Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər qadınlarda bunları xoşlamır
Kişilər qadınlarda bunları xoşlamır
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1542
Səs ver:
Kişilərin nələri xoşlayıb, nələri xoşlamayacağını ümumi olaraq təxmin etmək əslində o qədər də çətin deyil. Bütün kişilər təbiilik tərəfdarıdır. Təbiilik deyərkən baxımsız bir qadın ağılınıza gəlməsin. Yoldaşınız, ya da sevgiliniz sizi ola biləcəyiniz ən təbii halınızla, saçlarınız, dəriniz baxımlı, paltarlarınınızı diqqətli bir şəkildə görmək istər. Kişilərin qadınlarda bəyənmədiyi hərəkətləri təqdim edirik.

Getdiyiniz məkanda makiyaj etmək
Partnyorunuzla nə qədər uzun müddətdir birlikdə olursunuzsa olun, bayırdaikən onun yanında makiyaj etməyin. Partnyorunuz saatlarla makiyaj etdikdən sonra baxımlı göründüyünüzü deyil, hər zaman təbii gözəlliyə sahib olduğunuzu düşünsün. Hər zaman təbii tonları seçməlisiniz. Beləcə, kişi tərəf üzünüzdə nə qədər makiyaj olduğunu əsla anlaya bilməz. Bütün makiyaj hiylələrinizi özünüzə saxlayın və baxımınızı evdən çıxmadan bitirmiş olun.

Quru dəri
Qurumuş və çatlamış bir dəriyə toxunmaq kişilərin xoşuna gəlməz. Quruyan dərinizi dəri tipinizə uyğun nəmləndiricilərlə hamar bir hala gətirə bilərsiniz. Dərini nəmli tutmaq üçün duşdan sonra mütləq lazım olan qulluğu etmək lazımdır. Yaş dəriyə tətbiq olunan körpə yağlarından istifadə edə bilərsiniz.

Həddindən artıq ətirdən istifadə
Bədəninizdən yayılan xoş bir ətir qoxusu kişilərin ağlını başından almağa yetər. Ancaq söz mövzusu həddindən artıq sıxılmış bir ətirdirsə, bu vəziyyət tam tərs bir hal alır. Sıx vurulmuş hər qoxu bir müddət sonra burnunuza pis gəlir. Ətirinizi az miqdarda bilək içlərinə, qulaq arxasındakı bölgəyə və çox az saç uclarına sıxsanız, partnyorunuz bu qoxunu hər duyduğunda sizi arzulayacaqdır.

Tonal kremdən ifrat  ​​istifadə
Doğru tonal kremdən ​​istifadə bütün qüsurları bağlayaraq dərinizə hamar bir görünüş qazandırır. Ancaq həddindən artıq istifadəsi dərinin üzərində qalın və çirkin bir təbəqənin yaranmasına səbəb olur. Kişilərin heç xoşuna gəlməyən bu maska ​​kimi dayanan həddindən artıq görünüşü biz də heç bəyənmirik.

Parlaq göz qələmləri
Professional bir makiyaj ustası deyilsinizsə, parlaq göz makiyajı məhsullarından əsla istifadə etməyin. Kişilərin heç bəyənmədiyi bu makiyaj məhsulları doğru istifadə edilmədikdə üzdə həddindən artıq və şişirdilmiş bir görünüş meydana gətirir. Mat quruluşlu göz makiyajı məhsulları hər zaman daha yaxşıdır və göz ətrafınıza əsla yayılmazlar.

Çox istifadə olunmuş tuş
Kirpiklərinizə çox tuş vurmaq yapışqanlı kimi və çirkin bir görünüş meydana gətirir. Gözlərinizi ön plana çıxartmaq yerinə daha pis göstərən belə makiyaj səhvinə düşməmək üçün keyfiyyətli tuşlar almaq lazımdır. Bu sıx kirpik görünüşü kişilər tərəfindən çox itələyici görünür.

Ağız qoxusu və saralmış dişlər
Saralmış dişlər və pis ağız qoxusu qarşı cinsi əsla cazibədar etməz. Turşulu içkilər, qəhvə və çay, səhv və əskik ağız baxımı, ya da siqaret sarı dişlərinizin ən böyük səbəbi ola bilər. Doğru müalicə üsulu ilə dişlərinizin sağlam bir görünüşə qovuşması üçün diş həkiminizə müraciət edin.

Səliqəsiz dodaq qələmi
İlk görüş üçün bir restorana dəvət edildiyinizdə yemək yedikdən sonra bütün pomadanız silinir. Pomadanın qalıcılığını təmin etmək üçün dodaq qələmi istifadə etməlisiniz. Ancaq dodaq qələmi seçərkən rujunuzla eyni tonda olmasına diqqət göstərməlisiniz. Pomada tonunuzla bir-birinə heç uyğun gəlməyən dodaq qələmləri üzünüzdə pis bir görünüş yaradar. Kişilər tərəfindən itələyici olan bu görüntü qadınların ən tez-tez etdiyi makiyaj səhvlərinin başında gəlir.

Maraqlı saç stilləri
Səhnələrdə, ya da şoularda gördüyümüz maraqlı saç modellərini tətbiq etmək mövzusunda nə qədər həvəsli olsaq da, kişilər bu görüntüdən heç xoşlanmır. Onlar üçün klassik və təbii bir görünüş hər zaman ön plandadır. Kişilər təkcə saç modellərinə deyil, istifadə edilən bəzi saç məhsullarından də xoşlanmır. Bu məhsulları istifadə etdikdən sonra saçda yaranan yaş, sərt, ya da yapışqan görüntü kişiləri çox narahat edir.

Baxımsız ayaqlar və qollar
Kişilər qadınlarda hamar və təmiz bir dərini sevir. Ancaq söz mövzusu yeni çıxmağa başlayan tüklər olduğunda vəziyyət dəyişir. Yalnız kişilər deyil, biz qadınlar belə tüklü qollar və ayaqlardan xoşlanmarıq.


Şərhlər:
Baxılıb: 1542
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz