Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişinin ehtirasını bürcündən anlayın
Kişinin ehtirasını bürcündən anlayın
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 6484
Səs ver:
Kişilər bürclərə inanmaya bilər. Amma onların xarakterini bürclərinə görə təyin edərək yataqda çılğına döndərmək mümkündür. Qadinlar.Biz sayti teqdim edir:

Uğur qazanan qadın görəndə başlarını itirirlər


Qoç kişiləri ovun özündən çox ovlanma prosesini və bu zaman yaşadıqları həyəcanı sevirlər. Ona təslim olmazdan əvvəl, sözün əsl mənasında, süründürməlisiniz. Sizin dərdinizdən dəli olmaq onların çox xoşuna gəlir. Daha sonra onu nə qədər sevdiyinizi və xoş sözlər deyin. Qoç bürcünün kişiləri karyerasında uğur qazanmış qadınlar görəndə başını itirirlər. Gözlənilməz sürprizləri və yataqda çox ehtiraslı qadınları sevirlər.

Aradabir cinsi münasibətləri yataq otağından kənara çıxarın

Buğa bürcünün kişiləri şəfqətli və qoruyucudur. Ailəsinin mükəmməl olmasını istəyirlər. Ailə, yuva onun üçün çox əhəmiyyətlidir. Yataqda olduğu kimi, evdə də hər şeyin yaxşı və qaydasında olmasını istəyirlər. Onun etimadını qazanmaq üçün öz evinizə dəvət edin və nə qədər sakit, səliqəli evdə yaşadığınızı ona göstərin. Evdəki səliqə-sahmanı görəndən sonra onun axtardığı insan olduğunuzu anlayacaq. Bundan başqa, cinsi münasibətləri yalnız yataq otağında yaşamayın. Gün ərzində onu qucaqlayın və erotik mesajlar atın.

Ona şəhvani hisslər ötürün

Kişi əkizlər üçün qadınlar çox seksual məxluqlardır. Əkizlər hər mənada rəqabət apara biləcəkləri qadın arzulayırlar. Onun zarafatlarına gülən xanımları çox bəyənirlər. İşdə ondan daha böyük uğur qazanan qadınlar əkizləri məmnun edir. Ona təsir etmək istəyirsinizsə, şəhvani hisslər ötürməlisiniz. Ona çox müvəffəqiyyətli və güclü olduğunu sübut edən qadınları əkizlər heç zaman tərk etmirlər.

Onu ehtiraslandıran alt paltarları geyin


Xərçəng kişiləri evinə bağlı və çox romantik olurlar. Anası onun üçün ən müqəddəs varlıqdır. Bu səbəbdən də, ona hərdən ana şəfqəti və ana qayğısı ilə yanaşmalısınız. Mehriban və səmimi qadınlardan daha çox zövq alırlar. Bu qadınlar xərçəng bürclərinə özünü güvəndə hiss etməsinə kömək edir. Amma diqqət və qayğını lazım olduğundan artıq göstərməyin. Onu başdan çıxarmaq istəyirsinizsə, ağıllı qadın olmağınız kifayətdir. Planlı, dəqiq və təmiz olun. Yataqda ona iltifatlar edin və onu ehtiraslandıran alt paltarları geyinməkdən çəkinməyin.

Şam işığında açılan romantik süfrə onları həyacanlandırır


Şir bürcünün kişilərinə təsir etmək üçün eqosunu sığallayın. Qısqanclıq da onu təhrik etməyə kifayətdir. Ona nə qədər bağlı olduğunuzu göstərin və onu bölüşmək istəmədiyinizi söyləyin. Ehtirasını alovlandıran sürprizlər və şam işığında açılan romantik süfrə onları həyacanlandırır.

Qızaları sirli qadınlar cəlb edir

Qız bürcünün kişilərini isə çalışqan və ağıllı qadınlar başdan çıxarır. Onları bir çox problemi təkbaşına həll edən güclü xanımlar cəlb edir. Qız bürcünün kişiləri tərif eşitməyi çox sevirlər. Bu səbəbdən, ona davamlı olaraq gözəl sözlər söyləyin. Gördüyü hər işin uğurunu və onun tərəfindən sevildiyiniz üçün özünüzü şanslı hiss etdiyinizi ifadə edin. Qız bürcünün kişiləri sirli qadınları sevirlər. Çünki sirli hesab etdikləri qadınları təhlil etmək qız bürcləri üçün ən azı sevişmək qədər təhrikedicidir.

Onları gözəl qoxularla başdan çıxarmaq olar

Tərəzi bürcünün kişiləri ona heyran olmağınızı istəyirlər. Daim tərifləmək və ona tanrı kimi baxmaq Tərəzi bürclüləri məmnun edir. Anası haqqında nə düşündüyünüzdən asılı olmayaraq, həmişə yaxşı sözlər söyləyin. Onların anasına olan düşkünlüyü ən kiçik səhvizdə tərk olunmağınızla nəticələnə bilər. Tərəzi kişiləri bədənindən hər zaman təbii və gözəl qoxular gələn qadınları çox sevirlər. Yəni, onu başdan çıxarmaq üçün fərqli ətirlərdən istifadə edin.

Onlarla hər şeyə hazır olmalısınız


Əqrəb bürclü kişiləri hər zövqü və hər macəranı dadmağa hazır qadınlar cəlb edir. Yataqda çox yaradıcı olan əqrəb kişiləri qadınını da buna uyğun seçir. Sekslə məşğul olmağı ən az onun qədər sevməlisiniz. Ehtirası artıran krujevalı alt paltarları və seks oyuncaqları onu başdan çıxarır. Həmçinin, gündəlik həyatda da erotik mesaj və fotoşəkillər onların çox xoşuna gəlir. Baxımlı qadınları sevən əqrəb kişiləri üçün həmişə cəlbedici olmalısınız. Əks halda, sizdən tez bezəcək və başqa qadın “ovuna” çıxacaqlar.

Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın


Oxatan bürcünün kişiləri də güclü qadınlarla maraqlanır. Özünə güvənən, uğurlu karyerası olan qadınlar görəndə ağlı başından çıxan Oxatan kişi açıqsözlülüyü sevir. Sizi incitdiyi, ya da səhv bir söz söylədiyi zaman bunu ona açıq-aydın deyin. O, müstəqil insan olduğunuzu və ona ehtiyacınız olmadığını bilməlidir. Ağıllı və ecazkar qadınlar Oxatan kişiləri başdan çıxarmağa bəs edir. Bundan başqa, yataqda nələrdən xoşu gəldiyini bilən qadınlar onları tam qane edir. Sevişərkən cinsi arzulanızı onlara deməkdən utanmayın.

Yataqda sərhəd tanımayanları sevirlər


Oğlaq bürcündən olanların gözünə girmək üçün şəfqətli ana, seksual və özündən əmin qadın olmalısınız. Ona arxa-dayaq olan qadınları çox bəyənirlər. Lakin yataqda sərhədləri olmayan qadın arzusunda olurlar.

Yataqda "Kama Sutra" pozalarina bələd deyilsinizsə, Dolçaya yaxın durmayın

Dolça bürcünün kişilərini bədəninizdən əvvəl, ağlınızla cəlb etməlisiniz. Onu davranışınızla cəlb edin. Müstəqilliyinə düşkün olan sutökən bürcləri bunu məhdudlaşdıran qadınlardan uzaq gəzirlər. Ona görə də, qısqanclığın sutökən bürcləri üçün dünyadakı ən lazımsız duyğulardan biri olması təəccüblü deyil. Onu itirmək istəmirsinizsə, əsla qısqanmayın. Yaradıcı olan Sutökənlər yataqda da yeni pozaları sınaqdan keçirməyi xoşlayır. Bu üzdən "Kama Sutra" mövqelərinə tez-tez müraciət edin.

Bir az şəfqət, bir az da dəcəllik...

Balıq bürcünün kişiləri sirli və həssas qadınları sevirlər. Yataqda çox nəzakətli və etibarlıdırlar. Ancaq eyni fədakarlığı sizdən də gözləyirlər. Onu sevgi ilə qucaqlamaq və yataqda bir az dəcəllik etmək xoşlarına gəlir. Bu bürc altında doğulanlar üçün onlara inam müdhiş təhrik faktorudur. Balıq bürcünün kişiləri xəyallarını gerçəkləşdirməyə cəsarət edə bilmirlər. Buna görə də onları cəsarətləndirən xanımları sevirlər. Daim onun yanında olduğunuzu və arzularınızı birlikdə reallaşdıracağınızı deyin.


Şərhlər: 10
Baxılıb: 6484
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Bahar Nesirova
Burcler haqqinda her sey menimcun maraqlidi hamisini oxudum burda pis bir sey yoxdu
13 iyul 2016 15:07
# 10
HAPPY_EYES
adi xeber idi mence
12 iyul 2016 18:34
# 9
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Wirin Meleyim
oxumadim oxumaqada deymez
12 iyul 2016 17:51
# 8
Imza aysu agazade
KRALİCEM
Maraqsizdi tsk
12 iyul 2016 14:24
# 7
Çox çetindir üreyin yanarken "qismet" deyib susmaq...
Tomris Müslümova
Qoy bir dəfədə bu sözü mən deyim ürəyimdə qalmasın.

Xəbərə tşk))
12 iyul 2016 14:01
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
MODABAZ
Onsuzda her bır kısı bu cur seyler edende ehtıraslanır
12 iyul 2016 13:26
# 5
Heyata daim gulmek lazimdii
vipbetul
oxumadim oxumaqada deymez
12 iyul 2016 12:35
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
Maraqli məlumat di twk
12 iyul 2016 12:30
# 3
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Totu
Lazim deyil tesekkurler ))
12 iyul 2016 11:26
# 2
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
YalniZ-ArZu
Melumatcun,tewekkurler.
12 iyul 2016 11:07
# 1
Bilgeye sormuwlar."Insan nasil sabreder?"Demiw ki:Unutursun sabredersin,Bu en GUZELIDIR.Kabul edersin sabredersin,Bu en DOGRUSUDUR.Vazgecersin sabredersin,Bu en ZORUDUR.Bir de iwini ALLAHA havale eder sabredersin.Iwte bu en YUCESIDIR...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz