Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişini əldə saxlamaq istəyən qadınlara məsləhət
Kişini əldə saxlamaq istəyən qadınlara məsləhət
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 3246
Səs ver:
Təəssüf ki, ölkəmizdə boşanma nisbəti getdikcə artır. 2015-ci il oktyabr ayının 1-ə qədər olan statistikaya görə, Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 51 min nikah və 9,6 min boşanma halları qeydə alınıb.
Bir-birindən uzaqlaşmış cütlüklər boşanma nöqtəsinə gəlib çatdıqlarını necə olursa anlamırlar. Ancaq bu nöqtəyə gəlmədən problemlər həll edildiyində xilas edilə biləcək ailələr də var.
Unutmayın, qorunmayan evliliklər ya boşanma ilə nəticələnir, ya da içi boş, adi bir kağız üstündə olan evlilik halını alır. Çox zaman evlilik öncəsi diqqət yox olur. Sonra da "Nə oldu bizə? Yadlaşdıq. Artıq səni tanıya bilmirəm” sözləri hakim olur.
Halbuki xəyallar belə deyildi: Evlilik yaşayan bir canlıdır. Necə ki hər canlının ehtiyacları var, evliliyin də ehtiyacları var. Bunları önəmsəməmək bədbəxtliyə səbəb olur.
Məlum məsələdir ki, evliliyin uzunmüddətli olması kişidən daha çox qadından aslıdır. Buna görə də həyat yoldaşını əldə saxlamaq istəyən qadınlar bu məsləhətləri xüsusi diqqətlə oxusalar yaxşı olar.
Sevginizi ifadə edin. Yoldaşınızla bağlı müsbət düşüncələrinizi ona ifadə etməkdən qaçmayın.
Evi cazibə mərkəzinə çevirin. Evi sadəcə yemək yeyilən, divanda oturub televizor izlənən bir məkan görünüşündən çıxarın. Qoy, iki tərəf üçün də evə gəlmək həyəcan yaratsın.
Söhbət edin. Danışmaq bir problemi ifadə etmək, problemləri ortaya qoymaq anlamına gəlir. Ancaq söhbət etmək insanları yaxınlaşdırır.
Bir-birinizə zaman ayırın. Yorğun da olsanız, işiniz çox da olsa, hər gün mütləq bir-birinizə vaxt ayırın.
Duyğularınızı açıq ifadə edin. Qarşı tərəfin davranışından xoşlanmadığınız halda sifət göstərmək, ya əsəbiləşmək yerinə üzüldüyünüzü açıq ifadə edin.
Birlikdə bayırda vaxt keçirin. Arada heç bir ehtiyacınız olmayan günlərdə belə, bayıra çıxıb gəzin.
Cinsi həyata diqqət ayırın. Bir-birinizlə danışın. Cinsi olaraq bir-birinizdən uzaqlaşdığınızı hiss etdiyinizdə bu problemi müzakirə edin. Cinsəlliklə bağlı istəklərinizi açıq dilə gətirin.
Tənqid edərkən həddi saxlayın. Qarşınızdakı yanlış davrandığında ümumi olaraq "sən həmişə beləsən” deyə münasibət bildirməyin, ancaq o davranışına diqqətinizi yönəldin. "Sən həmişə…” ilə başlayan cümlələr heç nəyi həll etmir.
Keçmişdəki mənfi hadisələri həmişə dilə gətirməyin. Keçmişi dəyişdirmək şansımız yoxdur. Bu günü və sabahı düşünün.
Başqalarına danışmayın. Evlilik iki nəfərlikdir. Başqalarına həyat yoldaşından şikayət etmək, qohum-əqrəba və ata-ananı ailə problemlərinə qatmaq işi daha çox çətinləşdirir.


Şərhlər: 6
Baxılıb: 3246
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
mene aid deyil
27 mart 2016 16:52
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Ona görədə evliliyi qurmaq asan məsuliyyətini daşımaqsa çətindir..Və qadından bu durumda çox şey asılıdır...
27 mart 2016 12:06
# 5
Antikvar
İlk növbədə qarşındakına dəyər vermək lazımdı,önəmsəmək lazımdı,özün kimi olmalısan üzünə maska taxmaq çox getməz,bir birilərinin fikirlərinə hörmət etmək ,dinləmək qabiliyyətinə sahib olmalısan,əyər bir kişi danışdığı zaman diqqətli dinləyəni olmursa sonradan o diqqəti başqa yerlərdə axtarmaqda olur.Düzgün qeyd edilib ki,qadının üzərinə düşür belə münasibətləri qoruyub saxlamağı bacarmaq,necə deyirik Qadınlar istəsə hər şeyi edə bilər,bu söz söz olaraq qalmaqdansa çalışıb yerinə yetirməklə ailənin mükəmməliyini qoruyub saxlayaq.
27 mart 2016 11:04
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Tomris Müslümova
Əslində illər keçdikcə münasibətləri yeniləmək lazımdır.Eyni şeylər insanı sıxdığı kimi,münasibətləridə soyudur.Buna görədə arada bir dəyişiklik etmək lazımdır.Bizdə ən çox o əsəidir.Tək uşaqdır deyə ərköyündür amma mənə keçməz o ərköyünlük.Özüdə deyir ki.mən ərköyünəm amma sən mənə kapriz edirsən öz ərköyünlüyüm yadımnan çıxır.Yəni ən çox o yola verir.Mən biraz tərsəm,tez özümnən çıxanam.Onu əldə saxlamağa çalışmıram açığı.Necə varam eləyəm.Dəyişkənliyim bizə müsbətdir))
27 mart 2016 09:57
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
ummuselma
Kişini əldə saxlamaga çalışmıram. Əslində o məni əldə saxlamağa çalışır, göz bəbəyi kimi qoruyur, çünki ovladlarimin Anası, qaynanamgilin Gəlini, və yoldashimin Qadını kimi vezfelerimi layiqince yerinə yetirmeye çalışıram.
27 mart 2016 08:14
# 2
BARBI
Kisini elde saxlamaq cetindir. Hemise diqqet ve qaygi gostermelisen , yoxsa elinden ucar geder
27 mart 2016 06:57
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz