Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
20, 30, 40: kişi dəbinin yaş dövrləri
20, 30, 40: kişi dəbinin yaş dövrləri
Göndərən: NoName
Şərhlər: 5
Baxılıb: 454
Səs ver:
Mövsüm başlayır müxtəlif modaçılar yeni dəbdən danışır, hamıya yeni trend geyimlərini məsləhət verirlər. Lakin bəzi dəblər fiks olaraq qalır və yalnız yaş dövrünə uyğun dəyişir.

Beləliklə, əgər sizin 20 yaşınız var…
Bu yaşda kişilər hələ də öz imiclərini müəyyənləşdirə bilməyiblər, amma hamıdan da yaraşıqlı görünmək istəyirlər. Lakin səviyyə görünmək üçün bəzi əşyaları qarderobunuzdan əksik etməyin.

1. Tünd göy klassik dəst paltar (kostyum)… Düzdü bəlkə siz tünd boz və ya qara kostyuma üstünlük verirsiz, lakin biz göy kostyumun üstündə dururuq. Daha yaşlı görünməyə çalışmayın, onsuz da sizin yaşınız üzünüzdə yazılıb. Yaxşı göy kostyum sizin nə qədər gənc və yaraşıqlı olduğunuza işarə edəcək. Kostyum üzərinizdə tam oturmalıdır. Əgər markaya pulunuz çatmırsa, üzərinizə yaxşı oturan olmasına diqqət yetirin. Lazım gəlsə dərziyə müraciət edin.

2. Ağ köynək… Burada əlavə şərhə ehtiyac yoxdur. Köynək daim lazım olan şeydir.

3. Tünd göy cins və tək rəng "t-shirt”lər… Bu yaşda müxtəlif növ cinslərdən istifadə edə bilərsiz. Lakin göy cins və ağ t-shirt sizi yaraşıqlı görkəm bəxş edəcək.

4. Dəri çanta… Bilirik ki, bizim kişilər çanta gəzdirməyi bir o qədər də xoşlamırlar. Lakin əgər siz sənəd işində çalışırsınızsa və üzərinizdə daim çoxlu sənəd olursa, yaxşı olardı ki, dəbli dəri çanta əldə edəsiniz.

5. Tünd qəhvəyi çəkmələr və klassik ayaqqabı… Niyə qara yox? Qəhvəyi rəng daha gec köhnəlməni üzə vurur və üstəlik göy cins və kostyumla uyumludur. Yaxşı olar ki, xəsislik etməyib keyfiyyətli dəri çəkmələr (ayaqqabı) əldə edəsiniz.

6. Dəri kəmər… Burada qiymət yox keyfiyyət rol oynamalıdır. Əsas o dur ki, təbii dəriyə üstünlük verəsiniz. Dəri əvəzləyicilər tez korlanır və hər an sizi yarı yolda qoya bilər.

7. V-vari köynəklər… Buraya yun sviterlərdən tutmuş, mövsümü daha yüngül köynəklər aiddir. Bu tip köynəklər hər kəsə yaraşır. Hətta bir çoxları soyuq havalarda belə onlardan imtina edə bilmirlər.

8. Böyük çanta… Gənc oğlanlar çoxlu səyahət etdikləri üçün onların qarderobunda mütləq dəbli böyük çanta olmalıdır.

9. Krossovka… Bura klassik və ya trend krossovkalar aid edilə bilər. Bizim məsləhət klassik dizayn krossovkalardır. Bu tip krossovkalar istənilən idman geyimi ilə uyğunlaşa bilir.

10. "Militari” gödəkçəsi... Universal gödəkçə daim dəbdədir və hər zaman sizə kömək ola bilər. Bu tip gödəkçələr sizi yaraşıqlı, gənc ruhlu kişi görkəmli edəcək.

Beləliklə, əgər sizin 30 yaşınız varsa…
Artıq 30 yaşınız varsa, başa düşürsünüz ki, cəmiyyətdə tutduğunuz yerdən asılı olmayaraq hər gün cins-köynək-krossovka geyinməyin yeri yoxdu. Bu yaşda kostyumu siz nəin ki, toya və şad günlərdə geyinirsiz, hətta işə hər gün dəst paltarda gedirsiz. Siz daha püxtələnmiş və səviyyəli görünürsünüz. Buna görə qarderobda səhv buraxmaq olmaz.

1. Tünd boz rəngində klassik dəst paltar (kostyum)… Çalışın imkanınıza görə ən yaxşısını tapasınız. İtalyanlar ən dəblisini tikdikləri halda, ingilislər ən dözümlüsünü istehsal edir. Ən ideal variant əlbəttə ki, tanıdığınız dərzidə istədiyiniz parçadan üzərinizə olan tikişdir.

2. Yaxşı çanta… Əgər sənəd işindəsinizsə portfel tipli çantalardan istifadə edin. Çoxlu sənədləri artıq yaşınıza uyğun çantada daşıyın. Yaxşı dəri, minimum işləmə, boyük həcm – sizə lazım olan məhz budur.

3. Bahalı qələm… Bu artıq bir klassikaya çevrilib. Əsasən bu tip qələmləri hədiyyə verirlər, lakin bu yaşınıza qədər bunu sizə edən olmayıbsa, özünüz alın. Bu qələmdən hər gün istifadə etməsəniz də, yaxşı olardı ki, vacib sənədlərə məhz bu tip qələmlə imza atasınız.

4. Bahalı mobil telefon… Düzdü, bəlkə siz telefondan yalnız təyinatına görə istifadə edirsiniz, siz musiqi yükləmirsiniz, kameradan istifadə etmirsiniz və ümumiyyətlə istifadə edə bilmirsiniz. Buna baxmayaraq, sizin mobil telefonunuz sizin statusunuzu əks etdirir, buna ciddi yanaşın.

5. Klassik gün eynəkləri… Ultra dəbli eynəklərdən uzaq olun. Siz paytaxtda yaşayırsınız, ofisdə işləyirsiniz, hərdən trenajor zalına gedirsiniz, qəzet oxuyub çay içirsiniz və bunlar hamısı klassika olduğu üçün eynəkləriniz də klassik olmalıdır.

6. Keyfiyyətli palto… Əgər qarderobunuzda klassik dəst paltarlar çoxdursa, bu zaman palto sizə mütləqdir. Palto seçimi olduqca böyükdür, əsas odur ki, qarderobunuza uyğun olsun bir çox geyimlərinizlə istifadə edə biləsiniz.

7. Çox yaxşı ayaqqabı… Xanımlar ayaqqabı alarkən stress atırsa, siz də sınaya bilərsiniz. Yaxşı ayaqqabı zövqlüyün birinci nümunəsidir. Unutmayın ki, düşmən ilk öncə ayağa baxar.

8. Yaxşı krossovka… Yaşınız 30-u keçibsə və artıq çəkilərinizin ağırlığını hiss edirsinizsə, yaxşı krossovka artıq çəkilərlə mübarizədə sizə kömək olacaq.

9. Saat… Klassik və səviyyəli saat olmasına diqqət yetirin.

10. Smokinq… Smokinq geyinmək səbəbləri bu yaşdan sonra artır. Smokinq əlamətdar günlərdə sizi vəziyyətdən çıxara bilər. Smokinq seçərkən italiya dəbinə üstünlük verin.

Beləliklə, əgər sizin 40 yaşınız varsa…
40 yaşınızda artıq sizin oturmuş imiciniz var, sevdiyiniz və güvəndiyiniz markalar vardır. Lakin elə şeylər var ki, onları unutmaq olmaz.

1. İdman zalına abonentlik… Həftədə 3 dəfə, daimi olaraq, məşqçi nəzarəti altında. Bu bütün bahalı geyimlərdən də üstündür.

2. Ailə yadigarı dəyərində olan saat… Bu saatı bəlkə böyük oğlunuza verəcəksiniz, ya da soyuq əlinizdən tam yad biri olan çıxardacaq. Fərqi yoxdur bu olmalıdır.

3. Yaxşı sviter (yun köynək)… Düzdü siz artıq qeyri-adi yazılı sviterləri geyinə bilmirsiz, lakin bu o demək deyil ki, ancaq kostyumda gəzməlisiz. Özünüzə yaxşı sviter alın.

4. Az dar şalvar… Əgər siz 1-ci maddəyə əməl edirsiniz isə rahatlıqla dar şalvarda gəzə bilərsiz.

5. Düzgün saç düzümü… Artıq 10 il əvvəlki saç düzümünüzdə gəzə bilmərsiniz. Yeni saç düzümünə keçmək lazımdır. Əgər saçınız artıq tökülübsə keçəl edə bilərsiz. Lakin keçəli örtmək üçün saç uzatmaq qəti qadağandır!

6. Klassik kəmər… Kəmər hər zaman qarderobun əvəzolunmaz əşyasıdır.

7. Klassik gün eynəkləri… Əgər dəbli eynəyə üstünlük verirsinizsə bunu xaricdə istirahətdə edə bilərsiz. Gündəlik həyatda klassikadan kənara çıxmayın.

8. Mükəmməl stereosistem… Dəbə nə aidiyyatı var deyirsiz? Yoxdur. Lakin sizin əhval ruhiyyənizə müsbət təsir edir, yaxşı pirotexnika əldə edin, səviyyəli musiqiyə qulaq asın.

9. Bütövlük… Sizin görkəminizin ən vacib olanıdır. Görkəminiz 40 yaşınıza qədər bütövləşməyibsə, bundan sonra heç olmayacaq.

10. Bura artıq sizin qarderobunuzda daim olan əşyanızı əlavə edin… İnanırıq ki, 40 ilə artıq belə əşya yaranmışdır.


Şərhlər: 5
Baxılıb: 454
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
insan yasaina gore giyinmelidirki kenardan gulus hedefine cevrilmesin
19 aprel 2016 01:29
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
bir.g
Sitat: BARBI
Kisi her yasda oz stilini bilmeli ve o minvalla getmekidir.

mencede
17 aprel 2016 11:37
# 4
Nur Melikzade
Men beylerde klassik geyimi cox sevirem. Bu melumatdada 30yaw debini sevdim)
17 aprel 2016 08:58
# 3
İmza
Black_Star
^^Zövq ve yasdan asili olaraq geyinmek lazimdi
17 aprel 2016 08:14
# 2
-Çevrəm çox genişdi đeyenłere səslərinirem:
10dənə 10 manatda 100edir
2dənə 50 manatda 02
BARBI
Kisi her yasda oz stilini bilmeli ve o minvalla getmekidir.
17 aprel 2016 06:25
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz