Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı kişilərlə evlənmək olar?
Hansı kişilərlə evlənmək olar?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 854
Səs ver:
Hansı kişilərlə evlənmək olar?
Evlilik- insanın həyatında verə biləcəyi ən ciddi qərarlardan biridir. Bütün həyatınıza istiqamət verəcək olan evlilik ciddi bir qərardır. Evlənəcəyiniz kişini əvvəlcə yaxşı və yaxından tanımanız lazımdır. Vərdişləri, ailə həyatı, meylləri, dünyagörüşü, inancı və rəftarları bir-birini tamamlayan bir təhlil tələb edir. Bu səbəblə evlənəcəyiniz adamı yaxşıca müşahidə etməniz lazımdır. Düşüncələrini və duyğularını sizinlə rahatca paylaşa bilirmi, sizə özünü yaxşı ifadə edə bilirmi, yalan danışma, şiddətə meyli, aldatma, qumar ya da spirt kimi bütün həyatınızı mənfi istiqamətdə təsir edəcək problemləri varmı, deyə yaxşıca anlamağınız lazımdır. Hansı tip kişi ilə evlənmək olar, deyə soruşursunuzsa, buyurun, yazımızı oxuyun. Hansı kişi ilə evlənmək olar, hansıyla evlənmək olmaz, suallarınızın cavabları buradadır!

Kişilərin rəftarları onların qəlibləşmiş düşüncələrinin əks olunmasıdır. Sizə sevgiylə yaxınlaşırsa, avtomobilin qapısını açırsa, sizin sevdiklərinizə və həyatınızdakı əhəmiyyətli şeylərə dəyər verirsə, sizin üçün doğru adam ola bilər. Bundan əlavə evlənəcəyiniz kişinin ofisiantlara qarşı rəftarı nəzakətlidirmi? Uşaqları sevirmi? Ətrafına qarşı hörmətlidirmi? Qonşularıyla və yoldaşlarıyla qurduğu əlaqələr sevgi çərçivəsindədirmi? Bunlara cavabınız bəli olarsa, doğru yoldasınız deməkdir.

Kişinin dostları ilə söhbətləri
Kişilərin, yoldaşlarının və dostlarının yanındakı söhbətləri onların real düşüncələrini ələ verir. Onların yanında özlərini rahat hiss etdikləri üçün düşüncələrini də rahat ifadə edə bilir. Bu söhbətlərdəki alt mətnlər o kişinin xarakterinə dair ipucları saxlayır. Ayrıca kişi yoldaşınızın onların yanında sizə qarşı tutumlarını da yaxşıca analiz etsəniz xarakterinə dair böyük məlumatlar tapa bilərsiniz.

Kişi bunları edirsə diqqət edin.
Sevgiliniz ona verdiyiniz ən kiçik bir sözü yerinə yetirmirsə, ona verdiyiniz ən kiçik məsuliyyətləri belə götürə bilmirsə, evlənmək üçün uyğun olmadığını söyləməliyik. Sizi həqiqətən dinləmirsə, sizin həyatınıza nəzarət etmək istəyirsə də, diqqət yetirməyinizi təklif edərik. Bir kişi həddindən artıq qısqancdırsa, bu bir sevgi nümayişi deyil, özünə güvənmədiyinin və sizə də güvənmədiyinin bir işarəsidir. Bu cür həddindən artıq davranışları səhv şərh etməməlisiniz. Sizə heç maraq göstərməyən bir kişi də sizin azadlığınızı deyil, öz zövqlərini düşünür deməkdir. Çəhrayı eynəklərinizi çıxarmasanız, evləndiyinizdə daha böyük problemlər yaşamağınız böyük ehtimaldır. Davamlı yalan danışan, həftədə üçdən çox gecə spirt alan, əsassız və balanssız davranışlar sərgiləyən, eqoist və yorucu kişilər ilə bir ömür keçməyəcəyini bilməlisiniz.


Şərhlər:
Baxılıb: 854
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz