Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin ürəyinə gedən yol - Bu heç də yemək deyil
Kişilərin ürəyinə gedən yol - Bu heç də yemək deyil
Göndərən: aliceWOnDer
Şərhlər: 4
Baxılıb: 706
Səs ver:
Uzun zamandır ki, ətrafınızda dolanan bir adam var və onunla nə danışacağınızı bilmirsən. Ya da ki, sənin ətrafında dolandığın biri var və yenə də onunla söhbətə necə başlayacağını bilmirsən. Kişilərlə danışmaq üçün yollar axtarırsınızsa,Qadınlar. Biz–ın bu yazısını oxuyun.

Kişilərlə söhbət edərkən dəqiq ol
Əvvəlcə söhbət etmək istədiyin kişi ilə hansı mənada maraqlandığını təyin etməlisən. Ondan xoşun gəlir, yoxsa sadəcə bir dost kimi yanaşırsan? Buna qərar verməlisən.

Tanış olmaq mərhələsi
Uzun müddətdir tanış olmaq istədiyin bir adam varsa, ortaq dostlarınızdan faydalana bilərsiniz. Məsələn, dostlar arasında oturduğunuz zaman söhbət əsnasında ona bir sual yönəldərək tanış olma mərhələsinə başlaya bilərsiniz. Unutmayın ki, adi bir mövzu sizin maraqlı söhbətiniz üçün zəmin ola bilər. Qarşındakı insanın bir kişidən çox bir insan olduğunu anlasanız münasibətləriniz gözəl alınacaq.

Bir kişi ilə söhbəti necə irəli aparmaq olar?
Yeni tanış olduğunuz biri ilə söhbəti irəli aparmaq çox vaxt çətin ola bilər. Bu mərhələdə edə biləcəyiniz ən yaxşı iş ortaq nöqtələrə diqqət etməkdir. Maraq sahələrini, musiqi zövqünü, oxuduğu kitabları, gəzdiyi yerlər barədə söhbət edə bilərsiniz.

Kişiləri sual yağışına tutma
Bütün bunları edərkən ilk dəfə tanış olduğun birini sual yağışına tutmanın doğru olmadığını bilməlisən. Burada ən əhəmiyyətli məqam dinləməkdir. Sual verib dinləyib, sakit söhbətə daxil ola bilərsən. Əks təqdirdə qarşındakını sorğuya çəkirmiş kimi görünə bilərsən.

Əsgərlik xatirələrini dinləmək
Mövzu mövzunu açır, dinlədikcə söhbət dərinləşir və növbə gəlir əsgərlik xatirələrinə. Bu zaman “Masadan qalxıb “işim çoxdur, getməliyəm” deməyin çox səhv addım olar. Sən yeganə olaraq səbrlə onun ilk xatirsəni dinləməlisən. İkinci xatirəni dinləmək istəmirsənsə sırf ondan xoşun gəlir deyə yalandan təbəssümlə söhbətə qoşulma. Çünki diqqətinin dağıldığını ona hiss etdirə bilərsən. Əvəzində, əsgərlik xatirələrini danışan zaman tualetə getmək istədiyini söyləyib masadan qalxa bilərsən. Bu sırada tualetdə bir az vaxt keçirsəniz yaxşı olar. Onun üçün də düşünmə fürsəti yaranar. Yox, hələ anlamayıbsa və məzəli əsgərlik xatirələrini danışmağa davam edirsə, sıxıldığını müəyyən etmənin başqa yollarını axtarmaq məsləhətdir.

Mən sadəcə dost kimi...
Dostluq münasibətinizdən məmnunsan, lakin onun səndən romantik mənada gözləntiləri var. Yüksək ehtimalla dostunu itirmək istəmirsən. Təəssüf ki, bu mümkün deyil. Bir tərəf münasibəti başqa bir istiqamətə yönləndirmək istəyirsə, o artıq məasum dostluqdan çox irəli münasibətə doğru irəliləyir. Bu halda sənin üçün ən yaxşı yol vəziyyəti ona açıqca ifadə etməkdir. Beləcə, həqiqətən dəyər verdiyin bir insanı gözləntilərlə dolu naməlum bir istiqamətə sürükləmiş olmazsan.

Kişilərə israr etməyin
Bu vəziyyət münasibətləri korlayan əsas səbəblərdən biridir. Bir tərəfin çox israrçı olması, digər tərəfdə altından çıxa bilmədiyi təzyiq meydana gətirir. Davamlı maraq mərkəzi olmaq boğucu və qorxuducu gələ bilər. İlk söhbətləri etdikdən sonra geri çəkilmək lazımdır. Zamana buraxmaq və sirr oyandırmaq ən gözəl yollardan biridir. Yəni davamlı axtarıb-aramayın.

Telefonlara cavab vermir
Bu nöqtədə deyilə biləcək bir məsləhət var: daha çox israr etməyin. Çox əhəmiyyətli hadisə baş verməyibsə, adətən insanların çoxu telefonlarını yanında daşıyır. Axtarışlarına cavab vermirsə, günlərlə ondan xəbər almırsansa, burax getsin. Olmayanda olmur.

Dost kimi razılaşdıq. Bəs sonra nə olacaq?
Dost kimi yaxşı anlaşdınız və bundan sonra aranızda nələr olacağını düşünürsənsə, bir müddət gözləmək lazımdır. İstəsən ilk addımı sən ata bilərsən. Bir axşam qəhvə içməyə dəvət edərək daha çox vaxt keçirə bilərsiniz.

Bəzən tanış olduğumuz biri ilə birlikdə olmağı o qədər çox istəyirik ki, hətta heç vaxt düşünmədiklərimizi edirik. Bu heç də hər zaman pis hal deyil. Əgər o, sizi daha yaxşıya yönəldir, daha gözəl şeylər üçün üçün motivasiya edirsə, möcüzədir. Amma unutmayın ki, bir kişi üçün əsla dəyişdirmək məcburiyyətində olmadığınız şeylər də var:

Dərin V yaxa formasında köynək geyinən kişilər. Belə kişilər möcüzə olduqlarını düşünürlər. Ehtimalla ona əksini sübut etmək üçün yalvaracağınız günlər gələcək.
Gələn həftə qardaşınızın toyudur və siz bir müddətdir heç kiminlə görüşmürsünüz və ya görüşdüyünüz biri var, lakin onu bütün ailənizin qatılacağı belə ciddi bir məclisə aparmaq istədiyinizə əmin deyilsiniz. Elə isə, nə edəcəksiniz, yalnız gənclər və uşaqlarla eyni masanı paylaşacaqsınız? Xeyr, buna ehtiyac yoxdur. Çünki o, parlayan zirehli cəngavər kimi sizə yoldaşlıq etməyə hazır olacaq. Sizinlə güləcək, rəqs edəcək və yəqin ki, bütün ailənizə özünü sevdirməyi bacaracaq bir həyat yoldaşı olacaq.


Şərhlər: 4
Baxılıb: 706
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
YalniZ-ArZu
Tewekkurler.....
14 sentyabr 2016 10:43
# 4
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
Efsuw2016
Yoldasimla kusem ee marawsiz di mende onunla qarixmaq yollari de deseniz agla
14 sentyabr 2016 10:33
# 3
Ailemi sevirem
vipbetul
maraqsiz movzudu
14 sentyabr 2016 10:29
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Onun_Mələyi
Elə birisi yoxdur heyatım da...təşəkkür Fidom01
14 sentyabr 2016 10:23
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz