Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin tez-tez yalan dedikləri
Kişilərin tez-tez yalan dedikləri
Göndərən: emis
Şərhlər:
Baxılıb: 1276
Səs ver:
İzdiham içində hisslərimi saxlaya bilmərəm
Budur sizə böyük bir yalan. Kişilərin 90% yoldaşlıq etdikləri qadınlara izdiham içində sevgi nümayişi etməkdən xoşlanmazlar. Amma əlaqənin yeni başladığı dövrdə, qarşıdakını məmnun etmək üçün belə bir söz söyləyə bilərlər.

Qadınlar, sevildiklərini, maraq əlaqələrini hər kəsin bilməsini istəyərlər. Kişilər isə xüsusi həyatları mövzusunda çox daha mühafizəkardırlar. Hələ hisslərini hər kəsin bilməsini istəməzlər. Hətta sevdikləri qadına belə hisslərini açıq-açıq ifadə etməkdən qaçındıqları çox görülər. Lakin kişilər, yeni tanış olduqları qadınlardan bu xüsusiyyətlərini gizləmək istəyərlər.

Bir qadını aldatmaq üçün ona yalan danışmaram!
Əslində kişilər, xoşlandıqları qadınlarla bir an əvvəl sevişmə mərhələsinə gəlməyə baxarlar. Doğrusu bu mövzuda çox da səbirsizdirlər. Lakin qadın bəzi mövzularda tərəddüd edirsə, kişi dərhal kiçik yalanlara müraciət edərək, istəyini reallaşdırmağa baxar.

Kişinin qadını aldatmaq üçün yalan danışması iki tərəf üçün də pis nəticələr yarada bilər. Lakin kişi, qadınla sevişməyə can atarkən, bunu düşünə bilməz.

Mən evlənəcək tipdə bir kişi deyiləm!
Qadınlar evlənib bir yuva qurmaq üçün səbirsizlənə bilərlər. Eşqbazlıq etdikləri kişini də evliliklə özlərinə bağlamağı istəyə bilərlər. Əgər kişi bu qadınla evlənmək istəmirsə, o zaman günahı öz üzərinə alar və şəxsiyyətinin evlənməyə uyğun olmadığını söyləyər.

Mən sevdiyim qadını əsla aldatmam!
Sosioloqlar və psixoloqlar, kişinin yalnız bir qadınla kifayətlənə bilməyəcəyini söyləyə dayansınlar... Kişilər, birlikdə olduqları qadınlara aldatma mövzusunda "hələ" zəmanət verməkdən heç qaçınmırlar.

Kişi, əlaqə yaratdığı qadına, onu əsla aldatmayacağını qəti bir ifadəylə söyləyər. Halbuki bəzi kişilər bu yalanı söylədikləri gün belə qadını aldatmış ola bilərlər.

Mən səni axtararam!
Ən çox söylədikləri yalan budur. Kişilər yeni tanış olduqları qızlarla bir daha görüşmək istəmirsə, bu kiçik yalan ilə işin içindən sıyrılar. Ayrıca bu cümlə çox rahatdır! Bəzi kişilər də uzun sürən əlaqəni bitirmək istədikləri zaman yenə bu yalana müraciət edərlər.

Kişi görüşdüyü qadınla vidalaşarkən, onunla bir daha görüşməməyə qərar vermiş olsa belə "Mən səni axtararam" dəmə gərəyini bilməz. Əslində bu yalan görüşməni nöqtələmənin bir başqa üsuludur. Və də kişi bu şəkildə danışmaqla qadına qarşı hörmətli davrandığını düşünər. Elə ya "Səninlə bərbad bir gün keçirdim. Bir daha görüşməyək" deməsi düzgün olmayacaq. Kişilərin qadınlara söylədikləri yalanlar arasında ən günahsız olanı budur.


Şərhlər:
Baxılıb: 1276
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz