Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata və qızı
Ata və qızı
Göndərən: adsiz-a
Şərhlər: 12
Baxılıb: 816
Səs ver:
6 aylığında
Ata: Nə qədər gözəl qızım var. İlahi, doğrudanmı bu kiçik mələk mənim balamdır?!
Gözləri necə də mənimkinə bənzəyir. Şükürlər olsun Sənə, ey Rəbbim!
Qızı: Gərək ki, gözlərini məndən ayırmayan bu gözəl insan atamdır.

5 yaşında
Ata: Gözəl qızım, de görüm atan sənə nə alsın?
Qızı: Ən çox atamı sevirəm, onun hər an mənimlə olmasını istəyərəm.

10 yaşında
Ata: Getdikçə heç sözə baxmır, bilmirəm kimə oxşadı bu qız.
Qızı: Atamı çox sevirəm, görəsən bu ay mənə nə qədər cibxərcliyi verəcək?

15 yaşında
Ata: Necə də tez böyüdü bu qız, getdikcə lap başıma çıxır, yox, gərək onunla bir az sərt danışım.
Qızı: Atam rəfiqələrimlə istədiyim qədər əylənməyə icazə vermir, uf! Görəsən nə vaxt sərbəst olacağam?

20 yaşında
Ata: Artıq sözümü eşitmir, getdikcə məndən uzaqlaşır. İşləyir, pul qazanır, mənə ehtiyac duymur…
Uzun zamandır bir-birimizə bir kəlmə də şirin söz deməmişik.
Qızı: Hər işimə qarışır, geyindiyim paltarlara, getdiyim yerlərə. Mənimlə uşaq kimi davranmasından bezmişəm.

25 yaşında
Ata: Bir gün bunun olacağını bilirdim. Artıq ərə gedir, xeyli vaxtdır aramız çox sərindir, mələyim tərk edir məni.
Qızı: Belə bir şad gündə onun bu qədər qəmgin olmasını anlaya bilmirəm. Bilmirəm nədən narazıdır. 
Yoxsa həyat yoldaşım ürəyincə deyil?! Sanki onunla birlikdə yaşayacaq.

30 yaşında
Ata: Çox az görüşürük. Tez-tez gəlib atasını görsəydi, nə olardı?! Nəvələrimdən ötrü çox darıxıram.
Dostlarından ayrılıb bizə gəlməyə vaxt tapmır.
Qızı: Son vaxtlar atama heç vaxt ayıra bilmirəm, telefonda səsi çox zəif gəlirdi.
Həftəsonu onlara sürpriz etsəm, yaxşı olar.

40 yaşında
Ata: Nədənsə, qızım mənim dardüşüncəli olduğumu güman edir. 
Amma məktəbli olduğu vaxtlar bütün dərslərində ona kömək edərdim. İndi məni bəyənmir.
Bundan sonra onunla heç bir mövzuda mübahisə etməyəcəyəm.
Qızı: Atam getdikcə, lap uşaq kimi davranır. Heç nədən inciyir. Son zamanlar səhhəti elə də yaxşı deyil. 
Birdən ona bir şey olar… Heç vaxt onun istədiyi övlad olmamışam.

45 yaşında
Ata: Qızımın xoşbəxt ailəsi olması mənə çox xoşdur. 
Ölüb getsəm də, gözüm arxada qalmayacaq, hər şeyin öhdəsindən gəldi, onunla qürur duyuram.

Qızı: Atam üçün çox nigaranam, onu itirmək istəmirəm, son zamanlar dərmanlarını da vaxtlı-vaxtında qəbul etmir.
Allahım, nə olar, onu məndən alma…

50 yaşında
Ata: Xoşbəxt ol, qızım, dünyan firavan, axirətin xeyirli olsun.
Qızı: Atacan, səndən ötrü çox darıxacağam. Bundan belə dərdimi kimə deyəcəyəm?
Kiminlə danışacağam? Kim mənə kömək edəcək? Atacan, nə olar, getdiyin yerdə şad-xürrəm ol. 
Hər zaman yanımda olduğunu hiss etdir mənə. Arabir mənə işarələrlə xəbər göndər. Ah! Atacan, sənsiz necə yaşayacağam?!

55 yaşında
Qızı: Atacan sən gedəni yoxluğunu daha çox dərk edirəm. Kaş səni heç üzməyəydim.
Heyifslənməyin heç nəyi dəyişməyəcəyini yaxşı bilirəm, məni duyduğunu bilirəm. 
Atacan, nə olar, səni üzdüyüm hər gün üçün nə qədər peşman olduğumu da bil, bağışla məni.


Şərhlər: 12
Baxılıb: 816
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Wirin Meleyim
Kovreldici,Maraqli ve cox duz bir yazidi (
23 may 2016 15:50
# 12
Imza aysu agazade
ekiler
Sabahınız xeyir.Atamı çox sevirəm.Mənim təhsil almağımda işlə təmin olunmağımda atam mənə dəstək olub.İndi artıq qocalır O,qorxuram onunçun.İndi mənimlə deyil körpə qızımla vaxtını keçirib oynayır baba və nəvə maşın sürürlər.ALLAHIM özün əzizlərimi qoru AMİN!
23 may 2016 10:27
# 11
Narın Yağış
Atam mənim canımdı həyatda yaşama səbəbimdi.Heç düşünmədən canımı qurban verə biləcəyim yeganə insandı...Oxuduqca çoxx kövrəldim(Allah valideynlərimizi qorusun dua
21 may 2016 20:15
# 10
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
narmiwka_15
coxx tesirlidi atami cox sevirem
20 may 2016 15:09
# 9
Be Happy))
Miss_Oxatan
Sonuna catan yene de o mewhur wer duwdu yadima,Sagliginda qiymet verin insanlara.
20 may 2016 12:51
# 8
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Barbaris
Sitat: vipbetul
Rebbim valideyinlerimizle bizi sinaqa cekmesun Amin insallah

Amin
20 may 2016 12:47
# 7
☆Arxamca danışan insanların xəyallarında imzam var ☆
Antikvar
Çox kövrəldim((Atasına bağlı bir qız olaraq gözlərim doldu oxuyarkən...Atamın son zamanlar mənə dediyi söz "Küsmüşəm səndən Azərbaycana gəlməsən inciyəcəm səndən ,çox darıxmışam sizin üçün,nəvələrim üçün ,çıxın gəlin birazda bizdə qalıb istirahət edərsiz"Atamın o sözləri mənə o qədər təsir edir ki,amma neyləmək olar kilometrələrlə uzaqdayam onlardan çox pis şeydi valdeynlərindən uzaq yaşamaq ,vətənimi sevirəm oranı istəyirəm yay gəldiyində bu sevgim iki qat artır amma bu il gedə bilməyəcəm çox təəsüflər olsun.Atama dedim incimə məndən bu il gələ bilməyəcəm nəvəvin dərsliklərinə görə alınmaz...Amma mən atamı hər zaman anlayıram onun sözünün əksini demirəm çünki papam mənim örnək götürdüyüm tək şəxs-şəxsiyyətdir.Allah valdeynlərimizi qorusun.Sona doğru sözləri oxuyarkən gözümdə sanki həyatım canlandı...Təşəkkürlər maraqlı və duyğulandırıcı xəbərə görə.
20 may 2016 12:34
# 6
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
vipbetul
Rebbim valideyinlerimizle bizi sinaqa cekmesun Amin insallah
20 may 2016 11:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
qanadli melek
Cox tesirlidi.Allah hec kimin atasini onan ayirmasin
20 may 2016 11:11
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
20 may 2016 10:22
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Tesirlenerek oxudum. Bezen valideynlerimizi dar dusunceli olmaqla ittiham edirik. Bu yalnisdir. Onlar bizim yaxsiligimizi isteyir. Onlarin deyerini bilek
20 may 2016 09:53
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Totu
Maraqlı ve kövreldici cümleler idi)
20 may 2016 09:52
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz