Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bağlanmaq qorxusu olan kişi ilə necə davranmalı?
Bağlanmaq qorxusu olan kişi ilə necə davranmalı?
Göndərən: Tomris Müslümova
Şərhlər: 2
Baxılıb: 542
Səs ver:
Çoxlarımız bəzən münasibətlərdə "sən çox yaxşı birisən, səninlə olanda çox maraqlı olur amma məndən daha artıq bir şey gözləmə, mən ciddi bir münasibətə hələ hazır deyiləm" kimi ifadələri eşidirik. Sevgili namizədinizdən bu cür sözlər eşitmək yəqin ki, sizi bir xeyli də incidə bilər. Amma əmin olun ki, bu ifadələr bağlanmaq qorxusu olan bir kişinin əlamətlərindən xəbər verir. Sən də, belə bir haldan narahatsansa Qadınlar.biz in verdiyi məsləhətlərə əməl edərək bağlanmaq qorxusu yaşayan sevgili namizədini normal birinə çevirə bilərsən.

Min bir bəhanə uydurmadığından əmin ol
Güclü cinsin nümayəndələri bəzən münasibətə hazır olmadıqlarını açıq şəkildə, çəkinmədən dilə gətirirlər. Bunu da bəzən "bağlanmaqdan qorxuram" ifadəsi ilə bəzəyirlər. Təbii bir çox kişilər bağlanmaqdan qorxurlar. Amma bunu dilə gətirməyərək hərəkətləri ilə ifadə etməyə çalışırlar. Əgər münasibətdə olduğun biri sənə "mən münasibəti irəlilətmək istəmirəm, bağlanmaqdan qorxuram" deyirsə mütləq buna əmin ol ki, bu doğrudan da belədir. Əks halda sənə belə deyib, gedib başqa qızlarla görüşürsə, atalarımız demişkən, zərərin yarısından da dönsən kardır.

Bu qorxunun səbəblərini axtar
Deyək ki, sevgili namizədinin bağlanmaqdan qorxduğunu öyrəndin. Bu öz yerində. Əsas məsələ onun bu qorxusunun səbəblərini araşdırıb tapmağındadır. Əsasən, bu qorxunun iki səbəbi ola bilər: ya ailəsinin ona təsiri, ya da ki, əvvəlki sevgilisi onu aldadıb. Bu səbəbləri öyrəndikdən sonra başlayın bu səbəbləri yox etməyə.

Hədəfinə səbrlə irəlilə
Münasibətinlə bağlı böyük planların, arzuların varsa bunlara yavaş-yavaş nail olacaqsan. Çünki qarşındakı heç də "mükəmməl sevgili" tərzində biri deyil. Təbii ki, arzularından imtina eləmə, sadəcə, bir az səbrli ol. Onun istəklərini qəbul edib, öz istəklərini ikinci plana atmaO sevinsin, xoşbəxt olsun deyə onun dediyi hər şeyi etməli deyilsən. Çünki mütləq o hər şeyin içində sənin istəmədiklərin də var. Sən də öz istəklərini dilə gətir. Bir gün münasibəti irəlilətmək istəməyib, bağlanmaq qorxum var deyib, gedib başqaları ilə görüşəndə pis olan sən olacaqsan. Ona görə də özünü ikinci plana atma. Unutma ki, bir münasibət necə başlayarsa elə də davam edər. 

Sənə güvənməsini təmin et
Əks cinsin nümayəndəsi özünü rahat hiss etsin, münasibətdən qorxmasın deyə onunla dost kimi əlaqə yarat. Problemlərindən tutmuş kariyera planlarına qədər bölüş. Eyni ilə də çalış ki, o da, səninlə bu şəkildə danışsın. Beləliklə, onun sənə daha da güvənməsini təmin etmiş olarsan.

İnadkar olma
Bağlanma qorxusu olan bir kişi ilə münasibətdə olmaq çox çətindir. Və çox da əmək tələb edir. Münasibətdə tez-tez onu gəzməyə gedək, filmə gedək kimi inadcıl istəklərinlə bezdirmə. Bu kimi şeyləri istəyə bilərsən. Amma bunu daha inadkar formaya salma. Həm də ki, belə kişilərlə davamlı olaraq evlənməkdən, uşaqdan, ailədən danışma. Çünki bağlanma qorxusu olan kişi səndən sürətli şəkildə uzaqlaşacaq. 

Tək qalmasına şərait yarat
Əgər qarşınızdakı kişi bağlanma qorxusu yaşayırsa onu bu qorxudan azad etməklə həm də, özünü onu itirmək qorxusundan azad edəcəksən. Bunun üçün ona tək və ya dostları ilə birlikdə olacağı şəraitini yarat. Və sən də onunla olmayanda tez-tez ona mesaj yazma, çalış öz rəfiqələrinlə görüş ya da tək olmağın dadını çıxart. Bu zaman o münasibətdəki qorxunu hiss etməyəcək üzərində, eyni zamanda hələ də azadlığını hiss edəcək və bağlanma qorxusunu tezliklə aşacaq.

Ehtimalları unutma
Düzdür, bunu qəbul etmək çətindir. Amma unutma ki, münasibət həmişə "yağ kimi" olacaq deyə anlayış yoxdur. Yəni, hər şey sən istədiyin kimi yolunda getməyə bilər. Və bil ki, bağlanma qorxusu olan biri ilə münasibətdə olmaq və onu dəyişdirmək üçün əmək sərf etmək çətindir. Həmişə də müsbət nəticə verməyə bilər. Çünki sən nə qədər əmək sərf etsən də, qarşındakı o əməyin yarsını belə sərf etmək üçün çalışmaz. Bu zaman da pis olan tərəf sən olarsan. Ona görə də belə olduqda özünə bir yaxşılıq et, yol yaxınkən dön.


Şərhlər: 2
Baxılıb: 542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqsiz yazidir
2 iyun 2016 12:48
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Kisilerin sevgini evliliyi istememesinin esas sebebi baglanmaq qorxusudur. Bu qorxunun ohdesinnen gelmekde bize dusur
2 iyun 2016 09:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz