Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri əldə saxlaya bilərsiniz, bunları oxusanız...
Kişiləri əldə saxlaya bilərsiniz, bunları oxusanız...
Göndərən: Tomris Müslümova
Şərhlər: 3
Baxılıb: 1471
Səs ver:
Bərabərliklərdə iplər qadının əlində...
Hər şeyi dönüb dolaşıb kişilərə bağlamaq yerinə, artıq dönüb özümüzə baxmanın zamanı gəldi.Əslinə təbiətin də hər şey qadınların əlində olduğu haqda işarətləri var.Yetər ki ,özünüzü tanıyın.
 
Biz qadınların ən fundamental problemi nədir?
Müasirləşmə müddəti içərisində qadın və kişi arasındakı cinsi ayrı-seçkilikçilik hər nə qədər tarazlığa doğru gedirsə, qadının ictimai həyata, iş həyatına aktiv iştirakıyla fərdi inkişafı ilə ailənin xaricindəki dünyanı qavrayışı artır və kişi suveren olan sahələrdə qadınların suverenliyi artırsa da problem davam edir. Mədəni olaraq yaradılışdan etibarən qadın cinsi hissləri davamlı basdırıldığından, kişinin cinsi istəyi davamlı yüksəldildiyindən böyük bir asimilasyon yaşanır və nə qadın nə də kişi bunu heç cür aşa bilmir. Əlaqələrin qeyri sabitliyində ən fundamental səbəb budur…
 
Evliliyin insan təbiətinə zidd olduğu doğrumu?
Buna əsla inanmıram. Evlilik deyilən şey hüquqi mexanizm deyil. Hüququmuz  olsun deyəmi imza atırıq? Hüquq ancaq boşanarkən ağılımıza gəlir. Biz gözəl xəyallarla, həyat çətinliklərinə qarşı həmrəylik üçün evlənirik. Ancaq çox ekoloji olan bir şeyə xəyanət etdiyimiz üçün evliliklər yıxılır.

Qadınlar kişilərlə qeyri- sabit əlaqələri hansı yaşlardan etibarən yaşamağa başlayır?
18-24 yaş arasındakı qızlar bunları hələ fərq etmir. Onların arxasınca hər yaşda kişi qaçır və əgər çox mühafizəkar bir ailədə yetişmirlərsə bu ayrı-seçkiliyin fərqinə varmırlar. Ortalama 25 yaşlarında evlənilir (hər nə qədər dünyada uşaq gəlinlər sıralamasında ilk sıralarda iştirak etsək  alimlər 25 yaşından əvvəl evlənmənin sağlam olmadığını düşünür) və cinsi həyat də evlənmə ilə birlikdə başlayır. Ancaq indiki vaxtda hər iki evlilikdən biri ilk beş il içində boşanmayla nəticələnir. Bir ömr boyu birlikdə olmaq üçün deyil, azad olmaq üçün evlənən qadın bu yükü üzərindən atır.
 
Xoşbəxt qadın olmaq üçün nə etməliyik?
Qadın özünə xəyanət etməsin yetər. Bunun üçün də əvvəlcə bir əlaqədən nələr gözlədiyini özünə soruşması lazımdır; "Bu əlaqəyə niyə ehtiyacın var, ona bir daha bax. Sən yaşadıqlarından, paylaşmalardan məmnun olmaq istəyirsən; təhqir edilmək, basdırılmaq, yox sayılmaq, şiddətə, tacize uğramaq deyil… İşləyirsən, pul qazanırsan, bir çox sahədə kişilərdən daha çox pul qazanırsan, o halda heç kimə ehtiyacın yox." Ancaq azad olmağın əvəzinin təklik olduğunu da unutmamaq lazımdır.
 
Qadınlar təklikdənmi qorxur?
Nəticədə bir kişinin də bir qadına ehtiyacı var. Bu səbəbdən bir qadının gözəl bir əlaqə qura bilmək üçün əvvəl öz mənlik şüuruna sahib olması sonra da həyatı paylaşacağı kişini, özünü anlaması mövzusunda dəstəkləməsi lazımdır. Çünki bir kişi bir qadını, qadın izah etmədiyi müddətcə əsla anlamayacaq. Freud, "İnsanı anladım amma qadını anlaya bilmədim" deyir. Biz özümüz belə anlaya bilmirik çünki insanlığın soyunu davam etdirən qadının fərqli və kompleks bir quruluşu var, romantik zəkası isə kişiyə görə çox inkişaf etmiş vəziyyətdədir. Bunun fərqində olmamız lazımdır. Bunu bilmədiyimiz anda özümüzə xəyanət başlayır .
 
Özümüzə necə xəyanət edirik?
Özümüzü rədd edirik. Duyğularımızı, varlıq səbəbimizi rədd edirik. İctimai mexanizmdəki funksiyamızı rədd edirik. Qadınsız bir dünya cəhənnəm olar. Nə uşaq böyüyər nə də kişilər kişi olar. Dünyada qadın olmasaydı nə olardı bir düşünün. Qadının cəmiyyətin içində, insanlıq tarixi içində öz funksiyasını həmişə xatırlaması və bilməsi lazımdır.

Evlənmək istəyən tərəf həqiqətən həmişə qadınlarmı
Bu ifadə kişinin maraqlarına uyğun gəlir. Heç bir adamla evlənməyin baxaq nə olacaq? 30 il əvvəl adamlar qızların arxasından necə qaçardı? Necə məktəblərin universitetlərin qapı önlərində gözləyərdilər deyilmi? Və indi necə laqeyddirlər… Bu necəmi oldu? Qadının özünə xəyanət etməsi ilə oldu.  Öz qiymətini,dəyərini itirməsi ilə oldu...
 
Biz qadınların yeganə bir çıxış yolu Ekalogiyamıza dönməkdir...

Ekologiyanıza dönməniz üçün 5 təklif...Tezliklə...


Şərhlər: 3
Baxılıb: 1471
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
zezema
Azadligin - evezi tenhaliqdir. burdada yazildigi kimi, yeterince pul qazanmisham kishilerdende artiq, yeterince azad, serbest olmusham - amma tenhaliqdan cox sixilmisham. tek elden ses cixmaz...
11 mart 2016 19:30
# 3
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
oxumadim maraqsiz movzu
11 mart 2016 16:11
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Her kisini elde saxlamaq olmur. Xarakterden asilidir. Kisini elde saxlamaq ucun ona sevgini vermelisen.
11 mart 2016 09:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz