Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
7 tip kişiyə yerindəcə YOX demək lazımdır
7 tip kişiyə yerindəcə YOX demək lazımdır
Göndərən: Tomris Müslümova
Şərhlər: 6
Baxılıb: 1003
Səs ver:
Adətən ilk görüş yaxşı keçəndə biz həmin insanla qalan bütün həyatımızı paylaşmaq haqqında düşünürük. Amma elə vaxt olur ki, bu barədə heç düşünmək lazım deyil. Və ümumiyyətlə düşünmək lazım deyil. Anında "yox” demək lazımdır. Bu yazımızda məhz hansı kişilərə elə yerindəcə yox deməli olduğunuzu biləcəksiniz.
Qaçmalı olduğunuz kişilər

Alfons
Alfonsları tanımaq çox asandır: onlar həmişə pul haqqında danışırlar. O, sizi harasa yeməyə dəvət edə bilər və hesab ödəmək vaxtı gəlib çatanda pul kisəsini evdə unutduğu bəhanəsini uydurar. Alfonslar bütün günü telefon zənglərilə məşğul olur. Əslində isə onun nə pulu, nə də biznesi var. Sadəcə özünü çox məşğul iş adamı kimi göstərməyə çalışır.

"Ana uşağı”
"Ana uşağı” ilə prinsipcə nəsə etmək olar, əgər o, yetim qalıbsa. Əks halda isə siz nə qədər də, gözəl və cəlbedici qadın olsanız da, ona anasından yaxşı olmayacaqsız və o, özünü anasız təsəvvür etməyəcək. Belə kişilər "ana uşağı” kimi doğulmurlar, anaları ilə daha çox vaxt keçirdikdən sonra belə olurlar. Və sizi heç vaxt əsas qadın roluna görmürlər. "Ana uşağı” ilə münasibət qurduqda siz onunla yox, birbaşa onun anası ilə münasibət qurmalı olacaqsınız. Bu sizə lazımdır?!

Pis asılılığı olan
Əyyaş, qumarbaz, narkoman və başqa asılılığı olan kişilər var ki, onlarla münasibətə başlamasanız daha yaxşıdır. Əgər siz onu bu asılılıqdan xilas etmək istəmirsinizsə, deməli, o, sizin yolunuz deyil. Ən yaxşısı buraxmaqdır. Yox, əgər münasibət qurmaq niyyətindəsinizsə, bilin ki, bu cür pis asılılıqları olan birilə sağlam münasibət sığortası yoxdur. Belə kişi ilə münasibətiniz olsa 5 ildən sonra sizdən geriyə heç nə qalmayacaq.

Evli
Məsələnin mənəvi tərəfindən baxdıqda o, yetişkin insandır və sonda özü qərar verə bilər ki, həyat yoldaşını başqa birinə dəyişməyə hazırdır ya yox. Bu, tamamilə sizin işiniz deyil. Sizin işiniz – hər şeyə göz yumub özünüzü oda atmaq deyil və belə hekayələr heç də yaxşı bitmir. Bəli, belə də olur – insanlar yeni sevgi tapırlar, boşanırlar və yeni sevgilisi ilə xoşbəxt yaşayırlar. Belə hallar daha çox gənc xanımların başına gəlir. Və həmişə də, "ailə dağıdan sevgili” rolunda olurlar. Eyni zamanda evli bir kişi heç vaxt saf və böyük sevgini tapmaq üçün yeni görüşlərə getmir. 

Təcavüzkar
Təcavüzkar kişiləri də tanımaq çox asandır. Restoranda ofisiantları acılayır? Söyüş söyür? Bütün ətrafdakılara qarşı pis münasibət bəsləyir? Ondan qaçın. Siz heç özünüz də hiss etməyəcəksiniz sizə qarşı nə zaman təcavüzlərə başlayacağını. Hər kəslə kobud olun sadəcə sizə qarşı xüsusi bir münasibəti olacaq deyə bir nüansdan söhbət belə gedə bilməz. O, sizi ürkütməmək üçün sadəcə şirin danışa bilər.

İnsan ruhunun mühəndisi
O, insanların xarakterini çox gözəl bilir. Bunu hiss etmək üçün də, xüsusi güc sərf etmir. Onun bazasına maraqlı hekayələr var və o, görür ki, adi insanlar bunlardan xəbərsizdirlər. O deyir ki, qadınlar qulaqları ilə sevirlər. Və belə kişilər çox təhlükəli olurlar. Sizi asanlıqla yoldan çıxardır və istədiyi zamanda yarı yolda buraxır. 

Yazıq pişik
O, çox bədbəxtdir. Onu heç kim anlamır. Onun sizdən gözləntisi sıxılmamağın təmin etmək, isti yemək, isti yer və rahat yatmaqdır. Bu mərhələdə ona "Yox” demirsinizsə, bu münasibət davam edəcək. Amma siz elə bəri başdan "Yox”u dilinizə gətirin. Gedib özünə başqa xeyriyyəçi tapsın. Çünki siz qadınsınız və ona göstərəcəyiniz münasibəti onun sizə göstərməli olduğunu anlamalıdır.


Şərhlər: 6
Baxılıb: 1003
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
menlik melumat deyiı
2 iyun 2016 13:17
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Miss_Oxatan
Eslinde butun qadinlar hiss edir,bawa duwur bele kiwilerin niyyetini.sadece qadinlarin bir coxu realist deyil,belke duzeler,deyiwer deyib uzaqlawmirlar.sebebide hemen kiwiye qarwi sevgileridir.onsuzda ayrilsam heyat menim ucun yoxdur,ya bele olmek ya da ele olmek deyib ayrilmirlar,ozlerini quyuya atirlar,bir muddetden de sonra pewman olan ozleri olur.onda da iw iwden kecmiw olur,itde gedir ipde.ancaq yene de ziyanin yarisindan donmekde fayda var.bu da menim sehvim,gunahim deyib oz yoluna getmekde hec vaxt gec deyil,esas odur,o gucu ozunde tapasan,ozune inanansan ve qaralar baglamayasan.ele qadin var etrafimda,omrunu,varini,yoxunu,maddi menevi her weyini feda etdi o kiwi ucun.evlidir kiwi,defelerle borclara duwdu,evini bele satdi,ne var ne yox getdi,ona gore seleme duwdu qohum qardaw yigdi yigiwdirdi odedi bagladi borclarini,duzeler,bir de etmez buda bunun sehvi gunahidir deyib cirkabdan cekib basdilar bagirlarina,artiq munasibeti de kesdi dediler,ama iller sonra tarix yene tekrarlandi,qefil cixan borclar,faizler qapini doymeye bawladi,yene zulm zilletle o qohum qardaw odedi,eks teqdirde tutulacaqdi o qadin.bir minvalla yene inandirdi camaati tovbe etdi deye ama 3cu kes bir daha tekrarlandi bu yaxinda ve yene de odenir o borclar.iw burasindadir ki,o kiwi ailelidir,ve adda ewq yawayiblar,arvadida guya mehkemede bowanmir deye bowananmirlar,hamisi yalandi.cunki hemen alfon nakiwinin bele zibile saldigi,borca faize qoydugu bir bawqa qadinda var.dediler ki,belke bu qadin bari bunu biler uzaqlawar o eyyawdan ama yene de qurura gelmedi,hec oz eride deyil,soyuqqanliliqla ewwi hansi kiwi bawqasinin yanina getmir deyerem cavab verdi.halbuki qebuk etmir ki,ne sen ne de senin kimi faize saldigi o bir qadin onun umrunda deyilsiniz,siz onun ucun bir kuklasiniz,eykenir,istifade edir ve quyuya atir.siz cehennem bes borclarinizi odeyen qohumlar?ozune,qadinligina,qururuna deyer vermeyen ister qadin ister kiwi qohum qardawami deyer verer?burda artiq o kiwilerde yox onlar ucun wexsiyyetini hece sayan seviyyesini ayaqlar altina atan qadinlardadi gunah.insan gerek ozune deyer versin.kiwi olsun ya qadin,kim ozu ozune hormet etmeyene,kimese gore ozunu deyersiz edene hormet eder?hec kim.Allah her kese agil versin,ozunu bu qeder eskiltmesin.
1 iyun 2016 15:06
# 5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
1 iyun 2016 11:58
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
qanadli melek
Bele tip kiwiyle omur kecmez uzaq durmaq meslehetdi
1 iyun 2016 11:05
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Bele tip kisilerden 10 metr arali gezirem. Sevmediyim kisi tipleridit
1 iyun 2016 08:56
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
son bahar
Allah uzaq elesin bele tip insanlardan bizi
1 iyun 2016 08:08
# 1
...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz