Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişinin sədaqəti onun intellektindən asılıdır
Kişinin sədaqəti onun intellektindən asılıdır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 564
Səs ver:
Müasir dünyada poliqamiya – olduqca yayılmış bir hadisədir. Hərçənd ki, o artıq zəif cinsin nümayəndələrini də cəlb etməyə başlayıb, bu məsələdə liderlik mövqeyi kişilərdə qalır. Hesab edilir ki, kişilərin sədaqəti ailədə qadının davranışından çox asılıdır. Onun hər "kənara getmək” cəhdi yoldaşının xoşagəlməz davranışı və ya ailə münasibətlərində seksual narazılıq ilə izah olunur.
 
Lakin London İqtisad institutunun mütəxəssisləri bu stereotipi təkzib etdilər. Onlar kişinin intellektual səviyyəsinin və onun xəyanətə meylinin arasında əlaqə qurduqları tədqiqat keçirdilər. Tədqiqatın nəticəsində aydınlaşdı ki, ağıllı kişilər öz xanımlarına daha nadir hallarda xəyanət edirlər.
Bəs bu qanunauyğunluq nə ilə şərtləşir? Britaniya alimləri iddia edirlər ki, yüksək səviyyəli intellektə sahib olan kişilər kənarda məşuqə saxlamaz, çünki sosial planda monoqamiya partnyorlar arasında ən təhlükəsiz münasibət variantıdır. Lakin bu faktı yalnız kişilərin ağıllı nümayəndələri dərk edə bilir.
Əgər təkamülün tarixini təqib etsək, bu zaman kişi poliqamiyasının tədricən monoqamla sıxışdırılıb çıxarılmasını qeyd etmək olar. Bir qadınla seksual münasibətlər cinsi davranışın ən yaxşı və optimal modeli hesab edilir. Onlar kişini daim yeni partnyor axtarışından azad edirlər, stressin, həyəcanın səviyyəsini azaldırlar və sinir sistemini yaxşı vəziyyətdə saxlamağa kömək edirlər.
 
Monoqamiya – seksual münasibətlərin daha yüksək səviyyəsidir.
Amerika psixoloqu Maykl Daymondun kişinin sədaqətinin nədən asılı olmasına dair şəxsi fikiri var. O güman edir ki, kişi monoqamiya və ya poliqamiyası uşaqlıqdan formalaşmağa başlayır. Hər şey gənc oğlan uşağının müşahidə etdiyi ailə münasibətlərinin modelindən asılıdır. Əgər onun atası yoldaşına qarşı sədaqətli olmayıbsa, bu zaman onun oğlu da çətin ki, böyüdükdə özü üçün monoqam prinsiplərini qəbul etsin. Əgər ailə münasibətlərində atanın anaya qarşı sədaqəti sevgisi hökm sürürsə, bu zaman gələcəkdə oğul bu prinsipləri öz ailə həyatında da qəbul etməyə çalışacaq.
Britaniya alimləri həm də valideynləri dayələrin xidmətlərindən çox istifadə etməməyi tövsiyə edirlər. Əgər uşaq vaxtı oğlan uşağı anasından çox dayə tərəfindən diqqətə layiq görülürsə, bu zaman onda böyüdükdə özünə məşuqə əldə etmək arzusu yaranacaq. Hər şey ondan asılıdır ki, onda uşaqlıqda şüur altı səviyyədə rəsmi ailə münasibətlərindən başqa kənarda da xoş hisslərin mövcud olması fikri formalaşır.
Bir xanıma sədaqətli olmaq yalnız dəbdə olan bir tendensiya deyil, bu həm də çox faydalıdır. Florensiya universitetinin alimləri təsdiq etdilər ki, ər-arvad sədaqəti kişinin və qadının uzun ömür yaşamasına səbəb olur.


Şərhlər:
Baxılıb: 564
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz