Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər qadınlardan nə gözləyir?
Kişilər qadınlardan nə gözləyir?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1398
Səs ver:
Gözləntilərin ən yaxşı şəkildə qarşılanması, evliliklərin daha möhkəm əsaslı olmasını təmin edəcək.
Sevgi və hörmət xaricində, yoldaşların qarşılıqlı olaraq gözləntilələri və istəklərinin qarşılanması, möhkəm əsaslı bir evliliyin ən əhəmiyyətli şərtlərindəndir. Təbii ki bu istəklər adamdan adama görə dəyişir. Bir evlilikdə romantik istəklər, sevmə və sevilmə, aid olma, özünü etibarda hiss etmə və hegemonluqkən, bu romantik istəklər xaricində, kişilərin yoldaşlarından gözləmələri və istəkləri əslində çox da fərqli deyil.
 
Kişilər qadınlardan nə gözləyir?
 
Yoldaşınızı dəstəkləyin
Bütün kişilər üçün, yoldaşlarını qorumaq və ehtiyaclarını ən yaxşı şəkildə qarşılamaq çox əhəmiyyətlidir. Buna görə, yoldaşınıza, sizin ehtiyaclarınızı qarşılamaqda kafi olduğunu hiss etdirin və onu hər vaxt dəstəklədiyinizi bilməsini təmin edin. Beləcə özünə güvənəcək və əlindən gələnin ən yaxşısını etmək üçün hər vaxt çalışacaq.
 
Anlayışlı olun
Evliliklərdə, bir kişinin yoldaşından gözlədiyi davranışlarından biri anlayışdır. Fürsət tapdıqca, onu anladığınızı dilə gətirin və ya hərəkətlərinizlə göstərə bilərsiniz. İnanın, nə qədər anlayışlı olsanız, sizə olan sevgisi bir o qədər artacaq və aranızdakı bağ gündən günə güclənəcək.
 
Müvəffəqiyyətlərini təqdir edin
Kişilərin əksəriyyəti, özünə, sanki bir uşağa davranıldığı kimi davranılmasını istəyir. Yoldaşınıza bol-bol iltifat edin, onun ruhunu oxşayın. Təbii bunu edərkən, onun nə qədər şirin olduğundan bəhs etməkdənsə, nə qədər yaraşıqlı və güclü olduğundan bəhs etməyi sınaqdan keçirdin.
 
Qəbul edin
Bir çox kişi, yoldaşları onları dəyişdirməyə çalışdıqları zaman kədərlənər və əsəbiləşər. Dəyişdirə biləcəyiniz adamın yalnız özünüz olduğunun fərqinə varın və yoldaşınızı olduğu kimi qəbul etməyə çalışın. Əgər ərinizin heç təsdiqləmədiyiniz bir davranışı varsa da, bunu mümkün olduğunca şirin dillə ona izah etməyə çalışın.
 
Sözü çox uzatmayın
Əriniz çox yorğunsa və ya əhəmiyyətli bir proyekt üstündə çalışırsa, onunla danışmaq istədiyiniz mövzunu bir az olsun təxirə salın və ya sözü çox uzatmadan, söyləmək istədiklərinizi söyləyin. Danışmaq istədiyiniz mövzu haqqında, daha çox məlumat əldə etmək istəyirsə, özü sizdən soruşacaq. Yəni xülasəylə açıq və dəqiq olun, sözü uzatmaq, yoldaşınızı sıxmaqdan və sizi dinləməməsini təmin etməkdən başqa bir işə yaramayacaq.
 
Şəfqət və maraq nümayiş etdirin
Kişilər, bəzən şəfqət, maraq və sevgi göstərməkdə çox müvəffəqiyyətli olmasalar da, yoldaşlarından çox sevgi və maraq gözləyərlər. Çöldə yoldaşınızın əlindən tutun, onu nə qədər sevdiyiniz ilə əlaqədar mesajlar yazın, çiyinlərini masaj edin, gözlənilməz bir anda dodağına öpün. İnanın kişilər də romantizmi sevər və bu səyləriniz sizə sevgi və maraq olaraq geri dönə bilər.
 
Hörmət nümayişi edin
Yoldaşınızın düşüncələri haqqında mənfi şərhlər etməyin. Onun düşüncələrinə hörmət edin və onu mühakimə etməkdən çəkinin. İkiniz haqqında etdiyi planlarla maraqlanın, onu dinləyəkən gözlərinizi başqa yerlərə qaçırmayın. Ona hörmət etdiyinizi və düşüncələrinə dəyər verdiyinizi anladığı zaman, o da eyni hörməti sizə göstərəcək.


Şərhlər:
Baxılıb: 1398
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz