Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə ağıllı qadınları sevmir?
Kişilər niyə ağıllı qadınları sevmir?
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 589
Səs ver:
Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkindiklərini, qorxduqlarını deyirlər. Gündəlik həyatda müşahidə etdiklərimiz də bu faktı təsdiqləyir.
 
Bəs görəsən, bunun səbəbi nədir? Niyə zəkalı xanımlar kişiləri vahiməyə salır?
 
Psixoloqlar kişilərin ağıllı qadınlardan çəkinmələrinin 4 əsas səbəbi olduğunu vurğulayırlar:
 
Özlərini üstün görmək istəyirlər
Neçə yaşında olmasından asılı olmayaraq, kişilərin çoxunu məntiq yox, eqo hissi idarə edir. Ona görə də kişilər gündəlik həyatda, işdə, ictimai yerlərdə özlərindən ağıllı, dərrakəli birini görəndə qıcıqlanmağa başlayırlar. Onlar rəqib xoşlamırlar. Hələ bu rəqib qarşı cinsdən olarsa, ümumiyyətlə, özlərindən çıxırlar. Kişilərin böyük bir qismi ağıllı qadınla birlikdə olmaqdansa, onların ağlını, zəkasını öyən, onlara dahi gözü ilə baxan saf qadınlarla münasibət qurmağa üstünlük verirlər.
 
İdarə etmək həvəsi
Ağıllı qadın münasibətdə bütün idarəni kişinin öhdəsinə buraxmır. Qərarların hər iki tərəfin iştirakı ilə verilməsini tələb edirlər. Ancaq kişilər narahatçılığı heç xoşlamırlar. Onlar özlərinə sərf edən qərarları verir, həmişə idarə etmək istəyirlər. Elə götürək avtomobili. Kişilərin öz avtomobilinə necə bağlandıqlarını, onu necə sevdiklərini bilməyən yoxdur. Psixoloqlar bunu da kişinin idarə etmək həvəsi ilə əlaqələndirirlər. Çünki avtomobil danışmır, fikir bildirmir, kişi sükanı hansı tərəfə çevirərsə, oraya gedir. Ağıllı qadını isə idarə etmək çətindir.
Dava-dalaş
 
Qadınla kişi arasında, əsasən, kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırarkən söz-söhbət yaranır. Kişilər özlərini üstün cins hesab etdiklərindən hər dava-dalaşda haqlı tərəf olduqlarını sanırlar. Qarşılarındakı ağıllı qadın olanda isə məntiqli suallara cavab tapa bilməyib geri çəkilməli olurlar. Bu isə onların eqosunu zədələyir.
 
Daim nəzarətdə
Ağıllı qadınla birlikdə olan kişi hər addımına diqqət etməli olur. Belə qadına yalan danışmaq, onu yola vermək mümkün deyil. Ağıllı həyat yoldaşına xəyanət etməyə hansı kişinin cürəti çatar? Hansı kişi etdiyi xəyanəti ağıllı qadından gizlədə bilər? Hər halda həyatı boyu əldə etdiklərini itirmək istəməz. Çünki öz haqqlarından xəbərsiz qadınların əksinə, ağıllı qadılar olduqca təhlükəlidirlər.


Şərhlər: 9
Baxılıb: 589
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Svetoklana
Adamına gore deyişir)).Agilli kişi tebii ki agilli qadin ister ki,cemiyyet içinde onu utandirmasin,fikirləri düzgün olsun ve s.Agilsiz kişininse,agilli qadin arzuladigini zenn etmirem)).Çünki,agilsiz kişiler üçün agilli qadin olduqca tehlükelidir.Qısacası,agilsiz kişi agillli qadindan fürset tapdiqca qaçacaqdır).
12 mart 2016 15:35
# 9
Göz yaşlarının belə bir vəzifəsi var imiş,ardından gələcək təbəssüm üçün təmizlik edərmiş...
tenha cicek
bos seydir ta da kisiler agilli qadinlari sevirler o birilerini ise firladirlar
11 mart 2016 12:57
# 8
Bir heyatim var adi ''MEN'' menasi ''SEN''
neri
men cutluyde qadin kisi ayrmiram eger sevirense biz olmaliyig sen ve men yox olmamalidi..seven idare etmek istemez axisina biraxsin cunki ilsijide sixilma olmaz..yoldasim meni hecvaxt hecbirseycun sixmayib.bu o demek deyilki meni cox istemir yoo eksine cox istediyuucun sixmir...
10 mart 2016 18:04
# 7
Sert
zezema
beli, agilli qadini Yola Vermek olmur.
10 mart 2016 15:36
# 6
Bir hissimi itirmishem - TEECCUBLENMEK
vipbetul
qadinlari ozlerinden asli veziyyetde saxlamaq ucun
10 mart 2016 14:11
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Agilli qadin kisiler ucun her zaman tehlukedir. Onlari aldatmaq ve yalan demek mumkun deyil. Ister agilli ister agilsiz qadin kisinin menfi xususiyyetlerini gorer sadece buruze vermez
10 mart 2016 09:48
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Düşünmürəm ki, bu fikir bütün kişilərə məxsus olsun . Çünki dünya görüşü yerində olan , səviyyəli birisi heç vaxt istəməz ki, qadını ağılsız olsun və onu utandırsın cəmiyyət içərsində )) əksinə onun müsbət keyfiyyətlərinin olmasını ona uyğun şəkildə istər.. Odur ki, ağılsız insanlar daima ağıllı qadını istəməz çünki onlara görə ağıllı qadın təhlükədir))) Qısası sərf etmir...
10 mart 2016 08:27
# 3
Fi-Ra
Düzdü razıyam mən yazılanlarla
10 mart 2016 08:27
# 2
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Vuska87
Duzdu kiwilere agilli qadin serf elemir.onlara dunyadan xebersiz ne desen inanan ne emr elese sorgu-sualsiz baw uste deyen,doyse de soyse de cavab qaytarmayan qadin lazimdi.
10 mart 2016 08:21
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz