Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ayaq tərləməsi ilə mübarizə
Ayaq tərləməsi ilə mübarizə
Göndərən: NoName
Şərhlər: 7
Baxılıb: 643
Səs ver:
Ayağınız tərliyir? Ayağınızdan iy gəlir? Qonaqlıqlarda özünüzü narahat hiss edirsiz? Bütün bu narahatçılıqlrı birgə həll etməyə çalışacıq.

İlk öncə ayaqdan niyə iy gəlməsini araşdıraq. Ayaqlarınız daha çox işlək olduqlarından tez tərliyirlər. Beləki, ayağınız tərliyərək ayaq əzələlərini soyutmağa çalışır.

Tər özü özlüyündə 98% sudan ibarət olur və iylənmir. Qalan 2% (duzlar, mikroelementlər, turşular, xolesterin, hormonlar) da iylənmir, iy dəridə olan bakteriyaların təsiri altında əmələ gəlir. Tərliyən ayaqlar mütləq deyil ki, iylənsin. İylənməyə bakteriyalar səbəb olur.

Ən əsas məsələ ayaqlarınızı yuyun. Bunu ən azı gündə bir dəfə etmək lazımdır. Baxmayaraq ki, bütün günü evdə keçirmisən və ev ayaqqabılarında gəzmisən. Ayağı sabunla və təmiz yumaq lazımdır. Əgər çox tərliyirsə bir neçə dəfə xüsusi sabunlarla yumalısınız. Yuduqdan sonra mütləq qurudun, nəmişlik bakteriya mənbəyidir.

Ayaqlarınızı yuduqdan sonra xüsusi krem və spreylərdən istifadə edə bilərsiz. Bu kimi krem və spreylərin daxilində mikroorqanizmlərə qarşı elementlər var ki, iyin qarşısını ala bilir.

Corablarınızı gündə təzələyin. Əgər hesab edirsinizsə bir neçə dəfə dəyişmək lazımdır, kömək edirsə dəyişin. Corablarınızı təmiz pambıqdan olanını alın. Sintetika maksimum 10% təşkil edə bilər, lakin 100% pambıq olsa daha məsləhətdi. Ayaqlarınız pambıq corablarda daha komfortlu olacaq, sintetika ayaqlarınıza nəfəs almağa imkan verməyəcək.

Əgər gündə ayağınızı yuyub, gündə corab dəyişirsinizsə və iy yenə də mövcuddursa, bu zaman ayaqqabılarınıza diqqət yetirin. Ayaqqabı mütləq təmiz dəridən olmalıdır. Üstəlik içinin də dəri olmasına mütləq fikir vermək lazımdır. Dəri olmayan ayaqqabıların çoxluğu göz qabağındadır. Lakin unutmayın ki, belə bir ayaqqabıda ayağınız nəfəs almır, yalnız corabın sayəsində intensiv tərləmə azalır. Əgər ayaqqabınız təmiz dəri deyilsə, ayağınız mütləq iylənəcək və ayaqqabıya hopmuş iyi yox eləmək mümkün deyil. Buna qarşı çoxlu vasitələr olsa da, onlar kömək etmir və dəri ayaqqabı ayaq iylənməsinə qarşı mütləq bir şərtdir.

Ayaqqabılarınızı havalandırın. Bunu əgər iy varsa mütləq şəkildə gündə etmək lazımdır. Evə gəldikdən sonra nəm əski ilə içini silin və kağız vasitəsi ilə qurudun. Ümumiyyətlə çalışın dəyişik ayaqqabınız olsun ki, 2-3 gündən bir dəyişik geyinəsiniz. Bu ayaqqabıya hopan iyin qismən getməsinə kifayət edə bilər.

Ayaq vannası qəbul edin. İlıq suya yarım limon suyunu əlavə edin və ayaqlarınızı 10 dəqiqə ərzində suda saxlayın. Limon suyunu bir neçə xörək qaşığı duz əvəz edə bilər. Vanna qəbul olunduqdan sonra ayaqlarınızı təmiz quruladın. Bu prosedur gündə ən azı iki dəfə edilməlidir.

Əgər çox iy gəlirsə bu göbələyin olmasına işarə ola bilər. Bu zaman həkimə müraciət etməlisiniz.


Şərhlər: 7
Baxılıb: 643
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ayka95
esasen yay aylarinda olur en coxda kisilerde
3 aprel 2016 15:27
# 7
vipbetul
ele prablemim yoxdur
3 aprel 2016 14:39
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Fon şəkil maraqlıdı:))Kişilərin böyük bir qismində olan problemdi,amma indi artıq asand yoluda var spreylərdən istifadə edərək iydən azad olmaq olar.Çox zaman ayaqqabının kefiyyətindəndə aslıdı ,kefiyyətsiz olduqda ayaqlar tərləyir və xoşagəlməz qoxular olur.
3 aprel 2016 12:08
# 5
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
sizin 1205
Nifret edirem ayagim terleyendi.
3 aprel 2016 11:33
# 4
L
Totu
Tewekurler xebere göre
3 aprel 2016 10:56
# 3
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
BARBI
Hazir krem ve spreyler varki ayaq terlemesinin ve qoxunun qarsisini alir. En azi gigiyenaya emel etmek lazimdir
3 aprel 2016 07:38
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Ayaq terlemesinin iy vermesinin qarsisini almaq ucun spreyler kremler satilir bununla bu problemi asanliqla yox etmek olar
3 aprel 2016 07:18
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz