Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaqqabının genişləndirilməsi: təzə ayaqqabı sıxırsa
Ayaqqabının genişləndirilməsi: təzə ayaqqabı sıxırsa
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 894
Səs ver:
İnterntet üzərindən və ya endirim bazarlarında ayaqqabı alarkən ölçüdə səhv buraxmaq imkanı həmişə vardır. Yeni ayaqqabının sizə ağrı, diskomfort yox, sevinc bəxş etməsini istəyirsiniz isə onda aşağıdakı ayaqqabı genişləndirmə üsullarından istifadə edin.

Bəri başdan qeyd edək ki, bu üsullar dəri ayaqqabılar üçün nəzərdə tutulub. Sintetik ayaqqabıları genişləndirmək daha çətindir. Ayaqqabını uzununa yox, yalnız eninə genişləndirmək olar. Əgər barmaqlarınız dirənirsə, bu zaman ayaqqabınızı satın.

Genişlənmədən sonra ayaqqabı həssas olur. Bu ayaqqabıya xüsusi baxım lazımdır, daim kremlənməli, təmizlənməlidir.

Əgər diskomfort cüzidirsə, dərhal genişləndirməyə can atmayın. Bir neçə günə ayaqqabı özü onsuzda ayağa görə genişlənəcək.

Üsul 1: su
İsti suda pambıq corablarınızı istadın, geyinin və üstündən təzə ayaqqablarınızı, corablar qurayanadək və bezənədək belə gəzin. Prosedurdan sonra ayaqqabılarınızın içinə qəzet doldurun ki, nəmliyi götürəsiniz.

Üsul 2: kimya
Böyük ayaqqabı mağazalarında ayaqqabı genişləndirici xüsusi vasitələr satılır. Əsasən sprey olan vasitələri ayaqqabının içinə vurulur və ayaqqabı geyinilib biraz gəzilir. Kimyavi vasitələr daha tez təsirə malik olsalar da ayaqqabı rəngini itirə bilər.

Üsul 3: dondurulma
Polietilen paketə su doldurun (yaxşı olar ki, bu zaman iç-içə bir neçə paketdən istifadə edəsiniz) və paketi ayaqqabının içinə qoyub soyuducunun dondurucu kamerasına yerləşdirin. Fizikadan bilirik ki, su donanda həcmi artır, paketlərin etibarlığı isə sizin boynunuzda qalır.

Üsul 4: alətlər
Ayaqqabı dükanlarında və ya eBay-da xüsusi ayaqqabı yastıqları satılır. Əsasən taxtadan olan yastıqlar iki hissədən ibarət olurlar və genişlənmə mexanizmlərinə sahib olurlar.

Unutmayın ki, siz həmişə ayaqqabını genişləndirəndə onun möhkəmliyinə diqqət yetirməlisiniz. Əgər ayaqqabınız nazik dəridən hazırlanıbsa onu zədələmək riski böyükdür.


Şərhlər: 6
Baxılıb: 894
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
lazimli melumatdir

lazimli melumatdir
21 aprel 2016 23:11
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
evli.mutlu.cocuklu
Men hemise ayaqqabi alanda boyuk aliram
21 aprel 2016 20:05
# 5
Fialka
Ayaqqabını hansısa müdaxilələrlə genişləndirmək onun keyfiyyətinə mənfi təsir göstərə bilər ona görə alarkən diqqətli olmaq lazımdır ki, sıxmasın əksinə rahat olsun) .
21 aprel 2016 12:34
# 4
qanadli melek
Hemiwe bele problemim olur mamam deyir ayagini evdemi qoyub gedisen olanini al da)bir defe icine su doldurdum mektebe getdim yolda para para oldu ayaqabi
21 aprel 2016 10:05
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Miss_Oxatan
hazir ozunu bele cetine salinca alanda bil de ne alirsan.hec cox vaxt maqazinden ayaqqabi alanda gorursen ki nomresi eslinde ayaq razmerine uygundur geyinirsen ya dar olur ya boyuk bunu bile bile internetden zakaz elemek riskdir.
21 aprel 2016 08:11
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Men hec vaxt dar ayaqqabi almiram. Ayaq barmaq ve dirnaqlarini siradan cixarir. Zererlidir
21 aprel 2016 07:06
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz