Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişinin rəğbətini qazanmağın üsulları
Kişinin rəğbətini qazanmağın üsulları
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1222
Səs ver:
Kişilərin ciddi olaraq qəbul etməsini, diqqətlə dinlənilməsini, onun fikiriylə razılaşmasını, onun peşəkar bacarıqlarını qəbul edilməsini qadınlar necə edə bilərlər? Qadın özünün çox xoşuna gəldiyi kişiyə necə sevdirə bilər? Bu məsələnin üstündə bir çox xanımlar baş sındırır, xüsusilə də güclü cinsin nümayəndələri ilə çətin ünsiyyət qura bilən xanımlar.
Doğurdanda kişinin rəğbətini necə qazanmaq olar?

Özünüzü necə aparmalısınız ki, kişiyə sizinlə ünsiyyət saxlamaq xoş olsun?
Qadın və kişi psixologiyasında prinsipial fərqə görə güclü və zəif cinsin nümayəndələri eyni şəraitdə özlərini çox vaxt fərqli aparırlar. Buna görə, əgər siz kişilərin sizinlə ünsiyyət saxlamasını, sizə diqqətlə qulaq asmasını, sizin fikrinizi qiymətləndirməsini, məsləhət üçün müraciət etməsini istəyirsinizsə, bu zaman  bir neçə sadə lakin çox əhəmiyyətli qaydalara diqqət edin.

Kişi ilə söhbət edərkən yığcam olmağa çalışın, yalnız məsələnin mətləbindən, əlavə detallara toxunmadan açıq aydın danışın. Kişilərin əksəriyyəti əsas məsələyə keçmədən söhbətin uzadılmasından qıcıqlanmağa başlayır. Qadınların boşboğazlığını isə onlar ən böyük çatışmazlıq hesab edirlər.

Kişidən emosional reaksiya gözləməyin. Hətta əgər siz ona çox pis olduğunuzdan şikayət etsəniz o çox az sizə təsəlli verəcək. Bunun zaman ona küsmək, onu daşürəkli və rəhmsiz hesab etmək lazım deyil. Kişilər nadir halları istisna etməklə ümumiyyətlə emosiyalarda xəsisdilər. Qadınların şikayətləri onlar sadəcə qorxuda bilər.

Az danışıb daha çox qulaq asmağı özünüzə qayda edin. Bacardığınız qədər öz diqqətinizi göstərin, vaxtaşırı başınızı yırğalayın, qısa dəqiqləşdirici suallar verin. Əgər siz onun səhv olduğunu hesab edirsinizsə, bu zaman öz narazılığınızı heç bir halda kəskin ifadə etməyin.

Kişini tərifləyin, ona komplimentlər edin, onun heyran olun, çünki bu güclü cinsin nümayəndələrinin çox xoşuna gəlir! Mütləq ona öz marağınızı göstərin.

Emosiyalara məhəl vermədən hər zaman özünüzü ələ almağı bacarın. Heç bir halda göz yaşı kimi bir "silahdan” istifadə etməyin! Bununla siz yalnız öz kavalerinizi utandırıb daha da hirsləndirəcəksiniz. Öz istədiyinizə dolayı yollarla nail olun. Belə hərəkət edərkən siz asanlıqla kişinin rəğbətini qazanacaqsınız.

Sizin çox xoşunuza gəlmiş bir kişini necə özünə sevdirmək olar? Bu tamamilə real bir şeydir. Lakin hədəfə nail olmaq üçün bir qədər səy, səbr və inad göstərmək lazım olacaq.

İlk öncə arzuolunan insanın diqqətini cəlb edib, özünüzə qarşı maraq oyadın. Bunun üçün siz öz cazibədarlığınızda tam əmin olmalısınız. Əsas sizin xarici görünüşünüzün, xarakterinizin, davranışınızın müsbət tərəflərini düzgün tərəfdən göstərməkdir.

Sizin üz tipinizə ən çox yaraşan saç düzümü və makiyaj, həmçinin bədən formanızın üstünlüklərini vurğulayan və çatışmazlıqlarını gizlədən qarderob seçin. Çalışın ki, görünüşünüzdə hər bir şey bir-birinə uyğun olsun.

Öz əhval-ruhiyyənizə diqqət edin. Özündə əminlik böyük gücdür! Xəyalən təkrarlayın: "Mən gözələm, mən məlahətliyəm, məndə hər şey alınacaq”. Özünüzü hər kəsin diqqətini cəlb etmiş bal kraliçası kimi təsəvvür edin.

Xeyirxah olun! Hətta ən gözəl xanım öz soyuqluğu və lovğalığı ilə kişini özündən uzaqlaşdıracaq. Çalışın ki, sizi hərfən isti və müsbət aura əhatə etsin. Ünsiyyət vaxtı heç bir halda jarqon və təhqiredici sözlərdən istifadə etməyin. Maraqlı və xoş həmsöhbət olun.

"Jestlərin və bədənin dilinin” kimi möcüzəli gücü unutmayın. İsti təbəssüm, zərif baxış, onun əlinə və ya çiyninə ötəri toxunma – bütün bunlar kişini diqqətini mütləq cəlb edəcək.


Şərhlər:
Baxılıb: 1222
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz