Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər bu xüsusiyyətlərə malik olmalıdır
Kişilər bu xüsusiyyətlərə malik olmalıdır
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 601
Səs ver:
Bir-birlərindən tam razı olan cütlükər tapmaq çətindir. Hətta ən ideal cütlükər arasında müəyyən çatışmamazlıqlara rast gəlinir. Bəs qadınların düşüncə baxımı ilə əsl kişi keyfiyyətləri necə olmalıdır? Əslində ideal obrazı hamı arzulayır. Amma gəlin realist olaq, heç ideal insan mövcuddurmu?

Öncədən  qeyd etmək istəyirəm ki, bir realist insan olaraq bu yazımda ideal insan təsvir etmək niyyətində deyiləm. Sadəcə olaraq qadın baxımından kişilərdə hansı xüsusiyyətlərin olmasını qeyd etmək istəyirəm.

1. Qayğılı
Kişilər artıq anlamalıdırlar ki, qadınların hamısı qayğı sevən olur. Lakin son illərdə kişilərdə qadınlar haqqında "hədiyyə sevən və tamahkar qadın" obrazı yaranmışdır. Bu belə deyil. Düzdür belə qadınlar da az deyil, amma hamı eyni deyil. Hədiyyəyə qaldıqda isə, qadınlara hədiyyədən çox onlara əks cinsin ayırdığı vaxt, diqqət və qayğı daha çox dəyərlidir.

2. Ünsiyyət
Kişilərdə olan keyfiyyətlər fərqli olmalıdır və hətta zidiyyətli də ola bilər. Amma bu keyfiyyətlər mütləq gərək bir-birini tamamlaya. Bəzən qadınlara onları dinləmək də xoş olur. Bəzən qadınlar qışqırıb dava edərkən belə, onlar yalnız kişilərdən onu qucaqlayıb bağrına basmaqla sakitləşdirməklərini gözləyirlər. Bu baxımdan sadəcə olaraq öz qadınını yaxşı tanımalısan ki, onun nə istədiyini biləsən. Bu baxımdan ünsiyyət çox vacibdir.

3. Xeyirxahlıq və dəstək.
Kişilərdə müstəqillik mövcudluğu, qətiyyət, qadınları hər zaman heyran edir. Buna görə də bu keyfiyyətlər hər bir kişidə mütləq olmalıdır. Təbiətdən  özünə inam və hər bir problemləri həll etmek hissi bacarığı  bir çox qadınlara  verilməmişdir. Bunun üçün də biz qadınlar hər zaman özümüzdən ixtiyarsız olaraq güclü, dəstək ola bilən kişiləri bəyənirik.

Bacarıq sözlərə yox hərəkətə keçməlidir - bu bəlkə də kişilərdə ən mühüm və vacib keyfiyyət olmalıdır. Qadın qulaqları ilə sevir. Amma heç bir qadın boş ümidləri və vədləri sevmir. Hər deyilən sözlər elə sözlərdə də qalacaqsa, bu kişini qadının nüfuzundan  salır və avtaritetini aşağı edir. Qadınlar üçün sözü bütöv və verdiyi sözlərə əməl etmək çox vacibdir. Kişilərdə belə keyfiyyətin olması qadınlara onlara qarşı inamı və etibarı edir.

P.S. Uzun sözün qısası, hər bir qadın fərqlidir və hər bir qadının da kişilərin xüsusiyyətləri barədə öz istəkləri var. Hərdən mənə elə gəlir ki, heç qadınların özləri də bilmirlər ki, nə istəyirlər. Ah, o zaman yazıq kişilər... sizlərə dözüm arzulayıram əziz kşilərimiz. Nə qədər imkanınız var dözün biz qadınların kaprizlərinə...)


Şərhlər:
Baxılıb: 601
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz