılır ve onlar sözügeden etirafları ile cemiyyetde simpatiya qazanmağa nail olublar. Maraqlıdır, bes bu cür şexslerin dövlet idareçiliyinde olması ölkenin, xalqın taleyi üçün ne kimi problemler yaradır? intimopatoloqlar hesab edir ki, qeyri – enenevi cinsi oriyentasiyaya malik şexsler zeif psixoloji duruma, eseblere, xaraktere malik olur. Ve demeli, asanlıqla şantaj qurbanı ola bilir. Onlarla bağlı bu bilgiden xarici ölkelerin xüsusi xidmet orqanları daim meharetle istifade edibler. Homointimual siyasetçilerin "sındırılması”, ele alınması prosesi çox asanlıqla başa gelir. intimopatoloq Cef Plyu bildirib ki, onun siyasetçi, iş adamı kimi fealiyyet gösteren homointimual pasiyentleri arasında eleleri olub ki, onlara baxıb, hetta "esl kişi bele olar” demek bele mümkündür. Bu tip adamlar yüksek sosial statusa, professional nöqteyi-nezerden yüksek seviyyeye malikdiler. Tabeçiliklerindeki işçiler ise hesab edir ki, şefleri çox "berkgeden” oğlandır. Ekseriyyeti aileli, çoxuşaqlı olur, hetta gözden perde asmaq üçün meşuqe de saxlayırlar ki, bu da çox vaxt katibelerinden qeyrisi olmur. Neticede ise bütün yaxın etrafının onların qeyri – enenevi oriyentasiyası ile bağlı cüzi de olsa şübhesi qalmır. Bir ölkenin siyasetçisi ise hemin dövletin namusu, exlaqı anlamını daşıyır. Bu halda siyasetçinin exlaqına vurulan leke hemin dövlete vurulmuş leke kimi qebul edilir. Yeni bu meseledeki anormal seçim insan ağlının göstericisi kimi qebul edilir. Nece deyerler, eger insan öz şexsi heyatı ile bağlı normal qerarlar qebul ede bilmirse, demeli, eyni sehvleri ölkenin taleyi ile bağlı meselelerde de tekrarlaya biler. İndise gelek yazının evvelindeki anonsuma. Yeni bütün yazdıqlarımızı oxuyandan sonra "dünyanın sonu gelir” fikrini seslendirme ehtimalınıza. Demeyim o ki, bu cür qorxuya düşmeniz yersizdir. Çünki internetdeki axtarışlar zamanı dünya tarixindeki qeyri-enenevi cinsi oriyentasiyaya malik şexslerin kimliyi ile maraqlananda çox maraqlı personaların adları ile qarşılaşdıq. İlk lirik şair ve ilk lesbiyan kimi tanınan Sappho dünyada öz oriyentasiyasına göre eks-seda yaradıb. Platonsa onun kimi qeyri – enenevi cinsi oriyentsiyaya malik olduğu üçün öz eserlerinde Sapphonu müdafie edib. Qosqoca orduların cengaveri böyük İsgender ise kişi sevgilisinin ölümünden sonra günlerce yas tutmasına göre tarixin qara sehifelerindedir. Rusiya tarixinin önemli simalarından sayılan Vladimir İliç Leninin öz kişi sevgilisine yazdığı sevgi mektubları ise hele de tarixin tozlu qatlarındadır. Menbelere göre, onun Qriqoriy, Vova adlı sevgilileri olub ve 1917-ci ilde Rozliv gölünün yaxınlığındakı bir evde yaşayarken onlarla tez-tez görüşüb. Hetta mektublarda Leninin öz kişi sevgililerine tez-tez xeyanet etdiyi de görünür. Neyçün ki, Vova adlı sevgilisi onu Rozliv gölü yaxınlığındakı evde başqa kişilerle görüşmekde ittiham edir. İran şahı Müzeffereddin şah da öz qeyri-enenevi cinsi oriyentasiyasına göre daim ferqlenib ve hetta Mirze Feteli Axundovun "Kemalüddövle mektubları”eserinde de buna yüngülvarı eyham vurulub. Fransa kralı III Henrini de bu siyahıda xüsusi vurğulamaq lazımdır. Odur ki, dehşete qapılmağa telesmeyin. Dünya tarixi bu cür şexsiyyetleri çox görüb ve görmekde davam edecek. Nece deyerler, bize qalan dünyanın özü olacaq, siyasetçileri yox.


Şərhlər:
Baxılıb: 4067
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz