Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdeal kişiləri ayırd etmək üçün ipucları
İdeal kişiləri ayırd etmək üçün ipucları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1330
Səs ver:
Ciddi bir əlaqə yaşamağa qərar verdiyiniz kişinin sizin üçün ideal olub olmadığını anlamaq heç də çətin deyil.

Bütün qadınlar birlikdə olduqları hər kişinin "ağ atlı şahzadə"ləri olmadığını bilər.
Yaxşı, qadınlar birlikdə olduqda əzab çəkəcəyi bəzi kişilərin maraq sahəsinə girdiyini bilə bilərmi?

Salon kişiləri: Bir itə baxmağın çox məsuliyyət tələb etdiyini düşündüyü üçün evində it bəsləməz. Sizə "Leydim" ya da "Mənim bir dənə leydim" deyə xitab edər. Qucağına salfetini qoymadan yeməyə başlamaz. "Ləzzətli" sözünü, bir yeməyi təsvir etmək üçün deyil, bir insanı izah etmək üçün istifadə edər. Dar şalvarlar geyər. Şam işığında yemək yeməyi sevər və sahildə gəzər.

Anasına nifrət edər, eyni zamanda anasına aşiqdir. "Dar şalvar geyməsində nə pis cəhət var?" deyə bilərsiniz, lakin bir itin məsuliyyətini almqdan qorxan bir adam ən pis gününüzdə siz yağışda islanarkən çətirini açacaq və çıxıb gedəcək.

Cüt kariyeralı kişilər: Ona işini soruşanda sizə musiqiçi, tərcüməçi ya da boya-heykəltəraş kimi iki kariyerası olduğunu söyləyən kişilərdən uzaq durun. Musiqiçi bir sevgili 20 yaşlarında cazibədar ola bilər lakin 40 yaşlarda əlində gitarasıyla ortada gəzib əslində tərcüməçilik etdiyini söyləyən bir kişi çox da gələcək vəd edən biri kimi görünmür, elə deyilmi?

"İntibah" kişisi: Bir mövzuda nə qədər məlumatlı olsanız da, bir İntibah kişisi hər vaxt sizdən daha çox şey bildiyini iddia edəcək. Ona hər şeyi bildiyi halda niyə pul qazana bilmədiyini soruşanda, sizə bunun öz səhvi deyil, sistemin səhvi olduğunu söyləyəcək.

Spirtli kişilər: Spirtli bir kişi pis bir kişi deyil. Hətta əksinə içməyə başlayanda digər kişilərdən daha həssas və romantik ola bilər. Lakin başqa biriylə əlaqəyə girdikdən sonra sizə heç bir şey xatırlamadığını söyləyən, sizi o gün axtarıb axtarmadığını bilməyən bir kişi yoldaşla xoşbəxt ola biləcəksinizmi?

Darıxdırıcı kişilər və evli kişilər: Heyvanlara nifrət edir. İdman etmir. Əgər bu xüsusiyyətlərə sahib bir kişilə qarşılaşdınızsa, dərhal bir təyyarə bileti alıb uzaq bir ölkəyə gedin! "Bir qatildən belə darıxdırıcı" kateqoriyasına girən bu tərz adamlardan uzaq durun. Evli də olsanız subay da, evli bir kişi ilə əlaqə yaşamaq hər vaxt səhvdir. Niyə?

- Sizinlə birlikdə olaraq arvadını aldadır. Deməli, sabah bir gün sizi də aldada bilər.
- Etik baxımdan səhvləri olan bir adam və böyük bir yalançıdır.
- O qadınla həqiqətən niyə evləndiyini sizə əsla açıqlamayacaq. Əslində cavab çox sadə deyil? Çünki onunla evlənmək istədi və evləndi.


Şərhlər:
Baxılıb: 1330
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz