Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər nə vaxt yalan danışa bilər?
Kişilər nə vaxt yalan danışa bilər?
Göndərən: Barbaris
Şərhlər: 9
Baxılıb: 1089
Səs ver:
Kiçik yalanlar münasibətlərin bir parçasıdır. Bəzən bu, kişilər üçün xilasedici ola bilər. Kişilərin yalan danışmaq səbəbləri məqaləmizdə.

"Kiçik yalan” ifadəsini yəqin ki, hamınız eşitmisiniz. Qarşınızdakı insana ciddi ziyanlar vurmayan və vəziyyətdən çıxmaq üçün deyilən bu kiçik yalanlar münasibətlərin bir parçasıdır. Həm kişilər, həm də qadınlar münasibət müddətində bu yalanlardan istifadə edir. Ancaq aparılan araşdırmalara əsasən kişilər yalandan daha çox istifadə edirlər. Yalan danışmaqlarının səbəbi isə həyatı asanlaşdırmaqdır. Hər nə qədər ziyansız kimi görünsə də, kiçik yalanlar gələcəkdə problemlər yarada bilir. Yalanı vərdiş halına gətirmiş bir insan zaman keçdikcə daha vacib məsələlərdə də yalan danışmağa başlayır və münasibətdəki inam hissini zədələyir. Buna görə də, kişilərin niyə yalan danışdığını başa düşüb, əvvəldən müdaxilə etməkdə fayda var.

Kişilərin yalan danışmasının başlıca səbəbi əslində qadınların incikliklərinə dözmək istəməməkləridir. Dostları ilə görüşdüyünü demək yerinə, vacib işlərinin olduğunu deyə bilərlər. Çünki qarşılığında görəcəkləri reaksiyalardan qorxurlar. Əslində pis niyyətləri olmasa da, partnyorlarının bunu səhv anlaya biləcəyindən qorxurlar. Bir çox kişi qadınların problemi şişirtməsindən şikayətçidir. Buna görə də mübahisə etmək yerinə, yalan danışmaq onlara daha asan gəlir.

Xüsusilə münasibətin əvvəllərindəsinizsə, yalan danışma səbəbləri, adətən, sizin xoşunuza gəlmək ola bilər. Kişilərin qadınlara danışdığı yalanların çoxu özlərini daha ağıllı və bacarıqlı göstərmək üçündür. Buna görə də, bəzən yalan danışmaq onlara elə də səhv hərəkət imiş kimi gəlmir. Əlbəttə münasibətin əvvəllərində hamı qarşısındakı insanın xoşuna gəlmək istəyir, amma buna nail olmaq üçün yalan danışmaq əslində özünə inamsızlığın bir əlamətidir. Bu vəziyyət münasibətin irəliləyən dövrlərində onun özündə əskiklik hiss etdiyi hər anda yalan danışmasına və buna bağlı olaraq ciddi problemlərə səbəb ola bilər.                           Kişilər üçün bir qadına "Yox” demək və ya münasibəti bitirmək də çox çətindir. Bu cəsarətə sahib olmadıqları üçün də yalan danışmağı seçirlər. "Hal-hazırda bir münasibət istəmirəm” cümləsi əslində "Səninlə birlikdə olmaq istəmirəm” deməkdir. Ancaq kişilər bu sözlərin çox kobud, ya da sərt çıxacağını düşünərək yalan danışmağı seçirlər. Beləcə qarşısındakı qadına yaxşılıq etdiklərini düşünsələr də, əslində ayrılığın əsas səbəbini bilməmək bir qadını daha çox incidir.


Şərhlər: 9
Baxılıb: 1089
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
kisiler her zaman yalan danisa bilerler
11 aprel 2016 23:42
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
S.Heydarova
Axxxxxxxx kişilər!!!
11 aprel 2016 21:38
# 8
Həyat fırtınanın keçməsini gözləmək deyil,
Yağmurda da yeriyə bilməyi bacarmaqdır..!
ulduz
Nə qədər istəyirlər danışdınlar. Ta bilmirlərki biz qadınlar onlarin papucunu ters geyindirerik. Şeytanin özü elə bizik
11 aprel 2016 18:21
# 7
Marta
Yalan danisirlar ama bizdede inanacaq goz varmi sadece inanirmis kimi davarana bilerik ama inanmariq)))
11 aprel 2016 18:14
# 6
Немного терпения, и у тебя все получится..
YARIM QALMIS XEYALLAR
Demezdim kisiler hemise yalan danisirlar. Bu fikirlerlede razi deyilem. Eger qarsisindaki anlayisli ozunu taninda rahat hiss etdiyi biridirse yalan danismirlar. Qaldiki hami kicik yalanlar danisir ister qadin istersede kisi.
11 aprel 2016 16:02
# 5
Kimise aglatma yoxsa o goz yaslarinda bogularsan.
sadece_men
Kiwilerin duz daniwdigi vaxt varki
11 aprel 2016 12:48
# 4
Gultekin.A
Kiwilerin aldigi nefesde yalandir))
11 aprel 2016 12:39
# 3
..
qanadli melek
Onlar hemiwe hec cekinmeden yalan daniwa bilirler.gorecekleri reaksiyadan ya sehv anlawilmaqdan qorxmurlar sadece ozlerini cox agilli hesab edirler duwunurlerki yalan daniwdi qarwisindakini inandirdi bilmirlerki sen qarwindaki qadini yox ozun ozunu aldadisan qadin kiwinin yalan daniwdiqini hemen anlar
11 aprel 2016 10:13
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Kisiler her daim yalan danismaga fokuslaniblar. Onlar her xirda isde yalana el atirlar
11 aprel 2016 10:00
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz