Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi saatı alarkən nəzərdə tutun
Kişi saatı alarkən nəzərdə tutun
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 477
Səs ver:
Bir çoxlarımız saat alarkən onu işləməsinə, möhkəmliyinə, əlavə funksiyalarına, sözün qısası xarici görünüşünü rəhbər götürürük. Əlbəttə, bu düzgün deyil. Hətta bir çoxları bilmirlər ki, "Water Resistant” markirovkası həmin saatı maksimum yağışdan qoruya bilir, heç də onunla duş gəbul etmək olmaz. "Water Resistant 50” markirovkası heç də həmin saatla 50 metrlik dərinə girmək imkanını vermir. Bu məqalədə sizlərə saat seçiminizdə kömək etməyə çalışacıq.

İstehsalçı seçimi: Dünyada 2,5 mindən artıq saat istehsalçıları var və dünyanın müxtəlif yerlərinə səpələniblər. Lakin saat alırsınızsa isveçrə, italiya, almaniya, yapon, fransa, ingiltərə, ABŞ, rusiya və bahalı çin istehsalçılarına üstünlük verin. Hansı saatı almağınız əlbəttə ki, sizin büdcənizdən asılıdır.

Unutmayın ki, "Swiss Made” markirovkası saatın isveçrədə istehsal edildiyinə işarə edirsə, "Swiss Mov’t” (Movement) sadəcə mexanizmin isveçrədən gətirldiyinə işarə edir və saatı hətta Xırdalan da belə yığa bilərlər.

Mexanizm seçimi: Mexanizm saatın döyünən ürəyi olduğu üçün onların harada istehsal olunmaqları ilə bərabər necə işlədikləri də önəmlidir. Kişi saatları mexanizminə görə mexaniki və kvars saatlarına bölünürlər.

Birincilər köklənməkdən asılı olaraq mexaniki işləyirlər. Onların səhvi sutkada -30/+40 saniyə hesablanır və dediyimiz kimi saatın köklənməsindən asılı olur.

Kvars saatlar batareya ilə işləyirlər. Bura işıq enerjisi, kinetik enerji ilə işləyən saatlarda aiddir. Mexanizmin işləməsi batareyanın nə qədər güclü olmasından asılıdır. Bu saatlarda sutkada minimum səhv qeydə alınır, -/+20 saniyə.

Üzlüyün seçimi:
– Plastik və yaxud polimer – baha olmayan, yüngül, lakin xarici görünüşünü tez itirən;
– Sarı mis – adi material, baha olmayan saatlarda istifadə olunur. Səliqəli istifadə zamanı 5 il belə xarici görünüşünü itirməməsini təmin edə bilər;
– Paslanmayan polad – ən yayılmış üzlükdür. Qiyməti və keyfiyyəti qane edicidir;
– Titan – az istifadə olunur, lakin poladdan 40% yüngüldür və allerqiya vermir;
– Alüminium – Swatch markasının ən sevimli materialı. Yüngül və uzunömürlüdür;
– Keramika – bahalı materialdır, cızılmır. Ən pis xüsusiyyəti zərbəyə dayanıqlığı yoxdur;
– Qızıl – isveçrəlilərin ən çox istifadə etdiyi material.

Bilərzik seçimi: Bilərzik əsasən üzlüyün materialı ilə eyni olurlar. Lakin rezin, parça və dəri bilərziklər də dəbdədir. Dəri bilərziklər klassikadır, lakin onların istismar müddəti bir neçə ildən artıq olmur (xüsusən su ilə təmas olan zaman).

Şüşə seçimi: Şüşənin qiyməti və keyfiyyəti onun dözümlüyündən asılıdır. Vikkers sərtlik cədvəlinə görə birinci yerdə sapfir şüşələr durur (2200-2500). Mineral şüşələr bir çox istehsalçı tərəfindən istifadə olunur, çox sərtdir və nadir hallarda cıxılır (500-800 Vikkers sərtlik cədvəlinə görə). Şəffaf plastik (500 yaxın Vikkers sərtlik cədvəlinə görə) baha olmayan modellərdə istifadə olunur.

Suya davamlığının seçimi: Beləliklə, markirovkaların mənalarını başa düşün. Water resistant – yağış və su damcıları; Water Resistant 3 ATM və yaxud 30 m – yağış və su damcıları; 50M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş; 100M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş, sualtı üzgüçülük; 200M Water resistant – yağış və su damcıları, üzgüçülük və duş, sualtı üzgüçülük, dayvinq; Diver’s 100m və çox 100 metrlik dərinlikdən daha çox dayvinq üçün istifadə oluna bilər.


Şərhlər: 6
Baxılıb: 477
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
maraqli meumat oldu essen Isvecrenin saatlarini xosluyuram
15 aprel 2016 00:42
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
savior angel
sevgilim saat delisidi 50ye yaxin saati var demek olarki ,
14 aprel 2016 15:34
# 5
I choose to be happy
Marta
Deri bilerzikli saat xoslayiram elesini de hediyye etmisem seve seve taxir. Metal olan yerleri gumusden. Cunki qizil istifade etmir.
14 aprel 2016 13:20
# 4
Немного терпения, и у тебя все получится..
Miss_Oxatan
Menim kocam da saat istifade edir.bir saati var,ikinci istemir.ne vaxt iwlemez alaram deyir.biz umumiyyetle bir birimize bele aksessuarlar hediyye edende xebersiz almariq.birlikde secirik.ikimizinde reyi olsun.surpriz kimi etmirik.
14 aprel 2016 12:30
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
qanadli melek
Cox sagolsun hec vaxt saat taxmir mende bele eziyete duwmurem)
14 aprel 2016 10:17
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Kisilerin sevimli aksesuari. Men sevirem saat bagislamagi. Bu nuanslara da diqqet yetirirem
14 aprel 2016 09:04
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz