Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər əslində bizə nə söyləmək istəyir?
Kişilər əslində bizə nə söyləmək istəyir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 902
Səs ver:
"Sənə zəng edəcəyəm”
Əslində demək istədiyi: "Sənə zəng edə bilərəm”.
Kişilərin tez-tez müraciət etdikləri yalanlardan biridir. Əgər sizi axtarmayacaqsa bunu açıqca söyləyərək sizi qırmaq istəmədiyindəndir. Xanımlar, elə isə telefon başında daha çox gözləməyi buraxın və həyatınızı yaşayın!
"Axtaracağam” dedikdən sonrakı bir neçə gün içində telefonunuz zəng çalmırsa, gözlədiyiniz zəng heç bir zaman reallaşmayacaq deməkdir.
 
"Sevişmək istədiyimdən deyil, burada birlikdə bir az uzanaq istəyirəm”
Əslində söyləmək istədiyi: "Səninlə sevişmək istəməsəm onsuz da burda olmazdım. Niyyətim, birlikdə uzanaraq, seksi başlatmaq üçün bir şans yaratmaqdır”.
Birlikdə eyni yatağa uzandığı qadınla seks etmək hansı kişinin ağılından keçməz ki! Bu çox istəksiz göründüyünüz zamanlarda sizi seksə məcbur etmək yerinə, daha istəkli olmanız üçün işi asanlaşdıracaq bir üsuldur. Bir kişi sizə belə söyləyirsə, izləyin və görün: Qırmızı işıqlarınız yaşıla döndüyündə fürsəti qaçırmayacaq və "matçı”dərhal başladacaq.
 
"Bu indiyə qədər yaşadığıç ən gözəl seks idi”
Əslində demək istədiyi: "Yaxşı sevişmə idi”.
Bu ilk sevişməsi deyilsə, ya da yaddaşın çox gözəl olsa da, bir kişi heç bir zaman indiyə qədər yaşadığı sevişmələrin detallarını xatırlaya bilməz. Amma bu yalanı bir kompliment olaraq qəbul edə bilərsiniz.
Bu bir sonrakı sevişməyə sizi təşviq etmək üçün seçilmiş yoldur.
 
"Evli deyiləm”
Əslində söyləmək istədiyi: "Evliyəm amma özümü arvadıma həsr etmiş vəziyyətdə deyiləm”
Bir çox kişi kağız üzərində evliykən subaymış kimi davranmaqdan və subay həyatı yaşamaqdan zövq alır. Bəli, bəzən həqiqətən də evliliyi sevgi dolu deyil, bəlkə də bitmə nöqtəsindədir. Amma evdə onu gözləyən və ona bağlı olan arvadı olan kişilər də, çox təəssüf ki, macəraya atılmaqdan çəkinməyə bilirlər. Bu vəziyyətdə inanmanız lazım olan, instinktlərinizdir. Əgər instinktləriniz sizə onun evli ola biləcəyini söyləyirsə, ondan uzaqlaşın.
 
"Problem sən deyilsən, mənəm”
Əslində söyləmək istədiyi: "Problem tamamilə sənsən, amma bunu söyləyə bilmirəm”
Bir kişinin ən böyük kabusu bir qadından ayrılmaqdır. Buna görə kişilər qadınları gözyaşı altında saxlayacaq sözləri söyləməkdən çəkinirlər.
Bu sözün başqa bir versiyası, "Mənim üçün sən çox yaxşısan” ya da "Mən sənə layiq deyiləm”dir.
 
"Bunu daha əvvəl heç kimə demədim”
Əslində demək istədiyi: "Bunu sənə daha əvvəl heç deməmişəm”.
Bir kişi üçün etiraf etmək çox adi bir şey deyil. Bu, hər kəs tərəfindən bilinən bir gerçək olduğuna görə bir qadına, yalnız "ona” açıqlayırmış təəssüratı vermək, qadının ürəyini qazanmanın ən sürətli yoludur. Bu şərh qadına "seçilmiş” tək adam, ən "xüsusi” qadın olduğu hissini verir. Xanımlar, buna diqqət edin! Bu yalana aldanmanız bir kişinin ovucunun içinə düşməniz deməkdir.
 
"Ailəni sevirəm”
Əslində söyləmək istədiyi: "Onların öhdəsindən gələ bilərəm”
Ağıllı bir kişi, ana və atasıyla yaxşı əlaqəsi olan bir qadınla birlikdəykən ailəsi haqqında nələr söyləməsi lazım olduğu barəsində iki dəfə düşünər. Çünki ailəsinə bağlı olan bir qadının ürəyini fəth etmək üçün yaxşı bir üsuldur. "Atasının qızı” ya da "anasının bir dənəciyi” üçün edilə biləcək ən yaxşı kompliment, nə qədər gözəl bir ailəyə sahib olduğunu söyləməkdir. Reallığda elə düşünməsə də… Bu, bir-birinə bağlı bir ailənin öhdəsindən gəlməyin və ailəyə qəbul edilmənin ən ağıllı yoludur.
 
"Xeyr, o qadınla heç bir zaman əlaqəm olmayıb”
Əslində söyləmək istədiyi: "Bəli, onunla münasibətim olub amma bunu sənə söyləsəm dəliyə dönərsən”
Kişilərin əvvəlki münasibətləri haqqında məlumat vermək istəmədiklərində, tez-tez müraciət etdikləri bir yalandır bu. Çünki arxasından gələcək qaçınılmaz suallarla üzləşməkdən qorxarlar. Nələrdir o suallar desəniz, nümunə verək: Yataqda məndən daha mı yaxşı idi? Məndən daha mı gözəldi? Bəzən onu düşünürsən mi? Ona qarşı hələ bir şeylər hiss edirsən mi? Ayrıldıqdan sonra heç görüşdünüz mü? Ayrılmağı sən istədin, yoxsa o? Niyə ayrıldınız?…


Şərhlər:
Baxılıb: 902
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz