Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
O kişi sizə uyğun deyilsə... - Qadınlar bunları bilməlidir
O kişi sizə uyğun deyilsə... - Qadınlar bunları bilməlidir
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 1050
Səs ver:
İlk baxışdan aşiq olmaq… İlk söhbət… İlk görüş… Münasibətlərin əvvəlində bunlar hamısı cazibədar və gözəl görünür. Lakin bəzi şeyləri uzun müddət davam etdirmək olmur. Münasibətlər davam etdikcə, dərinləşdikcə ortaya başqa məqamlar da çıxır. Kişi və qadın – iki fərqli dünyagörüşü, psixologiya, həyat tərzi, düşüncəyə malik olan insanın birlikdəliyində də bəzən ortaq olmayan, üst-üstə düşməyən məqamlar olur. Münasibətlərin uzun müddət davam etməsinin bəzən qadından, bəzən də kişidən asılı olduğunu deyirlər. Sözsüz ki, bu, hər iki tərəfdən asılıdır. Lakin qadınlar xüsusilə diqqətli olmalıdırlar. Qadınların münasibət əsnasında unutmaması lazım olan bir sıra həqiqətlər var.
— Unutmayın ki, ilk altı ayın başgicəlləndirici xoşbəxtliyi mütləq sona çatacaq və münasibətlərdə cansıxıcı anlar, bəzi problem və çətinliklər də yaşanacaq. Buna görə ruhdan düşməyin. Çünki tək başına yaşlanmaq, həyatını tək keçirmək də ürəkaçan, həyəcanverici deyil.
— Uşaqlığınızda olan problemlər və onların fəsadlarının günahını tərəf müqabilinizdə axtarmayın, onun bunları həll etməsini gözləməyin. Bunlar sizin məsuliyyətinizdir. Eyni şey onun üçün də keçərlidir. Sadəcə bir-birinizə qarşı anlayışlı davranmanız kifayətdir.
— Uzun müddətli əlaqələrin bəzi üstünlükləri var: rahatlıq, dəstək, güvən duyğusu. Amma bunları davam etdirmək göründüyü qədər asan deyil.
— Günün birində münasibətlərinizdən imtina etmək məcburiyyətində qala bilərsiniz. Övladlar bu vəziyyəti daha da çətinləşdirir.
— Münasibətlərinizin möhkəm və dayanıqlı olduğunu düşünsəniz də, aldadılmayacağınıza dair heç kim sizə zəmanət verə bilməz.
— Maddi çətinliklər və stress də sizə problemlər yaşada bilər.
— Münasibətlərin həqiqətən çətin dövrü toydan sonra başlayır.
— Sevgi hər zaman kifayət etmir.
— Məhəbbətə baxmayaraq, bəzən imtina etmək ən doğru seçim ola bilər.
— Hər qadına uyğun bir kişi mütləq var. Ailə qurmaq və başınızın uşaqlarınıza qarışma zamanı gəlib, lakin siz hələ də birini tapa bilməmisinizsə, deməli, problem sizdə ola bilər.


Şərhlər: 3
Baxılıb: 1050
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fidan ALYEVA
Bu movzu haqqinda bir wey yazmaq istemirem cunki heqiqeten qariwiqdi
6 iyul 2016 12:02
# 3
.O.F.S.
vipbetul
maraqsiz xeberdir
19 iyun 2016 13:21
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
O kisi mene uygun deyilse hec vaxt onunla bir yerde olmaram. Yalniz ozume uygun insani axtararam
19 iyun 2016 09:24
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz