Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər! Bu 10 şərtə əməl etsəz uduzmazsız
Kişilər! Bu 10 şərtə əməl etsəz uduzmazsız
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1734
Səs ver:
Kişilərin qadınlarla münasibətlərində problemlər yaşamaması üçün tövsiyələr verilib. Bunün üçün kişilərin aşağıda göstərilən 10 şərtə əməl etmələri məsləhət görürülür.

1. Xanımınıza "çox kökəlmisən bəlkə pəhrizə başlayasan" tərzində bir söz deməyin. Hələ ki onun dostlarının yanında heç dilə gətirməyin. Bəlkə də özünü qürurlu göstərmək üçün sizinlə razlılaşacaq. Lakin sonradan bu hərəkətinizlə onun gözündən düşə bilər və çox səs-küyə səbəb olacaq davalar yaşaya bilərsiniz. Sizə məsləhətim onu başqalarının yanında "geyimi, makiyajı, kilosu, saçı ve danışıq tərzi ilə" bağlı rəncidə etməmənizdir. Əksinə, onu başqalarının yanında tərifləməyə, ucaltmağa üstünlük verin.

2. Qadınlara "çox bədxərcsən, xüsusən də shoppinqə lap çox pul xərcləyirsən" deməyin. Çünki hər bir qadın gözəl geyinməyi, seçilməyi, fərqli görünməyi sevir. Və siz ona "bədxərcsən" dediyiniz an dava söz-söhbət yaşaya bilərsiniz.

3. Onu qısqandırmağı ağlınıza belə gətirməyin. Çünki qadınlar bu tip xüsusiyyətə malik kişilərdən yan qaçırlar. Onunla restoranda və yaxud məclisdə olduğunuz müddətdə digər cazibədar və gözəl xanımlara baxmaqdan qaçının. Unutmayın, qadınlar qısqancdır və özlərindən  daha gözəl olan qadınlara dözə bilmirlər. Əgər onun yanında başqa bir qadına baxsanız, o özünü təhqir olunmuş hiss edəcək və münasibətinizə xətər yetəcəkdir.

4. Xanımınıza qətiyyən "Bəlkə bir az özünə əl gəzdirib daha baxımlı olasan?!” deməyin. Çünki onlar bəzi günlərdə nəinki makiyaj etmək, hətta saçlarını belə daramaq istəməzlər. Və belə zamanlarda sizin ona elə bir söz deməniz " Sən məni daha bəyənmirsən, başqasını sevirsən” söhbətinə qədər gətirib çıxardar. Unutmayın ki, qadınlar hər halları ilə gözəl olduqlarını ərləri tərəfindən eşitmək istəyirlər.

5. Xanımınızın yanında kompyuter və ya video oyunları oynamayın. Danılmaz bir faktdır ki,   kişilərin çoxusu oyun oynamaqdan həzz alır, amma, digər bir gerçək də qadınların onların nəyə görə oyun oynamaq istədiklərini başa düşməməyidir. Yaxşısı budur, xanımınız yanınızda olanda oyun oynamayasınız. Əks təqdirdə "sən oyun oynamağı məndən çox sevirsən" tipli mübahisəylə qarşılaşacaqsınız.

6. Xanımınıza xidmətçi kimi münasibət bəsləməyin. Ona dayanmadan iş tapşırsanız, hər şeyi onun etməyini gözləsəniz bir müddət sonra mübahisələrinizin sayı çoxalacaq. Ona xanım kimi davranın, bir işi o edərkən çalışın digər işin ohdəsindən özünüz gələsiniz.

7. Xanımınızla çalışın mübahisəyə girişməyin. Nə qədər haqlı olsanız da, qadınlar hər zaman üstə çıxar və söhbətlərdə özlərini haqlı hesab edərlər. Mübahisənin uzanmağını istəmirsinizsə, onunla razılaşın.

8. Xanımınıza sadəcə kişilik borcunu, cinsi istəyi yerinə yetirmək üçün yanaşmayın. Qadınlar istədiklərini aldıqdan sonra dərhal arxasını dönən kişilərə nifrət edirlər. Onlar əzizlənməyi, həqiqətən sevildiklərini bilmək istəyirlər.

9. Xanımların karyeralarındakı müvəffəqiyyətlərini görməzdən gəlməyin. Əgər xanımınızın  bacarıqlı bir iş həyatı varsa və siz onun müvəffəqiyyətini təqdir etmirsizsə, onu iş qadını olaraq görmürsüzsə, o sizdən soyuya bilər. Hətta ayrılıq təhlükəsi də yaşaya bilərsiniz.

10. Pultun sadəcə sizə məxsus olduğunu hesab etməyin. Hələ bir də dayanmadan futbol proqramlarını izləsəniz söz- söhbət yaranacaq. Çalışın hər şeydən olduğu kimi, pultdan da ortaq istifadə edin.
Və unutmayın ki, qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.

Günay Nəzərova

Redakte etdi: Pretty girl



Şərhlər:
Baxılıb: 1734
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz