Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişinin dekoltesi...
Kişinin dekoltesi...
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 686
Səs ver:
Pulun insana bəxş etdiyi xoşbəxtliyi sevgi ilə müqayisə edirlər. Düz də edirlər. Çünki hər ikisi olduqda insan, xüsusən, kişilər özünü əla hiss edir. Pulun olmağı yaxşıdır. Bəs onu harada saxlamaq məqsədəuyğun sayılır. Məsələn, biri cibində, digəri çantada, amma əksəriyyəti pul kisəsində saxlamağa üstünlük verir. Bəs pul kisəsi necə olmalıdır? Formasına, rənginə və digər xüsusiyyətilərinə görə fərqlənən pul kisələrini seçərkən nəyi əsas tutmalıyıq? Məsələn, qadınlar çantası ilə uyğun gələnini seçirlər. Bəs kişilər özlərinə münasib olan pul kisəsini nəyə görə seçməlidir?

Pulqabı öz sahibi haqqında bir çox maraqlı informasiyalar ötürə bilər. Ona görə də pulqabı seçərkən bunu nəzərə alın. Məsələn, köhnə, sürtülmüş pul kisəsi hətta bahalı kostyum geyinsəniz belə statusunuzu ən yaxşı şəkildə vurğulaya bilməyəcək.

Pul kisəsi sahibinin dəyişməz vizit kartı sayılan saat və ayaqqabı ilə eyni mövqedə yerləşir. Belə kiçik aksessuar sanballı olmalı və mütləq kişi qarderobunda iştirak etməlidir.

Klassik pul kisələri orijinal təqdimatd
Keyfiyyətli pul kisəsi seçmək həqiqətən çətindir. Çünki indi ən yaxşı mağazada da saxta mallara rast gəlmək olar. Amma bu fakt pul kisəsi seçimində qarşılaşdığımız yeganə çətinlik deyil. Dəb tendensiyaları göstərdi ki, ənənəvi klassik rənglər və formalardan uzaqlaşmaq lazımdır. Ona görə də müasir dəri sənayesinin işçiləri çox qəribə rəng kompozisiyaları və orijinal formalar təklif edirlər. Bununla belə qara və qəhvəyi rəngli pulqablarına indiyədək böyük tələbat var. Bu da onların işgüzar geyim üslubu ilə əla uzlaşması ilə bağlıdır.

Keyfiyyətli pul kisəsinin yararlılığı və funksionallığı onun səciyyəvi göstəricisidir. Bu cür pulqabları kredit kartları, xırda əskinaslar, müxtəlif formatlı və yaxın adamların şəkillərini yerləşdirmək üçün çoxlu cibləri olur. Pul kisəsi seçərkən, ilk növbədə, onların funkisonallığını müqayisə edin və öz tələbatınızı nəzərə alın.

Qatlanan pul kisəsi
İkiyə qatlanan standart pul kisələri alış-verişini bank kartlarının köməyi ilə edən kişilər üçün yaxşı seçimdir. Onların şöbələrinin olması kartlardan istifadəni rahatlaşdırır. Kiçik şöbələr əskinas və sikkələr qoymaq üçün də münasibdir.

Bir qatlı pul kisəsi
Belə pul kisəsinin bir bölməsinə böyük ölçülü pulları, digər tərəfinə isə bank kartlarını asanlıqla yerləşdirmək olar. Bu tip pulqabları müxtəlif ölçüdə: lap yığcam və böyük olur. Böyük variantları müxtəlif sənədləri yerləşdirmək üçün çox əlverişlidir.

Bu cür pul kisələrinin daha bir universallığı həm gündəlik geyim üslubu ilə uyğun gəlməsi, həm də işgüzar kostyum fonunda yaxşı görünməsidir.

Qatlanmayan uzun pul kisələri
Qatlanmayan uzun pul kisələri həmişə qəşəng görünürlər. Bu pulqablarının əsas üstünlüyü ondadır ki, əskinaslar onda əyilmir, pullar öz ilkin görkəmini qoruyub saxlayırlar. Onu pencəyin istənilən cibinə qoymaq olar. Ancaq şalvarın cibinə yerləşməyə, yaxud da oturacaqda diskomfort yarada bilər.

Pul kisəsinin hazırlandığı materiallar
Ənənəvi olaraq pul kisəsi təbii dərilərdən hazırlanır. Onda onlar əvvəlki görkəmini uzun müddət saxlayır, sanballı görünür və ətraf mühitin mənfi təsirinə davam gətirir (dayanıqlı olurlar).

Pul kisələri, adətən, klassik təbii materialdan - buzov, timsah və ilan dərisindən hazırlanır. Onu da unutmaq lazım deyil ki, pul kisəsinin stil və teksturası sizin üslubla uyuşmalı, amma furnitur yığcam olmalıdır.

Kişinin dekoltesi pul kisəsidir, ağzını nə qədər çox açsa, o qədər cazibədar olar...

Düzgün seçilmiş pul kisəsi kişinin səriştəli və işgüzar adam kimi qəbul edilməsinə dair mühüm zəmanət "sənədidir”. Qadınlar isə kişinin pul kisəsinə baxıb əlavə sual vermədən onun maliyyə vəziyyətindən əmin olacaqlar. Necə deyərlər, "kişinin dekoltesi pul kisəsidir, ağzını nə qədər çox açsa, o qədər çox cazibədar olar...”

Əlbəttə ki pul kisəsi ilə özünüz haqqında hansı informasiyanı ötürəcəyiniz sizin şəxsi işinizdir.


Şərhlər:
Baxılıb: 686
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz