Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Tanışlıq zamanı kişilərin etdiyi səhvlər
Tanışlıq zamanı kişilərin etdiyi səhvlər
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 461
Səs ver:
Sevgi oyunlarında hər kəs bir nöqtədə rədd edilir. Təbii ki, nədən rədd edildiyinizi və  nəyi yanlış etdiyinizi bilmirsizsə, şansızını necə dəyişdirə bilərsiz?
Yaxşı ki, rədd edilən tək siz deyilsiz.
Kişilər qadınları ovlamağa çalışdıqları ilk gündən bəri rədd edilmək qorxusu ilə qarşı-qarşıya qalırlar. Çox kişi geyindiyi geyim və pulun qadınların diqqətini çəkdiyini düşünər,  ancaq əsas yol bundan daha sadədir. Problem siz deyil, özünüzü tanıtma tərzinizdir. Ailem.az kişilərin özünü tanıdarkən etdiyi səhvləri təqdim edir.
Bədən dilini anlamaq. Özgüvənin qadınları cəlb etdiyi doğrudur. Ancaq nə qədər rahat olmanız özünüzü tərifləməkdən daha üstündür. Axtardığınız açar bədən dilidir.

Vəziyyətin nəzarətiniz altında olduğunu hiss etdirmək istəyirsizsə, sözlərlə anlatmağa çalışmayın, dik durun və göz təması qurun.
İnsanlar hər şeydən əvvəl bədən dili ilə təmas qurar. Əgər özünüzü cazibədar şəkildə göstərməyi bacarsanız, seçdiyiniz kəlmələrin heç bir önəmi qalmayacaq. Özünüzü qadına dinc bir şəkildə təqdim edin.
Enerji və atmosferə ayaqlaşmaq. Kişi ciddi və sərt görünüşlü, düşüncəsi sağlam,  güclü, qüdrət sahibi olmalıdır, ancaq qadınlar əlaqə yarada biləcəyi birini istəyər.
Bir qadın onunla onun səviyyəsində görüşmənizi istəyər.
Pozitiv bir bədən dili seçmək. Flirt və görüşlər iki insanın bir-birinə daha uyğun olduğunu müəyyən etmənin yoludur. Bacarıqlı bir kişi qadının güvənini həmişə qazanmalıdır. Ona özgüvənlə yaxınlaşın, ona marağınız olduğunu açıq bildirin, ancaq  amiranə olmayın.
Öz peşənə yönəlmək. Əgər vaxtı gəlmədən sevgili olmaq istədiyiniz qadına görüş təklif etsəniz, "hə” cavabı almayacaqsız. Həm də bir an öncə xilas olmaq, tez cavab alım deyə səbrsiz davransanız, ondan "hə” cavabı almayacaqsız.
Özgüvənli davranın. Dərhal qaçmayın. "Yox”, ya "hə” deyən kimi qaçıb arxasındakı pərdəyə gizlənməniz verdiyi qərarla bağlı şübhəli hala salacaq. Özünü rahat hiss etməyəcək.
Əgər keçmişdə də çox rədd edildizsə, bu, hər dəfə eyni cür davranıb fərqli nəticələr əldə etmək istədiyiniz üçündür. Bunu bir az dəyişdirin, yeni bir şey sınayın. Qarşınızdakı qadının sizinlə münasibət qurub qurmadığını bədən dili ilə öyrənin.
Vəzifənizi unutmayın. Siz seçilə bilən bir subaysız, ancaq özünüzü tanıtma tərziniz yanlışdır.


Şərhlər: 2
Baxılıb: 461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsiz yazidi
13 iyun 2016 13:48
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Barbaris
kiwilere aid xeberler
13 iyun 2016 11:34
# 1
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz