Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi və qadinlarda orqazm
Kişi və qadinlarda orqazm
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3925
Səs ver:
Kişi və qadını bir-birinə ehtiras cəzb edir və əvvəl-axır bu ehtiras güclü şəhvət həyəcanı şəklində özünü ifadə edir. Bu güclü şəhvət həyəcanı «orqazm» adını daşıyır («orqazm» yunan sözü olub, cinsi əlaqə zamanı şəhvət duyğusunun zirvəsini bildirir). Bu cür duyğunu ifadə edən çoxsaylı təmrinlər mövcuddur, bunlardan ən geniş yayılan­ları — «ekstaz» və «affekt»dir. Fransız dilindən tərcümədə ekstaz — cuşa gəlmə; həzzin, ləzzətin affekt halına çatan if­rat dərəcəsidir. Affekt isə latıncadan tərcümədə — «hisslərin çılğıncasına ifadəsi» deməkdir.

Əgər biz orqazm barəsindəki əsas baxışları ümumiləşdirsək, bu barədə belə demək olar: qarşılıqlı yaxınlıq, nəvaziş, sonra isə cinsi əlaqə zamanı cinsiyyət orqanlarının bir-birinə sürtünməsi nəticəsində kişi və qadınlarda xoş hisslər yaranır və bu hisslər getdikcə şiddətlənərək parlaq və kəskin şəkil alır və nəhayət boşalma — orqazm ilə başa çatır.

 Kişilərdə orqazmın necə baş verdiyini qadınların bilməsi vacibdir. Kişilərdə cinsiyyət vəziləri daim spermatozoidlər yetişdirir və bunlar toxum kisəsinə yığılır. Toxum kisələri dolduqda, bu barədə intimual mərkəzə siqnal gön­dərilir. Bu mərkəzin qıcıqlanması davranışa öz təsirini göstərir — kişidə boşalmaq, hasilə gəlmiş toxumlardan azad olmaq istəyi yaranır. Kişilərdə müəyyən fasilələrlə üzə çıxan bu hiss qadınlara, onların fizioloji quruluşu səbəbindən tanış deyildir. Bunu da bilmək lazımdır ki, cinsiyyət orqanlarının oyanıqlığı baxımından kişilərin sinir sistemi qadınlara nisbətən daha həssasdır. Boşalmaq arzusunda olan ki­şi ən müxtəlif qıcıqlandırıcıların təsiri ilə çox tez vəcdə gəlir. Cinsi akt başladıqda, «intim aclığı» çəkən kişinin şəhvət duyğuları qısa müddət ərzində şiddətlənir və orqazmla ba­şa çatır. «intim cəhətdən tox» kişi şəhvət duyğularının artmasını daha sakit və tədricən qavramağa, hətta hansısa mənada bu hisslərə nəzarət etməyə və bunun nəticəsində cinsi əlaqəni uzatmağa qabil olur.

Cinsi əlaqə zamanı həzz hissini keçirən əsas orqan fallos, daha doğrusu, onun başcığıdır. Xoş hisslər məhz tənasül alətinin başcığında başlayır və güclənir, sonra bu həzz hissi onun cismini, orqazm zamanı isə bütün orqaniz­mini bürüyür. Belə vaxtda kişi inildəməyə, fısıltı ilə nəfəs almağa başlayır, pıçıltıyla və ya ucadan təşəkkür sözlərini söyləyir. və ya minnətdarlığını ifadə etməli olan qəribə səslər çıxarır.Bax: normal cinsi əlaqə

Orqazm şəklində boşalma baş verdikdən sonra kişinin cinsi şövqü sönməyə başlayır. Müxtəlif kişilərdə cinsi istəyin bərpası müxtəlif şəkildə və yaşdan, fərdi xüsusiyyətlərdən, şəraitdən və əlbəttə ki, qadından asılı olur.

Kişinin isə qadın orqazmı və onun xüsusiyyətləri haqqında az-çox dolğun təsəvvürü olmalıdır. Vəcdəgəlmə zamanı insanda oksitosin hormonu yaranır, bu maddə orqazma nail olmaq üçün lazımdır və o, qadınlarda qat-qat çoxdur. Buna görə qadınlarda orqazm daha gur keçir. Lakin qadın kişiyə nisbətən gec vəcdə gəlir. Bunun da nəticəsində, qadın orqazm həddinə gəlib çatana qədər, kişi artıq cinsi aktı qurtarmağa macal tapir. Buna görə cinsi aktı bu xüsusiyyətləri nəzərə almaqla qurmaq lazımdır, o zaman tam bir harmoniya və qarşılıqlı təminat olar.

Lakin onu da nəzərə almaq lazımdır ki, qadın nəvazişlərə daha həssas olduğundan, ehtiraslı öpüşlər, döşlərə yaxud yanbızlara sığal çəkilməsi, hətta qulağa pıçıldanan ehtiraslı sözlər və s. nəticəsində də onda orqazm baş verə bilər.Ona görə də öpüşməyə ciddi fikir vermək lazımdır.

Qadınlarda ən geniş yayılmış orqazm — klitoral orqazmdır. O, əsasən klitorun qıcıqlanması sayəsində yaranır.

Sonra yayılma dərəcəsinə görə vaginal orqazm gəlir. O, fallosun uşaqlıq yolunun aşağı hissəsinə, konstriktor adlanan əzələyə təzyiqi nəticəsində yaranır.

Bir də uşaqlıq orqazmı mövcuddur ki, o da uşaqlığın boynunun qıcıqlanması nəticəsində əmələ gəlir.

Zahirən qadınlarda orqazm kişilərdəki kimi yeknəsəq keçmir. Fərdi xüsusiyyətlərdən, yaşdan, orqazmın bu və ya digər növündən asılı olaraq reaksiyalar müxtəlif ola bilər. Qadınlar inildəyə, gülə, ağlaya, dişləyə, qışqıra, başını itirə bilər.

Qadınlarda orqazm qalxanvari, sürəkli (hətta bir neçə dəqiqə çəkə bilər), dalğavarı (uzun müddət ərzində), təkrarlı (qadının oyanıqlıq dərəcəsindən, cinsi əlaqənin davamiyyətindən asılı olaraq bir cinsi akt ərzində orqazm 4-5 dəfə və daha çox) ola bilər. Özü də ikinci və üçüncü orqazmlar birinciyə nisbətən daha güclü və ləzzətlidir. Müasir intimoloqlar belə hesab edirlər ki, bütün qadınlar çoxsaylı orqazma qabildir, lakin əsl həqiqətdə onların yalnız 30 faizi bu təkrarsız duyğunu keçirə bilirlər.

Sürəkli (uzun sürən) orqazma aid misal:

«Mənim arvadım yataqda həmişə orqazm keçirən çox vaxt qısa müddət ərzində 6-7 dəfə „boşalır". Bir ay bundan əvvəl belə bir hadisə baş verdi. Bir həftəlik nəfs saxlamadan sonra axşam о, bərk vəcdə gəlmişdi. Biz уataqda sevgiylə həmişəkindən çox məşğul olduq və arvadım birdən-birə sanki „quduzlaşdı". Gözləri hədəqədən çıxmışdı, vəhşi kimi nərildəyir, dişlərini bir-birinə sürtürdü. Sonra о məni vurmağa, var gücüylə dişləməyə başladı. Mən zəif adam deyiləm, bununla belə onu bütün bədənimlə yatağa sıxaraq güclə saxlayırdım. Təxminən üç dəqiqədən sonra о, sakitləşdi, ancaq heç nə yadında deyildi. Mən ondan soruşdum ki, axı nə olmuşdu, o də ki, heç nə yadında deyil, bircə o yadındadı ki, sonsuz, fasiləsiz orqazm keçirirdim, əlim, yaxud ayağım ilə istənilən hərəkət təkrarsız bir həzz hissi bəxş edirdi».

 Bəzi qadınlar orqazmın ən ali nöqtəsində olarkən,buna müxtəlif cür, o cümlədən müxtəlif maye axıntıları ilə reaksiya verirlər. Müəyyən olunub ki, qadın orqazmı zamanı müşahidə edilən üç növ maye var. Birinci maye cinsi oyanma zamanı əmələ gələn «sürtgü yağıdır»; ikinci növ «maye» adi orqazm zamanı ifraz edilən mayedir; üçüncü növ «maye» — qadın regenerativ mayesidir (kişi sperması ki regenerativ maye də kişi və qadınların sağlamlığı üçün çox faydalıdır). Qadınların böyük əksəriyyətinin heç vaxt ifraz etmədiyi bu maye «G» – ləkəsindən törəyir. İndi isə qadın orqazmı ilə bağlı problemləri qısaca da olsa nəzərdən keçirək.

Əsas problemlərdən biri ondan ibarətdir ki, cinsi aktın davamiyyəti (müddəti) qadında hətta bir orqazm üçün də kifayət etmir. Özü də bu problem ilk növbədə kişi ilə bağlıdır. O, gərək öz gücünü elə hesablasın ki, onun orqazmı qadın orqazmı ilə üst-üstə düşsün. Bunun üçün qadınla müvafiq «iş» aparmaq, yəni ona nəvaziş (bu söz geniş mə­nada başa düşülməlidir) göstərərək, ən oyanıqlı erogen zonaları stimullaşdırmaq, «canlandırmaq» lazımdır. Qadın da öz növbəsində, masturbasiya zamanı əldə olunmuş təcrü­bədən istifadə edərək, kişini başa salmalıdır ki, hansı «nöqtənin» stimullaşdırılması ona daha çox həzz verə bilər.

Yalnız qadın fallosun onun daxilinə yeridilməsini tələb etdikdən, yaxud hansısa vasitə ilə kişiyə intimə artıq hazır olduğunu işarə verdikdən sonra cinsi akta başlamaq olar. Cinsi əlaqəyə tələsmədən və bu zaman tam vəcdə gəlmədən başlamaq lazımdır. Əgər şəhvət hissi surətlə güclənməyə başlasa, fallosun hərəkətini ləngidin, yaxud dayandırın: Hətta onu çıxara da bilərsiz. Sakitləşəndən sonra öz işinizə davam edin. Bu məqsəd üçün kişi üçün əlverişsiz olan pozalardan da istifadə oluna bilər. Belə ki, narahat poza kişini istər-istəməz şəhvət hissindən yayındırır və bu cinsi aktı uzatmağa imkan verir. Qadın kifayət qədər vəcdə gəldikdən və ya orqazm keçirdikdən sonra kişi daha əlverişli pozaya keçib, öz kişilik «qüdrətini» bütün dolğunluğu ilə nümayiş etdirə bilər.

«Seriyalı» orqazma nail olmaq üçün qadın fəal olmalı, kişini öyrədib istiqamətləndirməli, onun ehtirasını bacarıqla tənzim etməlidir.

Nəhayət, bunu da deyək ki, xüsusi məşqin köməyilə orqazm zamanı yığılıb açılmaq qabiliyyətinə malik əzələləri möhkəmlətmək mümkündür. Bu, qadın hissiyatı və hassaslığını artırmağa, şəhvət hissinin daha tez oyanmasına imkan verir.

Bunun üçün siz ilk növbədə, sidik ifrazatı zamanı gərilən və boşalan əzələni müəyyən edin. Həmin əzələni tanıdıqdan sonra gündə 25 dəfə onu sürətlə gərildib boşaltmağı öyrənin. Əzələni gərildin və üç saniyə bu vəziyyəti saxlayın, sonra boş buraxın. Artıq 1-2 həftədən sonra məşqin faydasını aydın hiss edəcəksiniz.

Mənbə Gennadiy Malaxov Qadın sirləri,kişi problemləri kitabından


Şərhlər:
Baxılıb: 3925
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz