Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərə nəyi demək olmaz?
Kişilərə nəyi demək olmaz?
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 1759
Səs ver:
Qadının qulaqları ilə sevməsi məsəli müəyyən mənada kişilərə də aiddir. Çünki elə sözlər var ki, nəinki kişi qulaqlarını, hətta onun qəlbini də incidə bilər.

Hədiyyə:
Düzdür, biz qadınlar hədiyyəni çox sevirik. Lakin bəzi qızlar olur ki, hədiyyəni görən zaman dodaqlarını büzüb "Bu mənim nəyimə lazımdır?” deyir. Axı o əziyyət çəkib, mağazaları gəzib, nə alacağı barədə günlərlə götür-qoy edib. Sən isə əvəzində onu lazımsız hesab edirsən. Əgər hədiyyə sənə maraqlı gəlmədisə, sadəcə gülümsə və ona təşəkkür et. Çünki çox keçməz sənə lazımsız olan bu hədiyyələri başqa gözəlçəyə almağa başlayar. Əgər sevdiyiniz kişinin sizə fərqli hədiyyələr almasını istəyirsinizsə, üstüörtülü şəkildə bunu ona bildirin. Çünki məhz biz qadınlar kişini idarə etməyi bacarırıq.

Onun Dostunu tərifləmə!
Kişinin yanında onun dostunu tərifləmək olmaz. Ola bilsin ki, onun dostu həqiqətən də gözəl insandır. Lakin dost olmasına baxmayaraq o ilk növbədə kişidir və qısqanclıq obyekti ola bilər. Onu həddən artıq tərifləməniz isə sizə qarşı şübhələr yarada bilər. Ona görə dostların yaxşı və pis olmasından asılı olmayaraq daim yanınızda olan kişini tərifləyin. Hətta digərlərinin mənfi tərəflərini deməklə onu tərifləməniz lap yerinə düşər.

Anası haqda pis danişmayın!
Bütün kişilər bu və ya digər mənada anasına bağlı olur. Buna görə də hansı vəziyyətin alınmasından asılı olmayaraq onun anası haqda heç vaxt mənfi söz söyləməyin. Bunun sizə heç vaxt faydası olmayacaq. Ən son həddə çatsanız isə "mən bu cür hərəkət edərdim, olmaz o səhv etdi” – deyə bilərsiniz. Hətta kişi öz anası haqda xoşagəlməz nəsə desə, 5 dəqiqə sonra vəziyyət dəyişəcək və anası onun üçün ən xeyirxah, qayğıkeş insana çevriləcək. Ən əsası yadda saxlayın: istənilən kişinin həyatında ən vacib qadın onun anasıdır. Bu təbiətdən qoyulmuş qanundur. Siz də bunu qəbul etməlisiniz. Qaynananızı tənqid edərkən özünüzü ondan yuxarı pilləyə qoyursunuz. Ən azından düşünün ki, siz də ana olacaqsınız.

İş mövzusu
Qadağan olunmuş söz- məni işdə çox sevirlər. Qızlar əks cinsin nümayəndələri arasında nə qədər məşhur olduqları haqda danışmağı xoşlayırlar. Onların fikrincə, bununla kişini qısqanmağa məcbur edirlər. Bu işlədiyi yerə də aiddir. Bağışlanılmaz səhvlərdən biri budur. Qısqanc kişilərlə vəziyyəti daha da çətinləşdirə bilərsiniz – işdə olduğunuz zaman tez-tez zəng edə bilər, bu vəziyyət sonda evdə oturmağınızla nəticələnəcək. Sevdiyiniz kişi isə sevgilidən qaraqabaq deyingən ərə çevriləcək.

Vəziyyəti daha yaxşı anlamaq üçün təsəvvür edin ki, həyat yoldaşınız (sevgiliniz) hər gün evə gəlib işdəki bütün qızların onunla maraqlandığını deyin. Bu zaman siz də qısqanclıqdan özünüzə yer tapa bilməyəcəksiniz.

Əvvəlki sevgilim
"Səninlə müqayisədə o belədir” kəlməsi qəti qadağandır. Çünki bu heç bir çərçivəyə sığmayan hərəkətdir. Kişinin daxili qürüru onu başqası ilə müqayisə etməyə icazə vermir. Sizin keçmiş sevgiliniz isə ümumiyyətlə onu özündən çıxara bilər. Hər bir kişi özünü ilk və təkrarolunmaz hesab etmək istəyir. Həyatınızda ondan əvvəl olan istənilən kişiyə o, rəqib gözü ilə baxacaq. Bu aranızdakı soyuqluğa gətirib çıxaracaq. Buna görə də eks-sevgili mövzusunu bağlayın

Sadaladıqlarımız olduqca sadə məqamlardır. Lakin bunlara əməl etsəniz, problemləriniz də az olar.


Şərhlər:
Baxılıb: 1759
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz