Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə qadın sinəsinə düşkündürlər?
Kişilər niyə qadın sinəsinə düşkündürlər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 7450
Səs ver:
Qəbul etsək də, etməsək də kişilər qadınlardan fərqlidirlər. Onların qadına münasibəti, qadının kişiyə münasibətindən tamamilə fərqlənir. Bir qadın mehriban, onu sevən və bunu hiss etdirən kişiyə ömrü boyu sadiq qala bilərlər. Ancaq kişilər üçün bir qadının mənəvi keyfiyyətindən və sevgisindən daha önəmli olan məqamlar var. Məsələn, qadın bədəni və gözəlliyi kimi…

Kişilər qadınlardan fərqli olaraq bəzən beyinlərini və qəlblərini bir kənara itələyir, məhz ehtiraslarının səsinə qulaq asırlar.

Kişilərin xüsusilə qadın sinəsinə düşkün olduğunu hamı bilir. Ancaq bunun səbəbini başa düşmədiyimiz üçün bəzən sinələrinə estetik müdaxilə etdirən və ya silikon qoyduran qadınları qınayırıq. Sən demə, kişilər üçün sinənin gözəlliyi qadının ümumi gözəlliyindən daha önəmli imiş. Bunu son araşdırmaların nəticələrinə əsasən demək mümkündür.

Kişilərin psixologiyasını anlamağa kömək edəcəyini düşündüyümüz üçün bu mövzuya toxunmağa qərar verdik.

Amerikalı alimlərin apardıqları araşdırmaların nəticələrinə əsasən, kişilərin qadın sinəsinə düşkün olmasının bir neçə səbəbi var.

Döşlər qadınlığın simvoludur
Böyük və ya kiçik, idman stilindəki büstqalterdə və ya seksual bikinidə döşlər qadınlığın simvoludur. Sinə qadının həyatın davamının daşıyıcısı olduğunu göstərir və analığa işarə edir. Bir növ qadının güc simvoludur. Bir qızın yetişkin yaşa çatması sinəsinin hormonların təsiri ilə iriləşməsi ilə bilinir. Bütün bunlar kişilərin şüuruna təsir edir. Ona görə də iri sinələri daha çox bəyənirlər. Belə ki, iri döşlər kişinin şüurunda onun daha yaxşı ana ola biləcəyi təsəvvürünü yaradır. Bu səbəblə də Pamela Andersonun və Keyt Aptonun sinəsinə heyran olan kişilər Kira Naytli və Paris Hilton kimi qadınların sinələrini seksual hesab etmirlər.
Sinə qadının həzz nöqtəsidir
Kişilərin qadın sinəsinə bu qədər düşkün olmasının bir digər səbəbi də döşlərin həzz nöqtəsi olmasıdır. Qadının orqazm olması kişilərdən fərqlidir, bunun üçün qadının daha çox nəvazişə və sevgiyə ehtiyacı var. Kişilər sinənin qadın orqazmının açarı olduğunu yaxşı dərk edirlər. Ona görə də iri sinəli qadınların daha ehtiraslı olduğunu düşünürlər.
Medianın təzyiqi
Nə qədər qəribə olsa da kişilərin "sinə xəstəsi”nə çevrilməsində medianın da rolu var. Belə ki, hər qəzetdə, hər jurnalda və saytda sinə dekolteli qadınlar ön plana çəkilir. Bu bir az da tələb-təklif məsələdir. Ancaq medianın bu davranışı şorgöz kişilərin sayının artmasına səbəb olur.
Reklam afişaları və çarxlarda da da müştəriləri cəlb etmək üçün qadın sinəsindən tez-tez istifadə edilir. Beləliklə demək olar ki, hər addımda gözəl sinəli qadın şəkilləri görən kişi partnyorunun da mükəmməl döşlərə sahib olmasını arzulayır.
Sakitləşdirən ana qucağı təsiri
Kişilərin qadın sinəsinə düşkünlüyünün tək səbəbi ehtiras deyil. Dünyaya gələndə ilk öcə ana südü ilə qidalandıqları üçün istər-istəməz döşlər onların şüuruna müqəddəs bir orqan kimi qeyd olunur.
Kədərlənən, işdə problem yaşayan kişilər başlarını sevdikləri qadının sinəsinə qoyub yuxuya getməyi çox xoşlayırlar. Bu, onlara ana qucağını xatırladır və sakitləşdirici dərman kimi təsir edir. Bu zaman körpəliklərini, analarının onları hər çətinlikdən qoruduğu anları xatırlayırlar. Ona görə də kişi məhz sinəsində rahatlıq tapdığı üçün bir qadına bağlana və onu sevə bilər.
Təkamülün təsiri
Çarls Darvinin iddialarına görə, insanlar partnyorlarını görkəmlərinin gözəlliyinə, sağlamlığına və nəsilartırma qabiliyyətinə görə seçirlər.
Darvinin araşdırmalarının nəticələrinə görə, kişilərin gözəl sinəli qadınlara bağlanmasının səbəbi sağlam və gözəl döşlərin qadının dünyaya uşaq gətirmə və o uşağı yaxşı qidalandırma baxımından gücünü nümayiş etdirməsidir.
Hazırda nəsil artırmaq insanlar üçün ən önəmli məsələ olmasa da, bir vaxtlar bütün canlılar kimi insanlar da vəhşi təbiətin qoynunda nəsillərinin tükənməsi ilə hər an üz-üzə qalmaq təhlükəsini hiss edirdilər. Bu şüur altı mesaj hələ də kişilərin davranışlarına və hisslərinə öz təsirini göstərir. Yəni, Darvinin sözlərinə inansaq, kişilərin "sinə xəstəsi” olmalarına səbəb təkamüldən qaynaqlanan təbii prosesdir.
Kişilər gözləri ilə sevirlər
Şair və yazar Oskar Uayldın belə bir sözü var: "Kişi gözləri ilə, qadın qulaqları ilə sevir”.
Bir eşq romanının oxuyarkən belə təhrik ola bilən qadınlardan fərqli olaraq kişilərin təhrik olması üçün beyinlərində seks fikrini oynadıracaq görüntülər olmalıdır.
Yəni, kişi qarşısında nə qədər gözəl qadın görərsə, o qədər çox təhrik olur. Seks zamanı kişini qadının onu nə qədər sevdiyi deyil, nə qədər gözəl və ehtiraslı olduğu düşündürür. Hətta bəzən adi söhbət zamanı belə kişinin qadının üzünə yox, sinəsinə baxdığını müşahidə etmək olar. Genital bölgədən sonra kişilər üçün ən seksual orqan döşlərdir. Üçüncü sırada isə omba gəlir.


Şərhlər:
Baxılıb: 7450
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz