Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri taxdığı saatdan tanımaq mümkündür
Kişiləri taxdığı saatdan tanımaq mümkündür
Göndərən: Fialka
Şərhlər: 9
Baxılıb: 714
Səs ver:
Hansı qadın kişidən şikayətlənmir? İlk vaxtlar mələk kimi tanıdığımız romantik insan sonradan dəyişir. Qadınlarsa səbəb axtarmağa, məntiq tapmağa çalışırlar. Özünüzü yormayın. Sadəcə, kişiləri vaxtında tanımaq lazımdır. Necə? Bu yerdə qadınların imdadına psixoloqlar yetişir. Belə ki, sənə romantik nağıllar danışan birinin doğru və ya yalan dediyini öyrənmək üçün onun saatına baxamağın kifayətdir.

Dördkünc saat sevənlər:
O, rəhbərlik etməyi və plan qurmağı çox xoşlayır. Onun bütün həyatı, hətta sənə dediyi xoş söz belə əvvəlcədən düşünülərək, planlaşdırılmış bir işdir. O, qeyri-adi hadisələri, sirləri və sürprizləri xoşlamır. O müşahidəçidir, tələbkardır, təşkilati işləri xoşlayır, düzgünlüyü ilə yanaşı göpçuluğu da var. Amma qarşısındakı insandan düzlük tələb edir. Çox inadçıldır. İstədiyini əldə etməyincə rahatlıq tapmır. Onun öz düşüncələri, öz qanunları var. Beləsi ilə mübahisə etmək qeyri-mümkündür. Çünki həmişə son sözü özü deyir. Belə kişilərin öhdəsindən yalnız işgüzar qadınlar gəlir.

Yumru saat sevənlər:
Mehriban və sakitdir. Münasibət qurmağı xoşlayır. Şirin söhbətləri ilə ilanı yuvasından çıxarar. Onu bütün dostları sevir. Çünki etibarlı insandır. Hamıya yaxşılıq etməyi xoşlayır. Başqalarına qulaq asıb, onların problemlərini həll etməyə can atır. Problemləri ilə başqalarını yormağı xoşlamır. Bu tip kişilərlə evlənən qadın ömrünün sonuna kimi xoşbəxt olur. O, dostlarının pis günündə onların yanındadır. Çox romantikdir. Onu ələ almaq üçün bir-iki xoş söz kifayətdir.

Üçbucaq saat sevənlər:
O, liderlik etməyi xoşlayır. Hər yerdə özünü birinci göstərməyə çalışır. Buna nail də olur. Həmişə diqqət mərkəzində olmağı, seçilməyi xoşlayır. Elə buna görə də qeyri-adi formada saat taxır. Risqə getməyin tərəfdarıdır. Uğur həmişə onun yanındadır. İşində ciddi, tələbkardır. Heç vaxt işə həvəssiz yanaşmır. Belə kişilər həm də sirli olur. Qarşınıza üçbucaq formada saat taxan biri çıxıbsa, onunla yaşayacağınız ciddi həyata hazır olmalısınız. Çünki işdə olduğu kimi belə kişilər ailələrinə qarşı da tələbkar və ciddi olurlar.

Düzbucaq saat sevənlər:
Qarşınıza bəlkə də dünyanın ən səbirli və inadkar insanı çıxıb. O, sizi ömrünün sonuna kimi gözləməyə hazırdır; təki istədiyinə nail olsun. Konservatordur. Necə deyərlər, əsl mühafizəkardır. Dəyişikliyi xoşlamırlar. Onun «sən nə istəsən edəcəksən, təki bir «hə» de sözünə aldanmayın. Belə insanlar öz vərdişlərindən əl çəkmirlər. Bu tip saat sevən kişilər çox vaxt kolleksiya yığmağı da xoşlayırlar. Belələri ilə özünü ailəsinə həsr edən, hövsələli evdar qadın yola gedə bilər.

Standart olmayan, ziqzaq saat sevənlər:
Ehtiyatlı ol! Qarşına əsl Don Juan çıxıb. Onun xoş sözlərinə aldanma. Sən onun həyatının yeganə qadını deyilsən. İnan ki, onun dediyi xoş sözləri səndən başqa o qədər qız eşidib ki… Belələri heç bir işi sona çatdırmırlar. Amma onların intuisiyaları çox güclü olur. Belə insanlar çox yaradıcı olur, həmişə qeyri-adi ideyalar irəli sürürlər. Hətta o, sizə münasibətinizin nə üçün bitdiyini deyəndə də elə bəhanə gətirəcək ki, onu günahlandırmağa heç bir haqqınız belə olmayacaq.

Bəs saat taxmağı heç sevməyənlər?
Elə kişilər də var ki, onlar saat taxmağı heç sevmirlər. Belələri xoşbəxt, həyatsevərdirlər. Heç vaxt problemlər, haqqında fikirləşmirlər. Sadəcə, bu günləri üçün yaşayır, sabahı düşünmürlər. Sevgi onlar üçün gəldi-keçər bir oyundur.


Şərhlər: 9
Baxılıb: 714
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Happy
Yoxladım, tam əksi yazılıb
1 dekabr 2015 00:20
# 9
vipbetul
maraqli melumatdi ne qeder bele seylere inanmasamda
30 noyabr 2015 22:37
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
ece uslu
yumru saat sevenlercun ne yazilibsa tamamile dogrudur
30 noyabr 2015 21:39
# 7
Angela7
Seçilmişlərə əlavə etdim)
30 noyabr 2015 17:36
# 6
May 2016 tarixindən bəri günlərimdə SƏN adlı dəyişiklik var.
duymecik
menim yoldasim duzbucaqda taxib yumruda,bele uygunluqda var. maragli idi tsk
30 noyabr 2015 13:37
# 5
Bəzən mənə yalan danışana inanmış kimi davranıram, yazıqdı əməyi boşa getməsin 122
senay))
maraqli melumat idi twk))
30 noyabr 2015 10:01
# 4
coooooooxxx xosbextem
BARBI
Men kisilerde daha iri ve dordbucaqli kreativ terzde olan saatlari sevirem. Uygunluq ola biler bele nuanslar insanin xarakterini belli edir
30 noyabr 2015 09:54
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
NURANE
Cox maraqli melumat oldu 02
30 noyabr 2015 08:59
# 2
zalimin zulmu varsa seveninde Allahi var
Grsu
:MENIM YOLDASIM SAAT TAXMIR,AMMA BELE DEYIL,COX RAHAT,DUZGUN,SABAHINI DUSUNEN INSANDIR:
30 noyabr 2015 08:48
# 1
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz